Xəbərlər arxivi
Xəbərlər arxivi
-
16.06.2021 Artıq COVID-Pasportunu “Asan İmza” ilə əldə etmək olar
“Asan İmza” mobil elektron imza istifadəçiləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytında və “MyGov” portalında COVID-Pasportunu əldə edə biləcəklər. 25 May 2021-ci il tarixindən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət
Artıq COVID-Pasportunu “Asan İmza” ilə əldə etmək olar
“Asan İmza” mobil elektron imza istifadəçiləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytında və “MyGov” portalında COVID-Pasportunu əldə edə biləcəklər. 25 May 2021-ci il tarixindən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi covid-pasportlarının əldə edilməsilə bağlı bir açıqlama verdi.
COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilib.
İstifadəçi, “Asan İmza” mobil elektron imza vasitəsilə “ASAN Login” sisteminə daxil olaraq, açılan pəncərədə “Digər xidmətlər” bölməsini seçməlidir. “Digər xidmətlər” bölməsi seçildikdə, ekranda aşağıdakı parametrlər əks olunacaqdır: “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı”. Vətəndaş vaksin olunduqda, “COVID-19 vaksin sertifikatı” seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.
Təqdim olunan covid-pasportunu elektron formatda yükləmək, eləcə də onu çap versiyasında əldə etmək mümkündür. Covid-pasportunun doğruluğunu sənəddə əks olunan “QR Code” vasitəsilə yoxlamaq olar.Bundan başqa qeyd edək ki, vətəndaşlar covid-pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsilə də əldə edə bilərlər.
Xüsusilə vurğulanmalıdır ki, “Asan İmza” xidmətini mövcud olan mobil nömrədə də aktivləşdirmək olar və yeni nömrənin əldə edilməsinə ehtiyac yoxdur. “Asan İmza” xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıcları qəbul etmək mümkün olacaqdır.Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmət “Asan İmza” mobil elektron imza vasitəsilə əlyetərlidir. Məsələn, “Asan İmza” ilə elektron vergi bəyannamələrinin təqdim edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması; güzəştli mənzilin əldə edilməsi üçün müsabiqədə iştirak ərizəsinin təqdim edilməsi; onlayn rejimdə bank hesabının açılması; tender qarantiyasının onlayn əldə edilməsi; internet və mobil bankçılığın qeyri-məhdud sayda əməliyyatlarının icra edilməsi kimi vacib elektron xidmətlərə əlyetərlilik mümkündür.
-
14.06.2021 “Asan İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edildi
10 iyun 2021-ci il tarixində Avropada ən böyük beynəlxalq konfrans olan Elektron imza və Etibarlı Xidmətlər (EFPE – European Forum on Electronic Signature and Trust Services) konfransı keçirildi. EFPE, elektron imza və
“Asan İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edildi
10 iyun 2021-ci il tarixində Avropada ən böyük beynəlxalq konfrans olan Elektron imza və Etibarlı Xidmətlər (EFPE – European Forum on Electronic Signature and Trust Services) konfransı keçirildi. EFPE, elektron imza və açıq açar infrastrukturu, eləcə də elektron identifikasiya və rəqəmsal təhlükəsizliyin də daxil olduğu etibarlı elektron xidmətlər sahəsində ixtisaslaşmış bir platforma hesab edilir. EFPE iyirmi ildir ki, etibarlı elektron xidmətlərin tətbiqi istiqamətində hüquq, texnologiya və təcrübə sahəsində ekspert və peşəkarları özündə birləşdirir.
Bu ilki EFPE konfransının gündəliyi “Elektron identifikasiya və etibarlı xidmətlər rəqəmsal iqtisadiyyatın gələcəyi kimi” adlanırdı. Onlayn tədbirdə dünyanın hər yerindən 700-dən çox mütəxəssis iştirak etmişdir. Elektron transformasiyanı dəstəkləyən və dünyanın hər yerindən iştirak edən tanınmış özəl şirkətlərin, müəssisə və ictimai təşkilatların nümayəndələri çıxış edərək bildirdilər ki, COVID-19 pandemiyası kağızsız xidmətlərin inkişafına kifayət qədər təsir etmişdir.
