Xəbərlər arxivi
Xəbərlər arxivi
-
07.05.2025 “E-sosial” mobil tətbiqi vasitəsilə elektron qaydada 14,2 min əmək müqaviləsi imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqinə bu ilin mart ayında əmək müqavilələrinin elektron qaydada imzalanmasına imkan verən funksiya da əlavə olunub. Mobil tətbiqin bu funksionallığı maraqla qarşılanıb və
“E-sosial” mobil tətbiqi vasitəsilə elektron qaydada 14,2 min əmək müqaviləsi imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqinə bu ilin mart ayında əmək müqavilələrinin elektron qaydada imzalanmasına imkan verən funksiya da əlavə olunub.

Mobil tətbiqin bu funksionallığı maraqla qarşılanıb və ötən dövrdə “e-sosial” mobil tətbiqi vasitəsilə elektron qaydada 14,2 min əmək müqaviləsi imzalanıb.
İşəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.
Vətəndaşlar həmin müqavilələri elektron şəkildə, o cümlədən “Asan İmza” gücləndirilmiş mobil elektron imza ilə rahat şəkildə imzalaya bilirlər.
Həmin yenilik əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə yanaşı, imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir.
İstinad linki: https://azertag.az/xeber/e_sosial_mobil_tetbiqi_vasitesile_elektron_qaydada_142_min_emek_muqavilesi_imzalanib-3544551 -
24.04.2025 VÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?
Özümə məxsus VÖEN-i bağlatdırmışam, ancaq 16.04.2025-ci il tarixdə mənə mesaj gəlib ki, 26.04.2025 tarixdə fəaliyyətiniz aktivləşəcək və həmin tarixdən etibarən vergi orqanlarına bəyannamə təqdim etmək öhdəliyiniz yaranacaqdır. Bu haqda ətraflı məlumat verməyinizi
VÖEN yenidən aktivləşdikdə vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?
Özümə məxsus VÖEN-i bağlatdırmışam, ancaq 16.04.2025-ci il tarixdə mənə mesaj gəlib ki, 26.04.2025 tarixdə fəaliyyətiniz aktivləşəcək və həmin tarixdən etibarən vergi orqanlarına bəyannamə təqdim etmək öhdəliyiniz yaranacaqdır. Bu haqda ətraflı məlumat verməyinizi xahiş edirəm.

Valyuta.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.
Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı Dövlət Vergi Ximdətinin internet səhifəsindəki müvafiq bölməsindən əldə edə bilərsiniz.
Xidmətdən bildirilib ki, gücləndirilmiş elektron imza, o cümlədən “Asan İmza” gücləndirilmiş mobil elektron imza olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.
Sorğuya cavab olaraq qeyd olunub ki, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.
Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 149-cu maddələri
İstinad linki: https://valyuta.az/az/read/69229/ -
13.03.2025 Fərqlənmə nişanları yalnız onlayn qaydada Asan İmza ilə veriləcək
Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” yalnız onlayn qaydada https://e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək. Proses “AYNA” informasiya sisteminə inteqrasiya olunan
Fərqlənmə nişanları yalnız onlayn qaydada Asan İmza ilə veriləcək
Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” yalnız onlayn qaydada https://e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək.

Proses “AYNA” informasiya sisteminə inteqrasiya olunan “Fərqlənmə nişanı” altsistemi vasitəsilə həyata keçiriləcək. Həmin sistem üzərindən “Fərqlənmə nişanı”nın alınması üçün müraciətlərin edilməsi yalnız “Asan İmza” gücləndirilmiş mobil elektron imza ilə mümkün olacaq.
Sistemin yeni olmasını nəzərə alaraq, qarşıya çıxacaq sualları minimuma endirmək üçün “İstifadəçi təlimatları” hazırlanıb.
Qeyd edilib ki, qanunvericiliyin tələblərinə əsasən, “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
İstinad linki: https://news.day.az/azerinews/1736868.html -
26.02.2025 Statistika hesabatlarının təqdim edilməsində “Elektron imza” tətbiq ediləcək
Dövlət Statistika Komitəsinin “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidmətindən istifadə zamanı “Digital login” sisteminin elektron imza tətbiqinə başlanacaq. Məlumata görə, rəsmi statistika məqsədləri üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən ilkin
Statistika hesabatlarının təqdim edilməsində “Elektron imza” tətbiq ediləcək
Dövlət Statistika Komitəsinin “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidmətindən istifadə zamanı “Digital login” sisteminin elektron imza tətbiqinə başlanacaq.

