Xəbərlər arxivi
Xəbərlər arxivi
-
15.03.2023 “Nar” Müştəri Xidmətləri artıq KOBİA-da
“Nar” Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yeni müştəri xidməti məntəqəsini istifadəyə verdi. Artıq kiçik və orta bizneslə məşğul olmaq istəyən şəxslər heç yana getmədən, elə agentliyin binasında “Nar” müştəri xidmətləri
“Nar” Müştəri Xidmətləri artıq KOBİA-da
“Nar” Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yeni müştəri xidməti məntəqəsini istifadəyə verdi. Artıq kiçik və orta bizneslə məşğul olmaq istəyən şəxslər heç yana getmədən, elə agentliyin binasında “Nar” müştəri xidmətləri məntəqəsinə yaxınlaşaraq, “ASAN İmza” xidmətinə qoşula bilir.
Yeni xidmət məntəqəsi bütün “Nar” müştəriləri üçün xidmətə açıqdır. Eynilə, “Nar” Mərkəzlərində olduğu kimi, KOBİA-da fəaliyyət göstərən xidmət məntəqəsi də hər bir müştəri sorğusunu qeydə alır və abunə əməliyyatlarını yerinə yetirir, həmçinin mövcud xidmətlər haqqında məlumat təqdim edir.
Xidmət məntəqəsi KOBİA-nın binasında – Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə yerləşir. İş saatları, KOBİA-nın iş saatlarına müvafiq olaraq, həftəiçi saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərir. Nahar fasiləsi saat 13:00-dan 14:00-a kimidir. Həftəsonları isə qeyri-iş günüdür.
“Nar” müştəriyönümlülük siyasətinə uyğun olaraq, abunəçiləri üçün ünsiyyəti rahat və əlçatan etmək üçün ən müasir standartlara cavab verən “Nar” Müştəri Xidmətləri Mərkəzlərinin sayını artırmaqda davam edir. Siz ən yaxın “Nar” Müştəri Xidmətləri Mərkəzini yerini öyrənmək üçün nar.az/maps veb səhifəsinə keçə, 777 Çağrı Xidmətinə zəng edə, və ya “Nar”ın sosial media səhifələrinə yaza bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Ətraflı: https://qafqazinfo.az/news/detail/nar-musteri-xidmetleri-artiq-kobia-da-394667
-
03.03.2023 “Azercell” Asan İmza” xidmətinin aktivləşdirilməsinə dəstək olmağa davam edir
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq “Azercell Telekom” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial Xidmət müəssisəsinin əməkdaşlarına Asan İmza xidmətinin
“Azercell” Asan İmza” xidmətinin aktivləşdirilməsinə dəstək olmağa davam edir
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq “Azercell Telekom” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial Xidmət müəssisəsinin əməkdaşlarına Asan İmza xidmətinin aktivləşdirməsində dəstək olub. Azercell-in Müştəri Xidmətləri təmsilçiləri Bilgəh qəsəbəsində yerləşən müəssisəyə səfər edərək, yerində 100-ə yaxın əməkdaşa xidmət göstəriblər.
Mobil elektron imza xidmətinin aktivləşdirilməsi abunəçilərə 2000-dən artıq dövlət və özəl sahədəki elektron xidmətlərdən asanlıqla istifadə imkanı yaradır.
Azercell bir daha xatırladır ki, abunəçilər “Asan İmza” xidmətli SİM kartın müddətini Müştəri Xidmətləri Mərkəzlərinə getmədən, sadəcə SMS vasitəsilə uzada bilər.
-
27.02.2023 Qida obyektlərinin qeydiyyatı və təsdiqi ilə bağlı dövlət rüsumu ləğv edilib
“Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi ilə bir çox yeniliklərin hüquqi bazası formalaşdırılıb, beynəlxalq tələblərə uyğun qeydiyyat sistemi yaradılıb. Ölkə ərazisində qida və yem məhsullarının ilkin istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata
Qida obyektlərinin qeydiyyatı və təsdiqi ilə bağlı dövlət rüsumu ləğv edilib
“Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi ilə bir çox yeniliklərin hüquqi bazası formalaşdırılıb, beynəlxalq tələblərə uyğun qeydiyyat sistemi yaradılıb. Ölkə ərazisində qida və yem məhsullarının ilkin istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən və təsdiqi tələb edilməyən qida obyektləri, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlər birbaşa qeydiyyata alınır.
