AsanDoc Portal

AsanDoc Portal

AsanDoc portalı, “Asan İmza” mobil elektron imza texnologiyasını istifadə edərək, sənədlərin elektron imzalanması, saxlanması və paylaşılmasını daha da asanlaşdırır. Portal, kağızsız əməliyyatların həyata keçirilməsinə istiqamətlənmiş qanuni və etibarlı elektron sənədləşmə platformasıdır.

AsanDoc.az portalının əsas xüsusiyyətləri:

Etibarlı və gücləndirilmiş elektron imzalar
Qorunan PKI infrastrukturunun istifadəsi və postkvant kriptoqrafiya yüksək təhlükəsizlik səviyyəsini və elektron imzaların hüquqi əhəmiyyətini təmin edir. İmzaların təhlükəsiz mübadiləsi və validasiyası sənədlərin bütövlüyünü və həqiqiliyini təmin edir.

Məxfilik və şifrələmə funksiyası
Bütün istifadəçiləri imzalanmış sənədlərin məxfiliyi məsələləri narahat edir. AsanDoc.az portalında bu məsələyə xüsusi diqqət yetirilmişdir. Fayl yüklənilərkən və daha sonra da kriptografik şifrələmə və giriş nəzarəti vasitəsilə daxil edilmiş məlumatların qorunur. Portal çərçivəsində məlumatlar məxfi qalır və yalnız birgə sənəd dövriyyəsində iştirak edən şəxslər üçün əlçatan olur. Fayllara girişin idarə edilməsi və avtorizasiya istifadəçinin yalnız öz mobil elektron “Asan İmza”sı vasitəsilə həyata keçirilir. Üçüncü tərəflər şifrələnmiş sənədi nə görə, nə də aça biləcəklər.

İntuitiv interfeys və yenilənmiş dizayn portalın istifadəsini bütün istifadəçi kateqoriyaları üçün daha da rahat edir. Yeni AsanDoc.az portalı istifadəçilərə qrup imzalama və avtomatik bildirişlər kimi imkanlar da təqdim edəcəkdir. İstifadəçilərin ehtiyaclarına əsasən sənədlərin təsdiqləmə/rədd etmə funksiyası istifadəçilərə onların sənəd ehtiyaclarının effektiv idarə etmək imkanı yaradır, şərh etmə funksionallığı isə şəffaflıq əlavə edir.

Çoxformatlı dəstək
Portal müxtəlif sənəd formatlarını, o cümlədən PDF, DOC və XLS dəstəkləyir, bu da sənəd dövriyyəsinin maneəsiz idarə edilməsini təmin edir.

Avtomatik xəbərdarlıqlar və audit
Platforma istifadəçiləri real vaxt rejimində bütün dəyişikliklər barədə operativ məlumatlandırılır və eyni zamanda bütün əməliyyatların ətraflı auditini aparılır.

Ətraflı məlumat: https://asandoc.az

AsanDoc Kliyent

AsanDoc Kliyent proqram təminatının quraşdırılmasına dair video təlimat

AsanDoc Kliyent proqram təminatı vasitəsi ilə sənədlərin imzalanmasına dair video təlimat

AsanDoc Kliyent Endir

MS Windows v3.4 (Beta)  (17.03.2024)