Məlumata görə, rəsmi statistika məqsədləri üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən ilkin məlumatların məxfiliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər çərçivəsində 2025-ci ilin mart ayından etibarən Dövlət Statistika Komitəsinin “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidmətindən istifadə zamanı “Digital login” sisteminin elektron imzaları, o cümlədən “Asan imza” gücləndirilmiş mobil elektron imza tətbiqinə başlanacaqdır.
Keçid mərhələsi kimi, 2025-ci ilin iyul ayınadək elektron və ya asan imzanın tətbiqi ilə yanaşı, rəsmi statistika hesabatlarının təqdim edilməsi hazırkı qaydada, yəni statistik vahidlər tərəfindən elektron informasiya sisteminə kod və parol daxil edilməklə də mümkün olacaqdır. Keçid mərhələsi başa çatdıqdan sonra kod və parol vasitəsilə rəsmi statistika hesabatlarının təqdim edilməsi mümkün olmayacaqdır (filial və nümayəndəliklər, onların tabe olduğu hüquqi şəxslər istisna olmaqla).
“Qeyd olunanları nəzərə alaraq rəsmi statistika hesabatlarının elektron və ya asan imzadan istifadə etməklə vaxtında təqdim edilməsi üçün hazırlıq işlərinin görülməsi Sizdən xahiş olunur. Hüquqi və ya fiziki şəxsin göstərdiyi fəaliyyət sahəsi üzrə təqdim etməli olduğu rəsmi statistika hesabatlarının təqdimetmə müddəti bitdikdə “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron informasiya sisteminə giriş bağlanacaq və müvafiq məlumatların təqdim edilməsi mümkün olmayacaqdır. Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatlar təqdim edilmədikdə və ya vaxtında təqdim edilmədikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər barəsində 300 manatdan 500 manatadək məbləğdə inzibati cərimə tətbiq ediləcəkdir”, – deyə məlumatda qeyd edilir.İstinad linki: https://banker.az/statistika-hesabatlarinin-t%C9%99qdim-edilm%C9%99sind%C9%99-elektron-imza-t%C9%99tbiq-edil%C9%99c%C9%99k/
-
10.01.2025 Azərbaycanda ötən il vergi ödəyicilərinə xidmət mərkəzlərində 631 mindən çox şəxs qəbul edilib
2024-cü ildə Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 631 320 şəxs qəbul edilib. Az.shafaqna.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, onlara 960 265 sayda xidmət
Azərbaycanda ötən il vergi ödəyicilərinə xidmət mərkəzlərində 631 mindən çox şəxs qəbul edilib
2024-cü ildə Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 631 320 şəxs qəbul edilib.

Az.shafaqna.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, onlara 960 265 sayda xidmət göstərilib ki, bunlardan 353 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 88,3 mindən çoxu elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.
Ümumi xidmətlərin 90,9 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların) və cari vergi ödəmələrinin hesablanması barədə arayışların vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asan İmza sertifikatlarının verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Fiziki şəxsin uçotdan çıxarılması;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 35,2 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 13,1 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Ötən il 4 268 vergi ödəyicisinin iştirakı ilə 306 görüş keçirilib, 5 586 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyondan çox SMS göndərilib.
-
11.11.2024 Vətəndaşlar elektron imza və etibarnamələri üçüncü şəxslərə həvalə edərkən nələri bilməlidirlər?
Son illər vətəndaşların aldadılması və adlarından elektron imza və etibarnamə alınması yolu ilə hüquqi şəxslər təsis edilməsi hallarının sayı artıb. Təhlillər göstərir ki, bir çox hallarda vətəndaşların adlarına hüquqi şəxslərin təsis edilməsi
Vətəndaşlar elektron imza və etibarnamələri üçüncü şəxslərə həvalə edərkən nələri bilməlidirlər?