EFPE 2021 spikerləri arasında Avropa Komissiyası, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO, ABŞ), Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu (ETSI), Samsung Electronics (Polşa), Cosmos Corporation (Yaponiya), Asseco Data Systems, İnformasiya təhlükəsizliyinin idarə edilməsi (BSI, Almaniya) və s. bu kimi nüfuzlu beynəlxalq təşkilatlar və şirkətlərin nümayəndələri var idi.
B.EST Solutions şirkətinin direktoru və təsisçisi xanım Jana Krimpe, “Etibarlı xidmətlər ölkələri birləşdirir: elektron identitet – transsərhəd və elektron ticarət və rəqəmsal transformasiyanın əsasıdır” mövzusunda məruzə ilə çıxış etmişdir. Xanım Krimpe Azərbaycanın rəqəmsal transformasiya sahəsindəki nailiyyətləri, etibarlı xidmətlərin təqdim edilməsi, “Asan İmza” mobil identiteti, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı (RTQ) və elektron ticarətin transsərhəd modellərini təqdim etdi. O qeyd etmişdir ki, innovativ mobil identitet (“Asan İmza”) texnologiyasının Azərbaycanda tətbiqi əhaliyə xidmətdə əlyetərlik, əhatəlilik və şəffaflığın təmin edilməsində bir vasitə kimi beynəlxalq təşkilatların çoxsaylı hesabatlarına ən yaxşı təcrübələrdən biri kimi əlavə olunmuşdur. “Asan İmza” istifadəçiləri dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətə əlyetərlik imkanına sahibdirlər.
Ekspert həmçinin RTQ haqqında da məlumat verdi – bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions və AzerTelecom arasında dövlət-özəl tərəfdaşlıq konsorsiumudur. RTQ, rəqəmsal rezidentlər, frilanserlər və sahibkarlar üçün əlverişli iş mühitinin yaradılması üçün dövlət və özəl sektor nümayəndələrinin görüşdüyü bir platformadır. Xanım Krimpe RTQ layihəsinin yalnız bölgədə deyil, həm də qlobal səviyyədə əhəmiyyətini vurğuladı. Jana Krimpe qeyd etmişdir ki, RTQ-nin gələcək inkişafı post Covid dövründə sosial, iqtisadi və maliyyə sektorlarında rəqəmsal texnologiyalardan istifadə edərək ölkənin sürətli bərpasına kömək edəcəkdir. Ekspert, mobil Rezidentlik layihəsinin vacibliyini də vurğulamışdır. Mobil rezidentliyin köməyilə sahibkarlar coğrafi yerindən asılı olmayaraq, Azərbaycanda şirkət qura və əhəmiyyətli elektron xidmətlərdən məsafədən istifadə edə biləcəklər.
Həmçinin, xanım Jana Krimpe kibertəhlükəsizlik üzrə Baş ekspert (ENISA) cənab Slavomir Qorniakın moderator olduğu “Elektron identifikasiya və etibarlı xidmətlər rəqəmsal iqtisadiyyatın gələcəyidirmi?” adlı müzakirə panelində də ekspert qismində çıxış etmişdir. Müzakirə panelinin iştirakçıları Aİ ilə üçüncü ölkələr arasında transsərhəd qarşılıqlı tanınma modellərinin perspektivləri, eIDAS-ın yeni müddəaları, İdentifikasiya üçün Avropa Rəqəmsal Cüzdanları, yeni elektron identifikasiya sistemləri konsepsiyası, hüquqi təsdiqin təmin edilməsi üçün elektron reyestrlər, fərdi məlumatların əlavə qorunması, kibertəhlükəsizlik haqqında Avropa qanununa uyğun sertifikatlaşdırma mövzularında müzakirələr aparmışdılar.