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dəyişikliyə əsasən, obyektlərin və subyektlərin qeydiyyatı, eləcə də reyestr məlumatlarında dəyişikliyin edilməsi və reyestrdən çıxarışın dublikatının verilməsi üzrə dövlət rüsumları ləğv edilib.
“Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə müvafiq olaraq, yüksək riskli qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan və təsdiqi tələb edilən qida obyektləri agentlik tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunur. Dəyişikliyə əsasən, qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, habelə bələdiyyə və dövlət orqanları (qurumları) cavabdeh olduqları qida obyektlərinin təsdiqi üçün müəyyən edilmiş dövlət rüsumunun ödənişindən azad edilib. Eyni zamanda, qida obyektlərinin təsdiqi ilə bağlı reyestr məlumatlarında dəyişikliyin edilməsi və reyestrdən çıxarışın dublikatının verilməsi üzrə dövlət rüsumu nəzərdə tutulmayıb. Beləliklə, qida obyektinin təsdiqi üçün müəyyən edilmiş dövlət rüsumu yalnız orta və iri sahibkarlıq subyektləri tərəfindən ödənilməlidir.
Sahibkarlar cavabdeh olduqları obyektlərin qeydiyyatı (təsdiqi) üçün agentliyin e-afsa.gov.az portalında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən (və ya səlahiyyətli nümayəndəsi vasitəsilə) kağız daşıyıcılarda “ASAN xidmət” mərkəzlərinə, Kiçik və orta biznes evlərinə (KOB evləri), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə və Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinə müraciət edə bilərlər.
-
13.01.2023 “Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı xidmətlər göstərilir
“Bakı KOB evi”ndə sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xidmətlər göstərilir. Sahibkarlar vergi məsələləri ilə bağlı Dövlət Vergi Xidmətinin xidmət mərkəzləri ilə yanaşı, “Bakı
“Bakı KOB evi”ndə sahibkarlara vergilərlə bağlı xidmətlər göstərilir
“Bakı KOB evi”ndə sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xidmətlər göstərilir.
Sahibkarlar vergi məsələləri ilə bağlı Dövlət Vergi Xidmətinin xidmət mərkəzləri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət edə bilərlər. Belə ki, “Bakı KOB evi”ndə biznes subyektlərinə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması, kommersiya hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması, fiziki şəxslərin vergi uçotundan çıxarılması, vergi bəyannamələrinin qəbul edilməsi, “ASAN imza”nın verilməsi və vergilərlə bağlı digər xidmətlər göstərilir.
Qeyd edək ki, “Bakı KOB evi” həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir. Burada sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət təqdim olunur.
Ətraflı: https://smb.gov.az/az/all-news/baki-kob-evinde-sahibkarlara-vergilerle-bagli-xidmetler-gosterilir
-
29.11.2022 Azərbaycanda kibergigiyena üzrə ilk beynəlxalq konfrans keçirilib
14 noyabr 2022-ci il tarixində Kibergigiyena üzrə birinci beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəzliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Azərbaycanda kibergigiyena üzrə ilk beynəlxalq konfrans keçirilib
14 noyabr 2022-ci il tarixində Kibergigiyena üzrə birinci beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəzliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM), Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin, o cümlədən “B.EST Solutions” MMC-nin təşkilatçılığı ilə həyata keçirilib.
Konfransda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açılış nitqi ilə çıxış ediblər.
Konfransda, həmçinin NATO tərəfindən mükafatlandırılmış Estoniyanın “CybExer Technologies” şirkətinin həmtəsisçisi Lauri Alman, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, “ByteLife Solutions” şirkətinin baş icraçı direktoru Janek Gridin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş informasiya təhlükəsizliyi mütəxəssisi Tural Məmmədov, “CybExer Academy/RiskSight”ın baş əməliyyat direktoru Markus Münzer kibergigiyenaya dair müxtəlif mövzularda spiker qismində çıxış ediblər.