Son illər vətəndaşların aldadılması və adlarından elektron imza və etibarnamə alınması yolu ilə hüquqi şəxslər təsis edilməsi hallarının sayı artıb. Təhlillər göstərir ki, bir çox hallarda vətəndaşların adlarına hüquqi şəxslərin təsis edilməsi onların razılığı və ya məlumatı olmadan baş verir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu isə nəticədə qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə və vergi borclarının yaranmasına səbəb olur.
Qeyd olunub ki, elektron imza vətəndaşların rəqəmsal mühitdə fəaliyyət göstərərkən kimliyini təsdiq edən və qanuni əhəmiyyət kəsb edən bir vasitədir. Ölkəmizdə Asan İmza (mobil imza) və gücləndirilmiş elektron imza kimi rəqəmsal imzalar geniş şəkildə istifadə olunur. Bu imzalar dövlət xidmətlərinə daxil olmaq, müxtəlif sənədləri təsdiq etmək və biznes əməliyyatlarını həyata keçirmək üçün vacibdir. Lakin, təəssüflər olsun ki, vətəndaşların bu imzalarından sui-istifadə etməklə dələduzluq halları artıb.
Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bəzi hallarda vətəndaşlar aldadılmaqla onların elektron imzalarından istifadə olunur. Həmçinin müxtəlif şəxslərin adlarına etibarnamə alınması, yaxud şirnikləndirmə vasitəsilə qanunsuz əməliyyatlar həyata keçirilir. Vətəndaşlar bir çox hallarda imza atdıqları sənədlərin məsuliyyətindən xəbərsiz olurlar. Bu cür əməliyyatlar nəticəsində isə hüquqi şəxslər yaranır, onların adından müxtəlif əməliyyatlar həyata keçirilir, büdcəyə külli miqdarda vergi borcları yaranır. Vətəndaş hüquqi baxımdan elektron imzanın sahibi olduğundan bu halda borcların ödənilməsinə də cavabdeh olur və o imzadan istifadə olunmaqla həyata keçirilən əməliyyatların nəticələrinə görə cavab verir.
Dövlət Vergi Xidməti xüsusilə sahibkarlıq fəaliyyətinə dair səlahiyyətlərin 3-cü şəxslərə verilməsi ilə bağlı ciddi xəbərdarlıq edir. Etibarnamə bir şəxsə digərinin adına müəyyən hüquqlar vermək üçün verilən bir sənəddir. Eyni zamanda, vətəndaşlar öz gücləndirilmiş elektron imzalarına qarşı da diqqətli olmalıdır. Elektron imza yalnız sahibinə məxsusdur və məhz imza sahibi onun qorunmasına cavabdehdir, başqa şəxslərin həmin imzaları istifadə etməsinə icazə verməməlidir.
Hər bir vətəndaş elektron imzanın daşıdığı səlahiyyətlərin hüquqi məsuliyyətini başa düşməlidir. Bu, gələcəkdə baş verə biləcək hüquqi problemlərin də qarşısını almağa kömək edir. Əgər vətəndaşlar elektron imza vasitəsilə baş vermiş qanunsuz əməliyyatlar və ya aldadılma halları ilə üzləşərlərsə, dərhal hüquq-mühafizə orqanlarına və həmin imzanın qüvvəsinin dayandırılması üçün müvafiq dövlət qurumlarına müraciət etməlidirlər.
-
30.10.2024 Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet səhifəsi olan “www.auksion.gov.az“ın yenilənmiş versiyası təqdim edilib. Beynəlxalq təcrübəyə uyğun şəkildə hazırlanmış bu
Azərbaycanda hərracların təşkili ilə bağlı yenilənmiş platforma istifadəyə verilib
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet səhifəsi olan “www.auksion.gov.az“ın yenilənmiş versiyası təqdim edilib.

Beynəlxalq təcrübəyə uyğun şəkildə hazırlanmış bu sayt şəffaflığın artırılması, əlçatanlığın təmin edilməsi, rəqəmsallaşmanın genişlənməsi, rəqabətliliyin və istifadəçi məmnuniyyətinin artırılması istiqamətində mühüm rol oynayacaq.
Saytın istifadəçiləri “Digital login” vasitəsilə gücləndirilmiş mobil rəqəmsal imza “Asan İmza” vasitəsilə şəxsi kabinet yaradaraq hərraca çıxarılmış lotlara baxa biləcəklər.Bildirib ki, sifarişçilər (alıcılar) şəxsi kabinetlərinə daxil olduqdan sonra hərrac prosesində iştirak etmək üçün “Hərraca keçid” etməlidirlər.
