Xəbərlər arxivi
Xəbərlər arxivi
-
14.05.2020 Sahibkarlar “Asan İmza” ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər
Müştərilərə xidmət imkanlarını müasir çağırışlara uyğunlaşdıran Azərbaycan Beynəlxalq Bankı distant bank xidmətlərinə ehtiyacı nəzərə alaraq bu istiqamətdə tədbirləri sürətləndirib. Bank korporativ müştərilərinə xidmət ofislərinə gəlmədən məsafədən hesab açmaq və onu idarə etmək
Sahibkarlar “Asan İmza” ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər
Müştərilərə xidmət imkanlarını müasir çağırışlara uyğunlaşdıran Azərbaycan Beynəlxalq Bankı distant bank xidmətlərinə ehtiyacı nəzərə alaraq bu istiqamətdə tədbirləri sürətləndirib. Bank korporativ müştərilərinə xidmət ofislərinə gəlmədən məsafədən hesab açmaq və onu idarə etmək imkanı da yaradıb.
Azərbaycan Beynəlxalq Bankında distant bank hesabının açılması portal üzərindən həyata keçirilir. Belə bir imkandan faydalanmaq üçün hüquqi şəxs və ya fərdi sahibkar ilk növbədə “Asan İmza” “Biznes” sertifikatına sahib olmalıdır.
Belə ki, müştəri “Asan İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim etdikdən sonra videogörüşün vaxtını özü təyin edir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir.
Bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra isə Bank tərəfindən hesablar avtomatik açılır və müştərinin İnternet Bank xidmətinə qoşulması təmin edilir. Rəsmiləşdirmə sənədləri ilə birgə hesab rekvizitləri barədə məlumat müştəriyə təqdim olunur. Müştəri təqdim olunmuş sənədləri və hesab rekvizitlərini yükləyərək elektron qaydada və ya çap edərək özündə saxlaya bilər.
Azərbaycan Beynəlxalq Bankının baş direktoru Nərgizxanım Biləndərli məsafədən hesab açmağın hüquqi şəxslər və fərdi sahibkarlar üçün yeni bir imkan olduğunu qeyd edib: “Daha hesab açmaqdan ötrü, evdən, iş yerindən kənarlaşıb banka gəlməyə ehtiyac yoxdur. Bunu internet üzərindən həyata keçirmək olar. Məsafədən bank hesabı açmaq müştərilərimizin işini asanlaşdırır, onların vaxtına qənaət edir. Müştərilərimiz məsafədən hesab açıb İnternet Bank xidmətinə qoşula və bu xidmətin üstünlüklərindən faydalana bilərlər”.
“Asan İmza” mobil elektron imzanın milli operatoru olan B.EST Solutions şirkətinin aparıcı layihə meneceri Fuad Məlikov qeyd etmişdir: “Azərbaycanın maliyyə institutları bizim üçün prioritet müştərilərdən hesab edilir. Bank sistemlərinə “Asan İmza”nın inteqrasiyası üzrə bütün xidmətlər tərəfimizdən ödənişsiz olaraq və çox qısa zamanda təqdim edilir. Biz Azərbaycan Beynəlxalq Bankının nağdsız ödənişlərin və rəqəmsal iqtisadiyyatın inkişafındakı rolunu yüksək qiymətləndiririk”.