Xanım Krimpe Azərbaycanda mövcud etibarlı xidmətlər barədə təqdimat edərək, elektron imzaların qarşılıqlı tanınması üçün müxtəlif transsərhəd modellərdən bəhs etmişdir. Eləcə də ekspert, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən təqdim olunan Asiya və Sakit Okean regionunda transsərhəd kağızsız ticarətin sadələşdirilməsinə dair Çərçivə sazişi ilə əlaqədar tədbirlərdən də danışmışdır. Bu saziş, iştirakçılar arasında elektron ticarət üçün məlumatlar və elektron formada sənədlərin qarşılıqlı tanınmasının transsərhəd mexanizmlərin yaradılması və qarşılıqlı tanınmanın həyata keçirilməsi mexanizmlərinə dair ikitərəfli və çoxtərəfli müqavilələrin bağlamasına imkan verir.
Konfrans haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
-
31.05.2021 “Vətəndaş” tipli “Asan İmza” xidməti tamamilə ödənişsiz təqdim ediləcəkdir
“Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions şirkəti istifadəçilər üçün yeniliklər təqdim etməyə davam edir. Məlum olduğu kimi şirkət, 2020-ci ilin iyun ayında
“Vətəndaş” tipli “Asan İmza” xidməti tamamilə ödənişsiz təqdim ediləcəkdir
“Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions şirkəti istifadəçilər üçün yeniliklər təqdim etməyə davam edir. Məlum olduğu kimi şirkət, 2020-ci ilin iyun ayında aylıq abunə haqqı saxlanılmaqla, 3 il müddətinə “Asan İmza” xidmətinin (“Vətəndaş” tipli “Asan İmza” xidmət növü) ödənişsiz təqdim edilməsi barədə qərar qəbul etmişdir. Xatırladaq ki, bu xidmətin aktivləşdirilməsi ödənişli olub, 18 AZN təşkil etmişdir.
Cənab Prezident İlham Əliyevin Azərbaycanın rəqəmsal transformasiyası sahəsindəki təşəbbüslərini hərtərəfli dəstəkləmək və Azərbaycan vətəndaşları üçün elektron xidmətlərə geniş əlyetərlik imkanının təmin edilməsi məqsədilə B.EST Solutions şirkəti bütün mobil operatorlar, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətilə birlikdə sosial məsuliyyət təşəbbüsü irəli sürərək, 2021-ci ilin iyul ayından pandemiya dövrünə müddətində “Vətəndaş” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqını ləğv etməyə qərar verdi.
Xüsusilə vurğulanmalıdır ki, bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan vətəndaşlarla yanaşı, bu xidməti 2021-ci ilin iyul ayından etibarən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, bu xidmət üçün aylıq abunə haqqı 2.50 AZN təşkil edirdi. Siz “Asan İmza” xidmətini mövcud olan mobil nömrənizdə də aktivləşdirə bilərsiniz və yeni nömrə əldə etməyə ehtiyac yoxdur. “Asan İmza” xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıclar əldə etmək mümkün olacaqdır.
Artıq istifadəçilər “Vətəndaş” tipli “Asan İmza” xidmətini tamamilə ödənişsiz əsaslarla əldə etmək və Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətdən yararlanmaq və beləliklə də fiziki olaraq, həmin qurumlara müraciət etməmək imkanına sahib olacaqlar. Vətəndaşlar – onlayn rejimdə bank hesabının açılması; internet və mobil bankçılıq; ipoteka üçün müraciət ərizəsinin göndərilməsi; güzəştli mənzilin əldə edilməsi üçün müsabiqədə iştirak ərizəsinin təqdim edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması; nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin elektron qaydada verilməsi; elektron məhkəmə portalında şəxsi kabinetinin idarə edilməsi; cərimələr barədə məlumatın əldə edilməsi; əmlak və həyat sosial sığortası; iş yerindən arayışın onlayn qaydada əldə edilməsi kimi önəmli xidmətlərdən istifadə edə bilərlər.
Bir daha qeyd edək ki, “Asan İmza” Azərbaycan Respublikası qanunvericiliynə əsasən əl imzasına bərabərdir. Unutmayın ki, “Asan İmza” SİM kartınızı və PİN kodlarınızı heç kimə verməməli və onları əlçatan yerdə saxlamamalısınız.
Xatırladaq ki, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan “İş” və “Dövlət” tipli “Asan İmza” xidmətinin qiyməti və aylıq abunə haqqı dəyişilməz olaraq qalır.