Başqa bir yenilik olaraq, sifarişçilər şəxsi kabinetləri vasitəsilə prosedurları yerinə yetirə, etibarnamə verə, lotlara baxa, hərracda onlayn iştirak edə, sifarişlərin gedişatını izləyə, iştirak növünü (onlayn/oflayn) seçə, qalib müəyyən olunmuş lotlar barədə məlumat əldə edə və digər xidmətlərdən yararlana biləcəklər.
Qeyd edilib ki, yenilənmiş sayt dizayn, məzmun və funksionallıq baxımından əvvəlki versiyadan üstünlükləri ilə fərqlənir. Sayt hazırlanarkən istifadəçi rahatlığı, məxfilik və təhlükəsizlik prinsiplərinə xüsusi önəm verilmiş, müasir texnologiyalardan istifadə olunub.
Saytda hərrac elanları, hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatlar, o cümlədən fotoşəkillər, ilkin hərrac qiyməti, beh məbləği və digər məlumatlar yerləşdirilib.
Bundan əlavə, hərraclarda iştirak üçün müraciətlər və beh ödənişləri onlayn şəkildə həyata keçirilir. Hərracın sonunda satılmayan və satılan əmlaklar barədə məlumatlar portalda yenilənir.
Alıcılar yeni istifadəyə verilmiş sayt vasitəsilə ilkin olaraq nəqliyyat vasitələri, gələcəkdə isə səhmdar cəmiyyətlərinin səhm paketləri, kiçik dövlət müəssisələri, müsadirə edilmiş əmlaklar, faydalı qazıntı yataqları, bələdiyyə torpaqları və digər əmlaklar üzrə də sifarişlərini elektron qaydada verə biləcəklər.
Fiziki və hüquqi şəxslər isə qanunvericilikdə müəyyən edilmiş hallarda daşınar və daşınmaz əmlaklarını müqavilə əsasında hərraca çıxara bilərlər. Bunun üçün Hərracların Təşkili Mərkəzinə müraciət etmələri tələb olunur.
-
01.10.2024 B.EST Solutions ISO/IEC 27001:2022 sertifikatına layiq görüldü
Azərbaycanın aparıcı rəqəmsal identifikasiya və təhlükəsiz imza texnologiyaları təminatçılarından biri olan B.EST Solutions MMC, informasiya təhlükəsizliyi idarəetmə sisteminin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyən ISO/IEC 27001:2022 sertifikatına layiq görülüb. Bu sertifikat B.EST Solutions-un İnformasiya
B.EST Solutions ISO/IEC 27001:2022 sertifikatına layiq görüldü
Azərbaycanın aparıcı rəqəmsal identifikasiya və təhlükəsiz imza texnologiyaları təminatçılarından biri olan B.EST Solutions MMC, informasiya təhlükəsizliyi idarəetmə sisteminin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyən ISO/IEC 27001:2022 sertifikatına layiq görülüb.
Bu sertifikat B.EST Solutions-un İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin ən yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və elektron imza, autentifikasiya və sertifikat xidmətlərini təhlükəsiz şəkildə təqdim etdiyini təsdiqləyir.
ISO/IEC 27001:2022 informasiya təhlükəsizliyinin idarə edilməsi sahəsində dünyada ən geniş yayılmış və nüfuzlu beynəlxalq standartlardan biridir. Sertifikatlaşdırma prosesi ICT Certify Test və Belgelendirme Hizmetleri LTD. ŞTİ. tərəfindən həyata keçirilmişdir.
Qiymətləndirmə zamanı B.EST Solutions-un informasiya təhlükəsizliyi siyasətləri, prosedurları və kibertəhlükəsizlik tədbirləri ISO/IEC 27001:2022 standartının tələblərinə tam uyğun olaraq ciddi şəkildə yoxlanılmış və təsdiqlənmişdir.
ISO/IEC 27001:2022-nin tətbiqi B.EST Solutions-un informasiya təhlükəsizliyi, məxfiliyin qorunması və bütövlüyün təmin edilməsi sahəsində qabaqcıl texnologiyalardan istifadə etdiyini, güclü kibertəhlükəsizlik tədbirləri həyata keçirdiyini və proseslərini beynəlxalq ən yaxşı təcrübələrə uyğun olaraq qurduğunu nümayiş etdirir.
