Konfidensiallıq siyasəti

Konfidensiallıq siyasəti

Məlumatların emalı prinsipləri

Fərdi məlumatlarınızın qorunmasına məsuliyyətli münasibət bizim üçün çox vacibdir. Şəxsi məlumatların emalı siyasəti hansı məlumatların nə məqsədlə toplandığını təsvir edir. Məlumatlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq işlənir və məlumatları emal edərkən biz sizin maraqlarınız, hüquqlarınız və iradənizdən çıxış edirik.

Fərdi məlumatların emalı, məlumatların icazəsiz və ya qeyri-qanuni emalından, məlumatların təsadüfən itirilməsindən və ya məhv edilməsindən, müəyyən texniki və ya düzəldici üsullardan istifadə etməklə məlumatların korlanmasından qorunma da daxil olmaqla, məlumatların təhlükəsizliyini təmin edən şəkildə həyata keçirilir.

Məlumatların emalının məqsədi

Məlumatların işlənməsinin məqsədi təşkilat tərəfindən toplanılmış şəxsi məlumatları təhlil etmək və təşkilatın təklif etdiyi xidmətləri asanlaşdırmaq üçün onlardan istifadə etməkdir. Həmçinin, məlumatların toplanılması istifadəçiyə daha fərdiləşdirilmiş və fərdi kontent təklif edəcəkdir.

Fərdi məlumatların yayılması

Aşağıdakılar istisna olmaqla fərdi məlumatlarınız üçüncü tərəflərə ötürülmür:

  • marketinq materialları və təkliflər sizə göndərildiyi hallarda elektron poçtla göndərmə xidmətləri.
  • veb-proqramçı – veb proqramın düzgün işləməsini təmin etmək üçün.
  • təşkilatla əməkdaşlıq edən üçüncü şəxslər. Şəxsi məlumatlarınız təşkilatın tərəfdaşlarına ötürülürsə, o, fərdi məlumatların emalı qaydalarına uyğun olaraq və yalnız şirkətin məlumatlarının toplanması məqsədinə uyğun məqsədlər üçün emal ediləcəkdir.
  • hüquqi məsələlər üzrə dövlət orqanları (məsələn, polis, vergi xidməti və s.)

Yuxarıda qeyd olunan hallarda, tərəfdaşlar tərəfindən alınan məlumatlar müstəqil məlumat emalçıları tərəfindən onların məxfilik siyasətinə və təlimatlarına uyğun olaraq kimi işlənəcəkdir.

Şəxsi məlumatların saxlanılması

Məlumatların emalı qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir, bu o deməkdir ki, fərdi məlumatlar onların emalı üçün lazım olan müddətdən artıq saxlanılmır. Bu o deməkdir ki, məlumat toplandığı məqsəd üçün lazım olmadığı və ya köhnəldiyi andan silinir. Fərdi məlumatların mühafizəsi siyasətinə uyğun olaraq, şəxsi məlumatlarınız konfidensial hesab olunur və yüksək təhlükəsizlik standartlarına uyğunlaşdırılır.

Fərdi məlumatların emalı zamanı müştəri hüquqları

  • GDPR fiziki şəxslərə aşağıdakı hüquqları verir:
  • şəxsi məlumatlarınıza əlyetərlik tələb etmək hüququ;
  • məlumatların düzəlişini tələb etmək hüququ;
  • məlumatların silinməsini tələb etmək hüququ;
  • şəxsi məlumatların emalını məhdudlaşdırmaq hüququ;
  • şəxsi məlumatların emalına etiraz etmək hüququ;
  • məlumatların ötürülməsini tələb etmək hüququ;
  • razılığı geri götürmək hüququ;
  • birbaşa marketinq üçün fərdi məlumatların emalına etiraz etmək hüququ (o cümlədən fərdi məlumatların təhlili)
    poçt göndərişlərindən / şəxsi təkliflərdən imtina etmək hüququ

Veb saytda toplanılmış məlumatlar

Aşağıdakı şəxsi məlumatlar müxtəlif formalarda toplana bilər:

  • Ad
  • Elektron poçt
  • Təşkilatın adı

COOKIE FAYLLARININ İSTİFADƏ PRİNSİPLƏRİ

Cookie faylları haqqında informasiya

Veb saytımıza daxil olduğunuz zaman ziyarət edilən səhifə və səhifələrin istifadəsi ilə bağlı şəxsi məlumatlarınız yadda saxlanıla bilər. Toplanılan məlumatlara cihazınız və İnternet bağlantınız haqqında texniki məlumatlar (istifadə olunan əməliyyat sistemi, brauzer versiyası, IP ünvanı, cookie fayllar və unikal ID kimi) daxil ola bilər.