“Asan İmza” haqqında məlumatı rəsmi saytında, həmçinin info@asanimza.az elektron poçtuna yazmaqla əldə etmək olar. “1847” “Asan İmza” Çağrı Mərkəzi adi rejimdə öz işini davam etdirir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
-
29.03.2020 “Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq avtomatik uzadılır
“Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions şirkəti koronavirus epidemiyasının (COVID-19) ölkənin iş mühitinə təsirini minimuma endirmək üçün uzaqdan işlərini davam etdirmək istəyən
“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq avtomatik uzadılır
“Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions şirkəti koronavirus epidemiyasının (COVID-19) ölkənin iş mühitinə təsirini minimuma endirmək üçün uzaqdan işlərini davam etdirmək istəyən “Asan İmza” istifadəçiləri və sahibkarların müraciətlərinə cavab olaraq gücləndirilmiş iş rejimində işləyir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus COVID-19 infeksiyasının yayılmasına qarşı mübarizəni təşkil etmək üçün xüsusi rejimdə işləmək barədə göstərişlərini əldə rəhbər tutaraq, qısa müddətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti ilə birlikdə fiziki şəxslər, şirkət rəhbərləri olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər, həmçinin rəhbər olan dövlət qulluqçuları üçün “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və yuxarıda qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirilmişdir. “Asan İmza” biznes sertifikatlarının digər sahibləri öz sertifikatlarının müddətini onlayn qaydada asxm.gov.az portalı vasitəsilə uzada biləcəklər. Müəyyən edilmiş müddət ərzində Vergi Xidməti tərəfindən bu istifadəçilərə sertifikatlarının müddətinin 31 may tarixinədək uzadılması ilə bağlı ismarıclar göndəriləcəkdir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılan davamlı Rəqəmsal Azərbaycan platforması ölkə iqtisadiyyatının dəstəklənməsi üçün fəal şəkildə istifadə olunmalıdır. Distant işə keçməklə “Asan İmza” evdən çıxmadan elektron hökumətin onlayn xidmətlərinə, onlayn bankinq xidmətlərinə təhlükəsiz və effektli əlyetərliyi, müqavilələrin onlayn şəkildə imzalanmasını təmin edəcəkdir. Əgər sizə xarici partnyorla müqavilə bağlamağınız vacibdirsə, ona Azərbaycanın m-Rezidenti olmağı təklif edin. Rəqəmsal Azərbaycan dünyadakı koronavirus pandemiyasının nəticələrini aradan qaldırmağa kömək etməli, sahibkarların və vətəndaşların zərər görməməsi üçün bütün imkanları səfərbər etməlidir.
“1847” Asan İmza Çağrı Mərkəzi adi rejimdə öz işini davam etdirir.
Suallarınız olduqda info@asanimza.az ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
-
23.03.2020 Azərbaycanın mobil identiteti – “Asan İmza” Dünya İqtisadi Forumunun analitik hesabatında qeyd edildi
Dünya İqtisadi Forumu (DİF) – DİF-in bir hissəsi sayılan layihə çərçivəsində “Mobil gələcəyin formalaşması və gələcək texnologiyaların idarə edilməsinin formalaşdırılması: blokçeyn və paylanmış reyestrlərin texnologiyaları” adlı analitik hesabatı yayımladı. Azərbaycan mobil identitetinin
Azərbaycanın mobil identiteti – “Asan İmza” Dünya İqtisadi Forumunun analitik hesabatında qeyd edildi
Dünya İqtisadi Forumu (DİF) – DİF-in bir hissəsi sayılan layihə çərçivəsində “Mobil gələcəyin formalaşması və gələcək texnologiyaların idarə edilməsinin formalaşdırılması: blokçeyn və paylanmış reyestrlərin texnologiyaları” adlı analitik hesabatı yayımladı. Azərbaycan mobil identitetinin nümunəsi sayılan “Asan İmza” – “Təchizat kanalları üçün blokçeynin inklyuziv genişləndirilməsi: 2-ci hissə – Rəqəmsal identitetlərin etibarlı yoxlanılması” adlı hesabatda qeyd edilmişdi.
Bu, uyğunluq, tamlıq və inklüzivliyin təmin edilməsi məqsədilə təchizat zəncirində paylanmış reyestrlər texnologiyasının formalaşdırılması üçün yeni alət və strukturların birgə yaradılmasına yönəlmiş böyük layihənin bir hissəsi olan nəşrlər seriyasında ikinci nəşr hesab edilir. Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin “Təchizat kanalları üçün blokçeyn” layihəsi birgə layihə və əməkdaşlığa yönəlmiş qlobal, çoxsahəli, hərtərəfli bir fəaliyyətdir.