Sertifikatın əhatə dairəsi:
B.EST Solutions tərəfindən təqdim edilən təhlükəsiz autentifikasiya və elektron imza xidmətləri çərçivəsində ISO/IEC 27001:2022 standartı aşağıdakı əsas sahələri əhatə edir:
✔ Təhlükəsiz identifikasiya və autentifikasiya xidmətləri
✔ Elektron imza və elektron möhürlərin verilməsi və idarə edilməsi
✔ Fərdi və korporativ sertifikatların təqdim edilməsi və təsdiqlənməsi
✔ Elektron imza vasitələrinin (QSCD) təmin edilməsi
✔ Elektron sənədlərin, imzaların və məlumatların yaradılma vaxtının rəsmi olaraq təsdiqlənməsi və qorunması (time-staping) xidmətlərinin inkişafı və təmin edilməsiISO/IEC 27001 sertifikatının əldə edilməsi B.EST Solutions-un yüksək təhlükəsizlik standartlarına sadiqliyini və etibarlı, təhlükəsiz xidmətlər təqdim etdiyini bir daha sübut edir.
Bu nailiyyət B.EST Solutions-un əməliyyat səmərəliliyini artırmaq, məlumatların qorunmasını gücləndirmək və tərəfdaşları arasında inamı daha da möhkəmləndirmək üçün həyata keçirdiyi strateji təşəbbüslərin tərkib hissəsidir.
ISO/IEC 27001:2022 sertifikatı B.EST Solutions-un:
✔ Elektron imza və identifikasiya xidmətlərinin təhlükəsizliyini təmin etdiyini,
✔ Məlumatların qorunması üçün qabaqcıl texnologiyalardan istifadə etdiyini,
✔ Kibertəhlükələrə qarşı dayanıqlı sistemlərə malik olduğunu,
✔ Partnyorları və istifadəçiləri üçün etibarlı və şəffaf mühit yaratdığını sübut edir.B.EST Solutions-in fəaliyyəti və təqdim etdiyi xidmətlər haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi veb saytımıza keçid edin: www.bestsolutions.az

-
18.09.2024 mResidency Proqramı Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli iqtisadidanışıqlarda təqdim olundu
Sentyabrın 18-də, Bakı şəhərində, Özbəkistan Respublikasının Prezidenti Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin direktoru Xakimov Obid Arzikuloviçin rəhbərlik etdiyi Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və
mResidency Proqramı Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli iqtisadidanışıqlarda təqdim olundu
Sentyabrın 18-də, Bakı şəhərində, Özbəkistan Respublikasının Prezidenti Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin direktoru Xakimov Obid Arzikuloviçin rəhbərlik etdiyi Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında işgüzar görüş keçirilmişdir. Görüş iki ölkə arasında genişlənən iqtisadi, ticarət və investisiya əlaqələrinin müzakirəsinə həsr edilmişdir.
Görüş zamanı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) rəhbəri Prof. Dr. Vüsal Qasımlı, Azərbaycan və Özbəkistan arasında möhkəm iqtisadi tərəfdaşlığın ümumi mənzərəsini təqdim edərək, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanmış mühüm sazişləri və iqtisadi, ticarət və investisiya əməkdaşlığını genişləndirmək məqsədilə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planını xüsusi olaraq qeyd etmişdir. O, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 180 milyon dollara çatdığını və 2024-cü ilin ilk beş ayında bu rəqəmin 70 milyon dollara yüksəldiyini vurğulamışdır. Dr. Qasımlı həmçinin Mərkəzi Asiyadan Avropaya elektrik enerjisi ixracı ilə bağlı birgə enerji əməkdaşlığı layihələrinin xüsusi əhəmiyyətini qeyd etmişdir.