Konfrans çərçivəsində, həmçinin “Kibergigiyena” platformasından aktiv istifadəyə görə bir sıra dövlət qurumları, eləcə də platformanın tətbiqində göstərdiyi dəstəyə görə dövlət qurumlarının əməkdaşları “Təşəkkürnamə” ilə təltif olunublar.
“Kibergigiyena” platformasından (https://kibergigiyena.az/) indiyədək 130-a yaxın dövlət qurumu və 4000-ə yaxın dövlət qurumunun əməkdaşı yararlanıb. Təlim çərçivəsində informasiya təhlükəsizliyi sahəsində tətbiq olunan beynəlxalq standartlar, milli təhlükəsizlik tələbləri, informasiya təhlükəsizliyinin təşkilat siyasəti və hazırlanan ən son təlimatlar, tövsiyələr, rəhbər prinsiplər və həllər təqdim olunub. Kibergigiyena portalının yaradılması ilə bağlı ötən ilin sentyabr ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və “Asan İmza” mobil elektron imzanın texniki operatoru “B.EST Solutions” MMC arasında üçtərəfli müqavilə imzalanıb. Müqavilənin əsas predmetini: platformanın yaradılması, istifadəsi, idarə edilməsi, informasiya təhlükəsizliyinin təşviqi və müvafiq təbliğat işlərinin aparılması təşkil edib.
-
14.10.2022 Yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı qaydalar açıqlanıb
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi
Yubiley və xatirə pul nişanlarının satışı ilə bağlı qaydalar açıqlanıb
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”na (Qayda) əsasən həyata keçirilir.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, İdarə Heyətinin 28 sentyabr 2022-ci il tarixli 43/1 nömrəli Qərarı ilə Qaydaya dəyişikliklər edilib, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib və 12 oktyabr 2022-ci il tarixindən qüvvəyə minib.
- AMB-nin valyuta məzənnələri – VİDEO
- ABB Tech Akademiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə mobil tərtibatçılıq üzrə yeni proqramlar elan edib
- ABŞ-ın dövlət borcu tarixi rekord səviyyəyə yüksəlib
Dəyişikliyə əsasən, yubiley və xatirə pul nişanlarının fiziki şəxslərə satışı “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” ilə yanaşı, sistemə müraciət etmədən, birbaşa Mərkəzi Bankın kassaları vasitəsilə həyata keçirilməsi də nəzərdə tutulur. Bu zaman, “Nağdsız hesabalaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.11-ci maddəsinin tələbləri nəzərə alınaraq ödənişin məbləği 4000 (dörd min) manatdan artıq olduqda, ödəniş yalnız bank hesabı vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda, banklar istisna olmaqla digər hüquqi şəxslərə yubiley və xatirə pul nişanlarının satışı, o cümlədən hüquqi şəxslər vasitəsilə satışı Mərkəzi Bankla bağlanmış müqavilə əsasında həyata keçiriləcək.
Bununla yanaşı əcnəbi və vətəndaşlığı olmayan şəxslər də “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”ndə İstifadəçi FİN-i, Asan imza və ya elektron imza vasitəsilə qeydiyyatdan keçərək yubiley və xatirə pul nişanlarının real vaxt rejimində satın alınması hüququnu əldə edib.
Eyni zamanda əhalinin nəzərinə çatdırılır ki, Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanları, onların qalıqları və qiymətləri barədə məlumatlar gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir (https://www.cbar.az/moneymarks/coins?category=2). Bu pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”nə daxil olaraq (https://coin.e-cbar.az/home) real vaxt rejimində satın ala və ya həftənin II və IV günləri saat 10:00-dan 13:00-dək Mərkəzi Bankın Bakı şəhəri, Bülbül pr.27 ünvanında yerləşən inzibati binasında və ərazi idarələrində (Yevlax EM, Gəncə RM, Biləsuvar RM, Quba RM, Naxçıvan MR İdarəsi) yerləşən kassalarından əldə edə bilərlər.