Cookie —  veb saytımıza daxil olduğunuz zaman kompüterinizdə və ya cihazınızda yadda saxlanılan kiçik həcmli mətn fayllarıdır. Məqsəd, istifadəçinin veb səhifə ilə qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq, kontentdən istifadəni qiymətləndirmək və xidmətlərin marketinqini dəstəkləməkdir. Cookie fayllar sizə veb saytda istifadə statistikasını və digər fəaliyyətləri izləməyə imkan verir. Cookie  fayllar veb xidməti asanlaşdırmaq və daha rahat etmək, həmçinin xidmətlərin keyfiyyətini artırmaq üçün vacibdir. Cookie fayllar təhlükəli deyil və kompüterinizə və ya fayllarınıza zərər vermir.

Cookie faylların məqsədi

Veb sayt sizə daha yaxşı istifadəçi interfeysi təqdim etmək və veb saytın səmərəli işləməsini təmin etmək üçün xüsusi cookie fayllardan istifadə edir. Biz yalnız lazımlı və faydalı hesab etdiyimiz cookie fayllardan istifadə edirik.

Сookie faylları aşağıdakılara kömək edir:

  • bir seansda sistemə birdən çox giriş ehtiyacından uzaqlaşmaq
  • sazlamalar və seçimlərinizi yadda saxlamaq
  • veb saytın sürəti və təhlükəsizliyini artırmaq
  • veb saytı fərdiləşdirmək və məlumatı daha tez tapmaq
  • saytda düzəlişlər və proqram işlərini planlaşdırmaq
  • tələblərinizə uyğun təkliflər və marketinqi uyğunlaşdırmaq

Cookie faylların tipi və təsnifatı

Biz, həm öz, həm də üçüncü tərəf cookie fayllardan istifadə edirik, bunlar həm sessiya, həm də daimi ola bilər.

  • Sessiya cookie faylları kimi tanınan müvəqqəti cookie fayllar, siz vebsayta baxdığınız zaman kompüterinizdə saxlanılır və siz saytı tərk etdikdən sonra silinir. Müvəqqəti cookie fayllar, adətən istifadəçiyə brauzerdən rahat istifadəni təklif etmək üçün istifadə olunur.
  • Daimi cookie fayllar seçimlərinizi və hərəkətlərinizi yaddaşda saxlayır, vebsayta əvvəlki istifadəçi hərəkətlərini (məsələn, istifadəçi adı, dil və s.) yadda saxlamağa imkan verir və bununla da daha effektli və fərdiləşdirilmiş funksiyalar təklif edir.

Sessiya cookie faylları ilə müqayisədə onların ömrü daha uzundur və hər bir konkret fayl üçün müəyyən edilmiş müddət üçün etibarlıdır. Daimi cookie fayllar saytdan çıxış etdiyiniz zaman silinmir və qurğunuzda saxlanılır.

Öz cookie fayllar veb sayta növbəti dəfə daxil olduğunuz zaman istifadə olunan məlumatları yaddaşda saxlamaq üçün veb saytımızda yerləşdirilən cookie fayllardır.

Kənar cookie fayllar, üçüncü tərəfin yaratdığı və analitik məqsədlər üçün istifadə edilən cookie fayllardır. Toplanmış məlumatlar veb saytın funksionallığı haqqında hesabatların tərtib edilməsi və onun fəaliyyətinin yaxşılaşdırılması üçün istifadə olunur.