Tədbirdə həmçinin “B.EST Solutions” şirkətinin təsisçisi Jana Krimpenin mResidency proqramı haqqında təqdimatı nümayiş etdirilmişdir. O, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı çərçivəsində həyata keçirilən mResidency proqramı barəsində danışaraq, bu proqramın qeyri-rezidentlərə təhlükəsiz rəqəmsal şəxsiyyət vəsiqəsi əldə etməyə və Azərbaycanın e-hökumət xidmətlərinə uzaqdan çıxış imkanı yaratmağa imkan verdiyini və beləliklə xarici sahibkarlara fiziki iştirak olmadan Azərbaycanda fəaliyyət göstərmək imkanı yaratdığını diqqətə çatdırmışdır. Jana Krimpe proqramın rəqəmsal idarəetmənin inkişafında və sərhədlərarası ticarətin dəstəklənməsində, xüsusən də Özbəkistan və digər Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətini vurğulamışdır.
Özbək nümayəndə heyətinin rəhbəri Obid Hakimov Azərbaycanın dinamik iqtisadi inkişafını qeyd edərək, rəqəmsal transformasiya və iqtisadi inteqrasiya sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmidşir. O, öz nitqində, ticarətin artırılması və prosedurların sadələşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və Azərbaycanla strateji tərəfdaşlıqların genişləndirilməsinə Özbəkistanın sadiqliyini ifadə etdi.
Tədbirdə həmçinin Azərbaycanın əsas rəqəmsal platformaları, o cümlədən azranking.az, Azexport, Rəqəmsal Ticarət Qovşağı (dth.az) və Enterprise Azerbaijan haqqında məlumatlar təqdim edilmişdir. Bu təqdimatlar Azexport.az-ın rəhbəri Ayxan Qadaşov, Enterprise Azerbaijan-ın rəhbəri Mətanət Musayeva və İİTKM nümayəndələri Günay Quliyeva və Səbinə Cüməzadə tərəfindən nümayiş etdirilmişdir.
Hər iki tərəf gələcəkdə ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş birgə layihələr üzrə razılığa gələrək və mResidency proqramının Azərbaycan və Özbəkistan arasında rəqəmsal ticarətin inkişafında mühüm rol oynayacağına inam ifadə etmişdirlər.






-
16.05.2024 eSIM əsaslı “Asan İmza” Mobile ID “GSMA M360 EURASIA 2024” tədbirində sıfır emissiyaya nail olmağın innovativ nümunəsi kimi təqdim edildi
15-16 may 2024-cü il tarixlərində Bakıda, Azərbaycanda “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransı ikinci dəfə baş tutmuşdur. Konfransın bu ilki əsas mövzuları hər bir sahənin rəqəmsallaşmasına, yeni nəsil şəbəkələrə və generativ süni
eSIM əsaslı “Asan İmza” Mobile ID “GSMA M360 EURASIA 2024” tədbirində sıfır emissiyaya nail olmağın innovativ nümunəsi kimi təqdim edildi
15-16 may 2024-cü il tarixlərində Bakıda, Azərbaycanda “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransı ikinci dəfə baş tutmuşdur. Konfransın bu ilki əsas mövzuları hər bir sahənin rəqəmsallaşmasına, yeni nəsil şəbəkələrə və generativ süni intellektin (Aİ) roluna həsr olunmuşdur. İki gün davam edən konfrans sənaye rəhbərlərini, ekspertləri və digər əsas maraqlı tərəfləri bir araya gətirərək, rəqəmsal innovasiyaları ətraf mühitin qorunmasının əsas elementi kimi vurğulamaqla, bölgədə sıfır tullantılara nail olmaq öhdəliyini gücləndirilməsinə həsr edilmişdir. Olduqca geniş adutoriyaya malik olan konfransa, mobil və rəqəmsal sektorların, o cümlədən süni intellekt, kibertəhlükəsizlik və sənayenin müxtəlif istiqamətləri üzrə aparıcı korporasiyaların rəhbərləri də qatılmışdır.
Konfrans zamanı “Daha Yaşıl Gələcək üçün Mobilizasiya” mövzusuna həsr edilmiş əsas sessiyalarından biri də, “Asan İmza” mobil rəqəmsal imzanın milli operatoru olan B.EST Solutions şirkətinin təsisçisi və direktoru Jana Krimpe tərəfindən aparılmışdır. O, fikirlərini “Etisalat” şirkətinin texniki direktoru Humaid Al Ajmani, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, “Huawei” şirkətinin baş vitse-prezidenti Safder Nazir, “Azercell”-in Hüquq Məsələləri, Etika və Uyğunluq Departamentinin direktoru Şirin Əliyeva, “McKinsey & Company”-də assosiativ tərəfdaş Alima Zimanova, Azərbaycan Hava Yolları QSC-nin HSEQ direktoru Rəşad Haqverdiyev və sessiyaya moderatorluq edən “Avrasiya Rəqəmsal Ekspertlər Şəbəkəsi” – nin həmtəsisçisi Pavel Koktışev ilə birlikdə bölüşmüşdür.