Vətəndaşlar, “1847″ Asan İmza Çağrı Mərkəzinə zəng edərək və ya info@asanimza.az elektron poçt ünvanına yazaraq suallarına cavab ala bilərlər.
-
28.05.2021 28 May Respublika günüdür!
Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 103 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar
28 May Respublika günüdür!
Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 103 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.
Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq.
Qoy çətinliklə əldə edilən müstəqilliyimizi bütün vasitələrlə qoruyaq və möhkəmləndirək!
Respublika gününüz mübarək olsun!
-
10.05.2021 Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür
10 may 2021-ci il tarixində Azərbaycanın dahi oğlu və və Ümummilli lideri hesab edilən Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.
Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür
10 may 2021-ci il tarixində Azərbaycanın dahi oğlu və və Ümummilli lideri hesab edilən Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür.
Onun müstəqil Azərbaycanın inkişafındakı rolunu qiymətləndirmək olduqca çətindir. Məhz Heydər Əliyevin savadlı və düşünülmüş siyasəti nəticəsində Azərbaycanın çox qısa vaxt ərzində siyasi baxımdan tanınmasına, iqtisadi inkişafı, vətəndaşlarının həyat səviyyəsinin yüksəlişinə nail olunmuşdur. Eləcə də onun hakimiyyəti illərində informasiya texnologiyaları sahəsində innovasiyaların tətbiqinin əsası qoyulmuşdur.
“Asan İmza” kollektivi Azərbaycan xalqını Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə təbrik edir, ölkəmizə əbədi müstəqillik, sülh və firavanlıq arzulayır.
-
31.03.2021 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü
Mart ayının son günləri Bakıda baş vermiş faciənin 103-cü ildönümüdür. 1918-ci il martın 30-u ilə 3 aprel arasında erməni millətçiləri bolşeviklərlə birlikdə qadınlar və uşaqlar da daxil Bakıda və onun ətrafında müsəlman-azərbaycanlı
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü
Mart ayının son günləri Bakıda baş vermiş faciənin 103-cü ildönümüdür. 1918-ci il martın 30-u ilə 3 aprel arasında erməni millətçiləri bolşeviklərlə birlikdə qadınlar və uşaqlar da daxil Bakıda və onun ətrafında müsəlman-azərbaycanlı əhalisni qətliam ediblər.
Bu tarixi faciənin vacibliyi nəzərə alınaraq, Azərbaycan Respubikasının prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamına əsasən hər il respublikamızda və onun hüdudlarında 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunmaqdadır.
Tariximizi unutmayaq!
-
20.03.2021 Novruz bayramınız mübarək olsun!
Artıq bahar fəsli yurdumuza qədəm qoyur. Bu münasibətlə Azərbaycan xalqını ürəkdən təbrik edir və söyləyirik:
Novruz bayramınız mübarək olsun!
Artıq bahar fəsli yurdumuza qədəm qoyur. Bu münasibətlə Azərbaycan xalqını ürəkdən təbrik edir və söyləyirik:
Qoy bu təravətli bahar bayramı süfrənizi ruzu-bərəkətlə, qəlbinizi xoş hislərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümüdləriniz gerçək olsun.
NOVRUZ BAYRAMINIZ MÜBARƏK OLSUN!
-
22.02.2021 “Asan İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edildi
Azərbaycanın mobil identiteti sayılan “Asan İmza” Secure Identity Alliance və OnePoint tərəfindən nəşr olunan “Dünyanın rəqəmsal identitetlərinə səs vermə” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilmişdir. Secure Identity Alliance (SIA), OnePoint
“Asan İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edildi
Azərbaycanın mobil identiteti sayılan “Asan İmza” Secure Identity Alliance və OnePoint tərəfindən nəşr olunan “Dünyanın rəqəmsal identitetlərinə səs vermə” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilmişdir.
Secure Identity Alliance (SIA), OnePoint ilə birgə “Dünyanın rəqəmsal identitetlərinə səsvermə” adlı hesabat hazırlamışdır ki, orada dünya üzrə hökumət tərəfindən həyata keçirilən rəqəmsal və mobil identitet layihələrinin cari vəziyyəti əks olunmuşdur.