-
13.10.2022 Artıq Rabitəbank müştəriləri banka getmədən hesab aça biləcəklər!
Müştəriləri üçün xidmətlərini gündən-günə əlçatan edən Rabitəbank, yeni məsafədən hesab və biznes kartı açma xidmətini təqdim edir. Artıq hüquqi şəxslər və fərdi sahibkarlar filiala gəlmədən məsafədən bank hesabları və biznes kartı aça
Artıq Rabitəbank müştəriləri banka getmədən hesab aça biləcəklər!
Müştəriləri üçün xidmətlərini gündən-günə əlçatan edən Rabitəbank, yeni məsafədən hesab və biznes kartı açma xidmətini təqdim edir. Artıq hüquqi şəxslər və fərdi sahibkarlar filiala gəlmədən məsafədən bank hesabları və biznes kartı aça biləcəklər.
Beləliklə, müştərilər istədikləri yerdən hesab açaraq dəyərli vaxtlarını biznesin inkişafına sərf edə bilərlər. Bunun üçün isə ASAN imza olmağı kifayətdir.
Hesab açma mərhələsi necə gedir?
Tələb olunan sənədləri təqdim edirsiniz;
Sizə uyğun vaxtda video görüş təyin edirsiniz;
Bank tərəfdən sizə gələn müqavilələri imzalayıb, hesabı açırsınız.
Məsafədən hesab açılma prosedurunu İnternet Bankinq sistemi üzərindən https://rbt.az/hesab-ac həyata keçirə bilərsiniz.
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
https://www.azerbaycan24.com/artiq-rabitebank-musterileri-banka-getmeden-hesab-aca-bilecekler/
-
12.10.2022 ABB korporativ müştərilər üçün ABB business mobil tətbiqini təqdim etdi
Biznesin etibarlı tərəfdaşı olan ABB korporativ müştərilərin işinin rahatlığı məqsədilə daha bir yeniliyini təqdim edib. Bank ABB business mobil tətbiqini istifadəyə verib. Bizneslərə lazım olan bir çox bank xidmətlərindən ABB-nin filial və
ABB korporativ müştərilər üçün ABB business mobil tətbiqini təqdim etdi
Biznesin etibarlı tərəfdaşı olan ABB korporativ müştərilərin işinin rahatlığı məqsədilə daha bir yeniliyini təqdim edib. Bank ABB business mobil tətbiqini istifadəyə verib. Bizneslərə lazım olan bir çox bank xidmətlərindən ABB-nin filial və şöbələrinə gəlmədən, eləcə də İnternet Bank sisteminə daxil olmadan istənilən yerdən bu tətbiqlə 24/7 rejimində faydalanmaq mümkündür. Tətbiqin geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, o cümlədən sahibkar fiziki şəxslər yararlana bilər. ABB business mobil tətbiqindən istifadə edərək cəmi bir neçə toxunuşla bu əməliyyatları anında yerinə yetirmək olar:
-Hesabdan çıxarışlar almaq;
-Müxtəlif valyutalarda olan hesablara nəzarət;
-Ödənişlər aparmaq;
-Vergi və gömrük ödənişləri etmək;
-Ödənişləri təsdiqləmək, yaxud imtina etmək.
Üstəlik, birdən çox şirkət idarə edən istifadəçilər üçün tətbiqdə şirkət seçimi imkanı yaradılıb. İstifadəçilər tətbiqə ASAN İmza ilə yanaşı, xüsusi eyniləşdirmə kodu vasitəsilə də daxil ola bilərlər. Hər bir korporativ müştəri ABB business mobil tətbiqini yükləməklə onun imkanlarından faydalana bilər. ABB müştərilərin ehtiyaclarına uyğun olaraq tətbiqi daha da təkmilləşdirəcək. Bura yeni funksionallıqlar əlavə olunacaq. Növbəti inkişaf dövründə tətbiqə bank fəaliyyətindən kənar bir çox xidmətlər də inteqrasiya ediləcək.
