İlkin müraciət
Necə əldə etməli?
İlkin müraciət
Asan İmza” fiziki SIM kart
İlk dəfə “Asan İmza”nı əldə etmək üçün şəxsiyyət vəsiqənizlə aid olduğunuz mobil operatorun (Azercell, Bakcell, Nar) Müştəri Xidmətləri Mərkəzlərinə müraciət edin və “Asan İmza” SIM kartını əldə edərək xidməti aktivləşdirin. Növbəti mərhələdə isə Asan Sertifikat Xidmətləri Mərkəzində “Asan İmza” sertifikatlarınızı aktivləşdirin.
eSIM əsaslı “Asan İmza” xidməti
İnnovativ eSIM əsaslı “Asan İmza” xidməti bütün mobil operatorlar tərəfindən istifadəsi mümkündür. Bu müasir mobil texnologiyalar daha təhlükəsiz, çevik və ekoloji təmiz rəqəmsal identifikasiya və imzalama imkanı yaradır.
Yeni nəsil eSIM texnologiyasının üstünlükləri:
– Yeni nəsil mobil identifikasiya və daha yüksək təhlükəsizlik səviyyəsini təmin edir.
– Rəqəmsal sənədlərin şifrələnməsi və deşifrə edilməsini təmin edir. Xidmət müasir kriptoalqoritmlərə əsaslanır və istifadəçilərə daha etibarlı rəqəmsal imzalama imkanı verir.
– Fiziki SIM kartın oğurlanması və ya itirilməsi risklərini aradan qaldırır və virtual eSIM vasitəsilə istənilən yerdən təhlükəsiz imzalama və autentifikasiya imkanı yaradır.
– eSIM “Asan İmza” PIN1/PIN2 kodları bloklandıqda, 1847 – “Asan İmza” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq blokdan çıxarma imkanı verir.
– Bir cihazda birdən çox eSIM nömrəsinin aktivləşdirilməsinə imkan yaradır.
– Plastik kartlardan istifadəni azaltmaqla ekoloji təmizliyin qorunmasına töhfə verir.
eSIM “Asan İmza” xidmətini aid olduğunuz mobil operator vasitəsilə aktivləşdirilməsi mümkündür.
Əgər istifadəçinin fiziki SIM kart əsaslı “Asan İmza” xidməti varsa və onu eSIM əsaslı xidmətə çevirmək istəyirsə, mobil operatoruna onlayn müraciət edə bilər. Bundan sonra istifadəçi “Asan İmza” sertifikatlarını Asan Sertifikat Xidmətləri Mərkəzində yeniləməlidir.
https://azercellim.com/
https://bakcell.com/asan-imza-mobil-signature
https://www.nar.az/senin-ucun/asanimza/