Layihə bir neçə məqsəd daşıyırdı. Birincisi, müxtəlif rəqəmsal identitet sxemlərinin xüsusiyyətlərini vurğulamaqla yanaşı innovativ təcrübələri, idarəetmə metodları və proseslərini, texnologiyaların seçimləri və bazara çıxışın strategiyalarını araşdırmaq, ikincisi, qərar qəbuletmə prosesinin hərəkətverici qüvvələri və bazarın əsas iştirakçıları tərəfindən təqdim edilən qabaqcıl təcrübələrin istifadəsinin üstünlüklərini anlamaq. Hesabatda rəsmi və sənədləşdirilmiş analitik mənbələrdən alınan əsas fikir və təcrübələr, eləcə də başlıca beynəlxalq iştirakçılar və müxtəlif ölkələrin nümayəndələri ilə aparılan 25 müsahibənin çarpaz təhlili toplanılmışdır.Bu əyani hesabatda innovativ modellər, peşəkar iştirakçılardan əldə edilən təcrübə və dərslər qeyd edilmiş, eləcə də ABŞ, Kanada, Avstriya, Böyük Britaniya, Fransa, Hollandiya, Danimarka, Estoniya, Azərbaycan, Hindistan, Sinqapur və digərlərinin də ən yaxşı təcrübələri daxil olmaqla, dünyanın bütün ölkələrindən olan ID layihələrin və modellərin təhlili aparılmışdır.
OnePoint şirkətinin partnyoru Yannik Raqonnonun (Yannick Ragonneau) sözlərinə görə “Tranzaksiyalar fiziki dünyadan rəqəmsal dünyaya doğru irəlilədikcə, etibarlı rəqəmsal identitet yeni və genişlənən ictimai xidmətlər üçün təməl sütuna çevrilir. Bu hesabatda biz, dünyanın hər yerindən olan rəhbərlərə identitet sahəsində ən innovativ və çətin layihələrə səsvermə hüququnu təqdim edir və tətbiq edilən təcrübi ideyalar və perspektivləri əldə rəhbər tuturuq. Əsas məqsəd dövlət və özəl qurumların idarəçilərinə bunun həyata keçirilməsinin nə qədər mümkün olduğunu göstərməkdən ibarətdir.
Azərbaycanın mobil identiteti olan “Asan İmza” iki sahədə ən yaxşı təcrübə nümunəsi kimi təqdim edildi: rəqəmsal əhatəlilik və rəqəmsal identitetin mobil qurğulara keçid trendi. Birinci kateqoriyada Azərbaycan Fransa və Avstraliya ilə yanaşı yerləşdirildi və burada ictimai xidmətlərin təqdim edilməsində rəqəmsal əhatəliliyin təmin edilməsi üçün hazırlanmış mobil identitetin səsli xidmətə inteqrasiyasının Azərbaycan həlli ayrıca qeyd edilmişdir. “Mobil düşün” (Think Mobile First) adlanan ikinci kateqoriyada, Azərbaycanın SİM karta əsaslanan “Asan İmza” mobil elektron imza həlli Lixtenşteyn və İtaliya ilə yanaşı yer aldı.
Bir çox ekspertlər bu hesabatda identitetin gələcəyinin məhz mobil qurğularda olduğunu qəbul edir. Mobil identitetin tətbiqində qazanılan nailiyyətlər sayəsində Azərbaycan bu sahədə lider ölkələr siyahısına daxil edildi.SIA Digital ID işçi qrupunun sədri Kristen Teyras (Kristen Teyras) – Juniper Research-in apardığı sonuncu tədqiqatlara istinad edərək qeyd etmişdir: “Rəqəmsal identitetin tətbiqi hal-hazırda həlledici mərhələdə olduğundan, 2024-cü ilə qədər mobil identitet 3 milyarddan çox insan üçün rəqəmsal identifikatorların qeydiyyatı, yoxlanılması və autentifikasiyası üçün əsas mənbəyə çevrilməlidir”. O, hesabatda qeyd olunan nümunələri rəhbər tutaraq, bildirmişdir ki, “Həm onlayn, həm də oflayn identifikasiyanı dəstəkləyən yeni nəslin mobil identitet texnologiyaları, dövlət və özəl sektorla insanların qarşılıqlı əlaqələrinin istiqamətini dəyişən etibarlı innovativ rəqəmsal xidmətlərin artıq yeni erasının irəliləyişinə kömək edir”.
