• İstənilən yerdə, istənilən vaxt, istənilən tərzdə

    “Asan İmza” e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman virtual məkanda sizin kimliyinizi təsdiqləyən mobil imzanızdır.

  • Təqdim olunan ümumi sertifikatların sayı

    3291063
  • Bu ay ərzində təqdim olunan sertifikatlar

    3383
  • Ümumi tranzaksiya sayı

    271366526
  • Bu ay ərzində tranzaksiya sayı

    348012

Asan İmza gücləndirilmiş mobil elektron imza e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.

Etibarlı ID
İstənilən cihazda istifadə edin
Təhlükəsiz və şifrəli

AsanDoc, əsasən rəqəmsal imzanı təmin etməklə daxil etdiyiniz razılaşmanızdan ibarət olan sənəd və rəqəmsal imzanın özünə aid informasiya toplusudur. Siz rəqəmsal imzanı istənilən formatda olan sənədə, eləcə də sənədlər qutusuna əlavə edə bilərsiniz.

Asan İmza-ya müraciət etmək üçün sizə Asan İmza xidmətini mümkün edən SIM-kart lazımdır. Qeyd edək ki, mobil operatordan yeni nömrə əldə etməyə ehtiyac yoxdur. Siz istifadə etdiyiniz mövcud nömrənizdə də “Asan İmza” xidmətini aktivləşdirə bilərsiniz. Bunun üçün şəxsiyyət vəsiqəniz ilə (şəxsiyyət vəsiqəsi Asan İmza (Mobil imza) xidmətini aktivləşdirmək üçün lazımdır) Azercell, Bakcell, Nar Müştəri Xidmətləri Mərkəzlərinə müraciət edə bilərsiniz. eSIM istifadəçiləri yeni nəsil eSIM “Asan İmza” xidmətini Azercell mobil operatora müraciət edərək əldə edə bilərlər. 

Azercell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı

Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.

Nar operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.

Növbəti mərhələdə əldə etdiyiniz SIM kartda elektron imza sertifikatlarınızı aktivləşdirmək üçün  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etməlisiniz. Nəzərə alın ki, siz özünüzlə şəxsiyyətinizi təsdiqləyən sənədi gətirməlisiniz (FIN nömrəsini daxil edən). Sonra siz sertifikatın alınması üçün müvafiq ərizəni doldurmalı və imzalamalısınız. Ərizə və digər sənədlərin formaları ilə buradan tanış ola bilərsiniz. 

“Asan İmza” ilə ən çox
istifadə olunan xidmətlər

2000-dən çox e-xidmətə əlyetərlik

  • Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi

    Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi

    Bu xidmət vasitəsilə təşkilatın səlahiyyətli nümayəndələri tərəfindən əməkdaşlarla bağlanan əmək müqavilələri haqqında məlumatların daxil edilməsi və sonradan bu məlumatların işçilər tərəfindən əldə edilməsi mümkündür.

  • Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulbu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi

    Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulbu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi

    “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə Elektron Gömrük Bəyannaməsinin qəbulu” xidmətindən istifadə etməklə istifadəçilər elektron gömrük bəyannaməsini hazırlayaraq rəsmiləşdirilməsi üçün gömrük orqanlarına təqdim edə və rəsmiləşmə prosesinin hansı mərhələdə olmasını izləyə

  • Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi

    Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti vergi orqanları ilə birbaşa təmasın minimuma endirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu elektron xidmət

  • Bank idarələrində hesabların açılması

    Bank idarələrində hesabların açılması

    Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda, onların filiallarında, xarici bankların filiallarında (bundan sonra banklarda) cari, ssuda və əmanət (depozit) hesablarının, cari subhesabların, habelə bankların müxbir hesablarının (bundan sonra bank hesabları) açılması, yenidən rəsmiləşdirilməsi

  • Elektron bəyannamənin qəbulu

    Elektron bəyannamənin qəbulu

    Bu xidmət vergi ödəyicilərinin Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə etməklə bəyannamələrin, elektron formada tərtib edilərək vergi orqanına təqdim edilməsini əhatə edir.

  • Elektron vergi hesab fakturasının qəbulu

    Elektron vergi hesab fakturasının qəbulu

    Bu xidmət əlavə dəyər vergisi ödəyicisinin elektron vergi hesab-fakturasını tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatları sistemə daxil etmək kimi əməliyyatların həyata keçirməsini əhatə edir.

  • Fərdi sahibkarların onlayn qeydiyyatı

    Fərdi sahibkarların onlayn qeydiyyatı

    Bu xidmət Azərbaycan Respublikasında fərdi sahibkarların elektron dövlət qeydiyyatının aparılması proseslərini əhatə edir.

  • Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı

    Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı

    Bu xidmət Azərbaycan Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatının aparılması proseslərini əhatə edir.

Tərəfdaşlar

Həllin mobilliyi və istifadəsinin asanlığı sayəsində “Asan İmza” mobil identiteti vətəndaşlar və biznes arasında populyarlıq qazanır və mobil dövlətin açar komponenti hesab edilir. Hazırda 1000-dən çox dövlət və özəl elektron xidmətlərdə “Asan İmza” mobil elektron imzadan istifadə edilir. “Asan İmza” xidməti dövlət qurumları, özəl şirkətlər, maliyyə strukturları, bütün mobil operatorlar, sığorta agentlikləri, ödəniş sistemləri və startaplarda aktiv şəkildə istifadə olunur. “Asan İmza” müxtəlif dövlət və özəl strukturların çağrı mərkəzlərinə inteqrasiya olunub.

Əsas xəbərlər

  • 28.12.2023

    Vergi ödəyiciləri üçün yeni nəsil rəqəmsal “Asan İmza” xidməti istifadəyə verilib

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “BEST Solutions” şirkəti ilə birlikdə elektron SİM əsaslı (eSİM) yeni nəsil gücləndirilmiş mobil rəqəmsal “Asan İmza” xidmətini təqdim edib. eSİM SİM-kart vasitəsilə əldə edilən “Asan İmza”nın

  • 21.12.2023

    Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

    “Azercell” bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq vətəndaşlar, sahibkarlar və dövlət qurumlarının əməkdaşları üçün eSIM “Asan İmza” xidmətini təqdim edir. Ölkədə ilk dəfə 2013-cü ildə gücləndirilmiş elektron imzanı