Cookie faylları aşağıdakı kimi təsnifləşdirilir:

  • Çox zəruri cookie fayllar – onlar istifadəçi digər alt səhifələrə daxil olduqda veb saytın funksiyalarını  istifadə etməyə və formalardakı məlumatları yadda saxlamağa imkan verir. Çox zəruri cookie fayllardan istifadə etmədən biz təhlükəsiz veb sayt xidmətləri təqdim edə bilmərik. Çox zəruri cookie fayllar marketinq məqsədləri üçün məlumat toplamır və əvvəllər ziyarət edilmiş səhifələri yaddaşda saxlamır.
  • Effektivliyi artıran cookie fayllar – veb səhifənin istifadəsilə bağlı məlumatları toplayır və onları veb-saytın iş rejimini  yaxşılaşdırmaq üçün istifadə etmək olar. Effektivliyi artıran cookie fayllar ən çox hansı səhifələrə ziyarət edildiyini, bu zaman hansı çətinliklərlə üzləşildiyini və reklamların işləyib-işləmədiyini göstərir. Effektivliyi artıran cookie fayllar istifadəçi məlumatlarını toplamır və bütün məlumatlar anonim saxlanılır.
  • Funksional cookie fayllar – bu cookie fayllar seçimlərinizi yaddaşda saxlayır və təkmilləşdirilmiş və fərdiləşdirilmiş funksiyalar təklif edir. Bundan əlavə, onlar dəyişiklikləri yaddaşda saxlayır, lakin digər saytlarda aktivliyi saxlamırlar.
  • İstiqamətlənmiş/reklam cookie fayllar – Maraqlarınıza uyğun reklamları təqdim etmək və reklamların göstərilmə sayını məhdudlaşdırmaq üçün istifadə olunur. Reklam cookie faylları istifadəçinin baxış vərdişləri haqqında məlumat toplayır ki, bu da veb sayta istifadəçinin seçimlərinə uyğun olaraq reklamlar göstərməyə imkan verir. O, həmçinin reklam kampaniyasının effektivliyini ölçməyə imkan verir.

Kənar funksiyalar

Məsələn, Facebook və Google ziyarət etdiyiniz veb saytımızın məzmunu haqqında məlumat toplamaq üçün öz cookie fayllarından və ya digər üsullardan istifadə edə bilər. Onlar bu məlumatlardan, istifadə statistikasının təhlili və istifadəçinin maraqları ilə bağlı reklam təklif etmək üçün istifadə edirlər.

Biz, üçüncü tərəflərin veb saytımızda yerləşdirdiyi cookie fayllara əlyetərlik əldə edə və ya onlara nəzarət edə bilmərik – bu cookie fayllardan istifadə proqram sahiblərinin məxfilik siyasəti ilə tənzimlənir. Sizi bütün üçüncü tərəflərin məxfilik siyasətilə tanış olmağı tövsiyə edirik.

Veb saytda istifadə olunan cookie fayllar

Bu saytda biz istifadəçi məlumatlarını saxlayan aşağıdakı cookie fayllarından istifadə edirik:

  • İstifadəçinin Məxfilik və İstifadə Şərtlərinə razılıq statusu
  • Google Analytics sisteminə aid cookie fayllar
  • Üçüncü tərəflərin təyin etdiyi kontent cookie faylları (məsələn, Youtube)
  • İstifadəçi dili sazlamaları
  • Facebook-a giriş və paylaşma sistemi ilə bağlı cookie fayllar. 

Cookie faylların idarə edilməsi və onların silinməsi

Veb saytın bütün funksiyalarından istifadə etmək üçün cookie faylların istifadəsinə icazə verməlisiniz.

Sizin, qurğunuzda cookie faylların saxlanılmasından imtina etmək hüququnuz var, bunu brauzerinizin sazlamalarında edə bilərsiniz. Cookie faylları bloklayarkən nəzərə alın ki, veb saytın bəzi funksiyaları əlyetərli olmaya bilər və biz veb saytın nəzərdə tutulan fəaliyyətinə zəmanət verə bilmərik.

Biz məlumatlarınızı bu sənəddə qeyd olunduğundan başqa heç bir şəkildə istifadə etməyəcəyik. Şərtlər və Xidmətlər dəyişərsə, biz sizi bununla bağlı xəbərdar edəcək və yenidən razılığınızı istəyəcəyik.

Məxfilik siyasətimizin şərtlərini qəbul etmisinizsə, lakin razılığınızı geri götürmək istəyirsinizsə, lütfən, identifikasiya nömrənizi elektron məktubla bizim info@asanimza.az elektron poçtumuza göndərin. Sizin unikal identifikasiya nömrəniz – mlZyxEE3SnawDwY0KPGnNVApU-dur.

Son dəyişikliklər – 16.08.2018