Bu hesabat, Secure Identity Alliance (SIA) ilə OnePoint arasındakı birgə işin nəticəsi hesab edilir:
SİA – qanuni və etibarlı identitetin təqdim edilməsində, eləcə də bütün əhali üçün rəqəmsal identitetin əhatəli xidmətlərinin inkişafında beynəlxalq əməkdaşlığa təşviq etmək üçün dövlət, özəl və qeyri-hökumət təşkilatlarını birləşdirən qeyri-kommersiya təşkilatıdır.
OnePoint – strateji baxışların texnoloji baxımdan reallaşdırılmasında müştərilərə kömək edən ümumictimai transformasiya memarlarıdır.
-
16.02.2021 Artıq “Asan İmza”nı PAŞA Bankda əldə etmək mümkün oldu
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin xidmətdən rahat şəkildə faydalanmasını təmin etmək üçün daha bir yeniliyi
Artıq “Asan İmza”nı PAŞA Bankda əldə etmək mümkün oldu
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin xidmətdən rahat şəkildə faydalanmasını təmin etmək üçün daha bir yeniliyi təqdim edir.
Belə ki, Sədərək şöbəsinə müraciət edən müştərilər artıq “Asan İmza”- gücləndirilmiş mobil elektron imzanı əldə etmək üçün vergi idarələrinə və “ASAN Xidmət” mərkəzlərinə getmədən yerində bunu həyata keçirə biləcəklər.
Gücləndirilmiş mobil elektron imza -“Asan İmza”sı olan müştərilər, müxtəlif əməliyyatlarını onlayn həyata keçirə və sənədləri elektron formada imzalaya bilərlər. Müştərilər PAŞA Bank-ın PAŞA Biznes mobil tətbiqi və ya Onlayn Bank platforması vasitəsilə Banka gəlmədən, vaxt itirmədən hesablarına nəzarət edə və bir sıra əməliyyatları həyata keçirə bilərlər.
Qanunvericiliyə əsasən “Asan İmza” fiziki imzaya bərabərdir və bu səbəbdən istifadəçilərin identifikasiyası ilə bağlı bütün prosedurlar, təhlükəsizliyin təmin edilməsi, kriptoqrafiyanın bütün dünya standartlarına uyğunluğa görə istifadəçilərin maraqlarının təmin edilməsi baxımından ciddi şəkildə riayət olunur. Xidmətdən yararlanmaq üçün müştərinin aktiv “Bakcell” və ya “Nar” mobil nömrəsinin olması zəruridir. “Azercell” abunəçiləri “Asan İmza”nı yalnız bu operatorun “Asan İmza” SİM kartı ilə aktivləşdirə bilərlər.
Qeyd edək ki, yaxın zamanda “Asan İmza”-nı PAŞA Bankın digər filiallarında da əldə etmək imkanı yaradılacaq.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Əlaqə Mərkəzinə müraciət edin: * 8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), * 9123 / (+99412) 4965000 (fiziki şəxslər üçün).
-
20.01.2021 20 yanvar
20 yanvar 1990-cı il – Azərbaycan tarixinin ən faciəli günlərindən biridir.
20 yanvar
20 yanvar 1990-cı il – Azərbaycan tarixinin ən faciəli günlərindən biridir.
31 il əvvəl qadınlar və uşaqların da daxil olduğu 700-dən çox sivil vətəndaş əsassız və hədsiz gücün tətbiqinin, eləcə də Sovet rəhbərliyinin xain siyasətinin qurbanı oldu. “Qara yanvar” Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin simvoluna çevrilərək ölkənin azadlığı və suverenliyinə yol açdı. Azərbaycanın gələcəyi naminə canlarını qurban verən insanlar qəhrəman kimi xalqın yaddaşında əbədi qalacaqlar.