Xanım Krimpe nitqində, yeni nəsil kripto-agile və kvant əsaslı eSIM “Asan İmza” (Mobile ID) həllinin innovativ imkanlarını təqdim etmişdir. Adıçəkilən həll, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ölkədəki bütün mobil operatorlar – Azercell, Bakcell və Nar ilə əməkdaşlıq çərçivəsində tətbiq edilir və bu yenilik, rəqəmsallaşma və iqlim fəaliyyətinin kritik kəsişməsini göstərir.
Spiker çıxışında həmçinin bildirmişdir ki: “eSIM-in tətbiqi yalnız texnologiya sahəsində deyil, həm də davamlılıq baxımından əhəmiyyətli bir irəliləyişdir. Ənənəvi SIM kartlardan fərqli olaraq, eSIM-lər cihazlara birbaşa yerləşdirilir. Bu, artıq plastik SIM kartlara və onların qablaşdırılmasına ehtiyacın olmadığı deməkdir. eSIM-lərdən istifadə həm texnologiyamızı təkmilləşdirməyə və həmçinin, tullantıları azaldaraq, ətraf mühitə təsirimizi minimuma endirmək məqsədimizi dəstəkləyir.”
Xanım Krimpe öz çıxışında “Asan İmza”nın ekoloji davamlılığın təşviqi üçün effektiv vasitə kimi əhəmiyyətini vurğuladı. Onun sözlərinə əsasən, “Mobile ID – “Asan İmza” xidmətimiz vasitəsi ilə heç bir kağızdan istifadə etmədən 300 milyondan çox əməliyyat həyata keçirmişdir. Cəmi 5-6 il ərzində “Asan İmza” 15 yaşlı ağaclardan ibarət olan böyük meşəyə bənzəyən ən azı 200 min ağacı xilas etmişdir. Bu, rəqəmsal həllərin ətraf mühitə gətirə biləcəyi faydanın miqyasını göstərir. Kağız sənayesi havanın və suyun keyfiyyətinə zərər verən əsas çirkləndirici mənbələrdən biridir və çoxlu su istifadə edir. Məsələn, bir kağız vərəqinin istehsalı üçün 10 litrə qədər su tələb oluna bilər. Rəqəmsal texnologiya və elektron imzalardan istifadə edərək, müəssisələr kağıza olan ehtiyaclarını xeyli azalda və ya tamamilə aradan qaldıra bilərlər”.
Scope 3 (Əhatə sahəsi 3) emissiya idarəetməsi, dövri iqtisadiyyat prinsipləri və xüsusilə Avrasiya regionunda açıqlama nisbətlərinin artırılmasına dair təcili ehtiyaca diqqət yetirərək, GSMA M360 Avrasiya 2024 Beynəlxalq Konfransı regional və beynəlxalq siyasi və tənzimləyici liderlər, həmçinin mobil və rəqəmsal sektorların aparıcı korporasiyalarının rəhbərləri üçün bir platforma təmin edir. Proqram, ətraf mühitin qorunması üçün rəqəmsal innovasiyanı təməl daşı kimi istifadə edərək, regionda xalis sıfıra doğru sektoral öhdəliyi katalizləşdirməyi hədəfləyir.
“Asan İmza” haqqında daha ətraflı məlumat almaq üçün vətəndaşlar “1847” “Asan İmza” Çağrı Mərkəzi ilə əlaqə saxlaya, sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) müraciət edə, www.asanimza.az saytına daxil ola, və yaxud info@asanimza.az elektron poçtuna suallarını ünvanlaya bilər.
Konfrans və onun nəticələri haqqında ətraflı məlumat üçün https://www.gsma.com/m360/eurasia/ saytına daxil olmağınız xahiş olunur.