ABB business mobil tətbiqini buradan yükləyə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
-
22.09.2022 Yelo Bank tam onlayn və girovsuz qarantiya məktublarını “Asan Imza” ilə təklif edir
Yelo Bank-da Bank qarantiya məktublarını tamamilə bir onlayn platforma üzərindən əldə etmək mümkündür. Xidmətdən yararlanmaq üçün əlavə sənədləşmə, sıra gözləmə və vaxt itirməyə ehtiyac qalmır, bütün proseslər İnternet Bankinq üzərindən həyata keçirilir.
Yelo Bank tam onlayn və girovsuz qarantiya məktublarını “Asan Imza” ilə təklif edir
Yelo Bank-da Bank qarantiya məktublarını tamamilə bir onlayn platforma üzərindən əldə etmək mümkündür. Xidmətdən yararlanmaq üçün əlavə sənədləşmə, sıra gözləmə və vaxt itirməyə ehtiyac qalmır, bütün proseslər İnternet Bankinq üzərindən həyata keçirilir.
Xidmətin əsas üstünlükləri bununla bitmir:- Bir gün ərzində təsdiqlənir;
- Dövriyyə əsasında 200 000 AZN-dək girovsuz verilə bilər;
- Maksimal məbləğ: 10 milyon AZN;
- Xidmətdən yeni müştərilər də istifadə edə bilər.
İstifadə qaydası çox asandır:
- İnternet Bankinqə (İB) daxil olun;
- Lazımi sənədləri İB-ə yükləyin;
- Müqaviləni ASAN İmza ilə təsdiqləyin;
- Qarantiya məktubu sizə göndərilir.
Qeyd edək ki, bank qarantiyası yerli və beynəlxalq əməkdaşlıq prosesində tərəfdaşlardan birinin digəri qarşısında maliyyə öhdəliklərini həyata keçirəcəyi barədə yazılı təminatdır.
Ətraflı məlumat üçün – https://bit.ly/qarantiyahttps://banker.az/yelo-bank-tam-onlayn-və-girovsuz-qarantiya-məktublari-təklif-edir/
-
16.09.2022 Azərbaycan Kredit Bürosunun yeni xidməti – rəqəmsal tarixçə platforması istifadəyə verilib
Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən yeni B2C (biznesdən müştəriyə) xidməti olan rəqəmsal tarixçə platforması – FINDOC istifadəyə verilib. Bürodan FED.az-a verilən məlumata görə, qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış platforma, şəxslərin özləri barədə məlumatlara əlçatanlığının artırılmasına
Azərbaycan Kredit Bürosunun yeni xidməti – rəqəmsal tarixçə platforması istifadəyə verilib
Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən yeni B2C (biznesdən müştəriyə) xidməti olan rəqəmsal tarixçə platforması – FINDOC istifadəyə verilib.
Bürodan FED.az-a verilən məlumata görə, qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış platforma, şəxslərin özləri barədə məlumatlara əlçatanlığının artırılmasına xidmət edir.
Müvafiq platformadan qeydiyyatdan keçərək SİMA və ya ASAN imza ilə razılıq ərizəsini imzalamaqla istifadəçilər özləri barədə Büroda toplanmış məlumatlara rəqəmsal çıxış əldə edirlər. Platformada qeydiyyatdan keçmiş şəxslər aşağıdakı xidmətlərdən yararlana bilərlər:
- kredit hesabatına baxış;
- skor hesabatına baxış;
- kredit hesabatının PDF formatında əldə edilməsi;
- kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;
- kredit hesabatının Büronun rəsmi emailindən digər email ünvanına yönləndirilməsi.
Qeyd edək ki, kredit tarixçəsi və skor hesabatı istifadəçilərə il ərzində iki dəfə ödənişsiz təqdim edilir.
Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur.
Müvafiq ödənişlər Platforma üzərindən və nağdsız qaydada aparılır.
Platforma real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir və ilkin olaraq “Beta” versiyada vətəndaşların istifadəsinə təqdim edilib.
Xidmətə qoşulmaq üçün https://findoc.az/ linkindən istifadə edilir.
Xatırladaq ki, Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılması, saxlanılması, təhlili, kredit hesabatlarının formalaşdırılması, borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.
Hazırda Büroya qoşulmuş təşkilatların sayı 200-dən artıqdır.