Bu layihədə dünyanın müxtəlif sahələrindən və hökumətlərindən olan tərəflər iştirak edir. Məruzə çoxsaylı müzakirələrə, seminarlara, tədqiqatlara, eləcə də bütün maraqlı tərəflərin birgə işinə əsaslanır. Milli Mobil İdentitetlərin Qlobal İttifaqının həmsədri, “Asan İmza” xidmətinin texniki operatoru hesab edilən B.EST Solutions Azərbaycan şirkətinin təsisçisi və direktoru, həmçinin Azərbaycanda Rəqəmsal Ticarət Qovşağının (RTQ) tərəfdaşı sayılan xanım Jana Krimpe analitik nəşrin yaradılmasında iştirak edərək, “Asan İmza” mobil identitetinin təqdim edilməsi və istifadəsi sahəsində Azərbaycanın ən yaxşı praktikalarını və öz təcrübəsini bölüşmüşdü. Bu işdə dünyanın 15 ölkəsindən olan aparıcı mütəxəssis və peşəkarlar iştirak etmişdi. Bu ölkələr: Azərbaycan, ABŞ, Estoniya, Almaniya, Danimarka, İsveçrə, İsrail, İspaniya, Cənubi Koreya, Avstriya, Böyük Britaniya, İsveç, Angola, Hindistan və Yaponiyadır.
Azərbaycandan olan nümayəndə xanım Dünya İqtisadi Forumunun 16 yanvar 2020-ci ildə çap edilmiş “Rəqəmsal identitetə yenidən baxış: strateji imperativ” adlı nəşrində də əhəmiyyətli töhfəsini vermişdi. Nəşrə əsasən identitetin yoxlanılması və insanların fərdi məlumatlarının biznes tərəfdən idarə olunması metodlarına yenidən baxılması zərurəti aydın şəkildə müəyyən edilmişdir. Aparılan tədqiqat müəssisələr və istehlakçılar üçün fərdi məlumatların rəqəmsal idarə edilməsi sahəsindəki riskləri aşkar edir. DİF-in press-relizində qeyd edilir: “Boston Konsaltinq Qrupunun qiymətləndirmələrinə əsasən identitetin autentifikasiyası və saxtakarlıqdan müdafiənin dəyəri 2023-cü il üçün 28 milyard dollar təşkil edəcək. Fəaliyyətini davam etdirə bilməyən müəssisələr üçün yüksək xərclər gözlənilə bilər. Məsələn, etimadın olmaması müəssisələrə ildə 2,5 trilyon dollara başa gəlir. Hesablamalar göstərir ki, hər bir müəssisənin özünəməxsus yanaşması olması səbəbindən şirkətlər potensial gəlirlərinin 30% -ni itirirlər”.
“İnnovasiyaların sürətli tətbiqi və Azərbaycanın rəqəmsal iqtisadiyyatının çox sürətli inkişafı, ölkədə istənilən rəqəmsal xidmətə etimadın vacib komponenti olan gücləndirilmiş təkmil rəqəmsal identitetə inam tələb edir. Azərbaycanda ən uğurlu ekosistemlərdən biri sayılan təkmil mobil identitet – “Asan İmza” mobil elektron imza hazırlanmışdır. Belə təşəbbüslərdə iştirak əvəzsiz təcrübə və bilik, eləcə də ən yaxşı təcrübələrimizi dünya birliyi ilə bölüşmək üçün imkan yaradır. Yalnız biznes, hökumətlər və istehlakçılarla sıx əməkdaşlıq şəraitində biz, etimadı təmin etməklə biznesin böyüməsi, eləcə də fərdi məlumatların qorunması və konfidensiallığı üçün imkanlar təmin edə biləcəyik “- deyə, xanım Jana Krimpe qeyd etmişdir.
Hüquqi şəxslərin etibarlı rəqəmsal identifikasiyası Azərbaycan Respublikası üçün gündəmin əsas mövzusudur. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Rəqəmsal Ticarət Qovşağı Azərbaycan və dünyanın tərəfdaş ölkələri arasında transsərhəd elektron xidmətlər və elektron imzaların inkişaf etdirilməsini hədəfləyir.