B.EST Solutions ISO/IEC 27001:2022 sertifikatına layiq görüldü
Azərbaycanın aparıcı rəqəmsal identifikasiya və təhlükəsiz imza texnologiyaları təminatçılarından biri olan B.EST Solutions MMC, informasiya təhlükəsizliyi idarəetmə sisteminin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyən ISO/IEC 27001:2022 sertifikatına layiq görülüb.
Bu sertifikat B.EST Solutions-un İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin ən yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və elektron imza, autentifikasiya və sertifikat xidmətlərini təhlükəsiz şəkildə təqdim etdiyini təsdiqləyir.
ISO/IEC 27001:2022 informasiya təhlükəsizliyinin idarə edilməsi sahəsində dünyada ən geniş yayılmış və nüfuzlu beynəlxalq standartlardan biridir. Sertifikatlaşdırma prosesi ICT Certify Test və Belgelendirme Hizmetleri LTD. ŞTİ. tərəfindən həyata keçirilmişdir.
Qiymətləndirmə zamanı B.EST Solutions-un informasiya təhlükəsizliyi siyasətləri, prosedurları və kibertəhlükəsizlik tədbirləri ISO/IEC 27001:2022 standartının tələblərinə tam uyğun olaraq ciddi şəkildə yoxlanılmış və təsdiqlənmişdir.
ISO/IEC 27001:2022-nin tətbiqi B.EST Solutions-un informasiya təhlükəsizliyi, məxfiliyin qorunması və bütövlüyün təmin edilməsi sahəsində qabaqcıl texnologiyalardan istifadə etdiyini, güclü kibertəhlükəsizlik tədbirləri həyata keçirdiyini və proseslərini beynəlxalq ən yaxşı təcrübələrə uyğun olaraq qurduğunu nümayiş etdirir.
Sertifikatın əhatə dairəsi:
B.EST Solutions tərəfindən təqdim edilən təhlükəsiz autentifikasiya və elektron imza xidmətləri çərçivəsində ISO/IEC 27001:2022 standartı aşağıdakı əsas sahələri əhatə edir:
✔ Təhlükəsiz identifikasiya və autentifikasiya xidmətləri
✔ Elektron imza və elektron möhürlərin verilməsi və idarə edilməsi
✔ Fərdi və korporativ sertifikatların təqdim edilməsi və təsdiqlənməsi
✔ Elektron imza vasitələrinin (QSCD) təmin edilməsi
✔ Elektron sənədlərin, imzaların və məlumatların yaradılma vaxtının rəsmi olaraq təsdiqlənməsi və qorunması (time-staping) xidmətlərinin inkişafı və təmin edilməsi
ISO/IEC 27001 sertifikatının əldə edilməsi B.EST Solutions-un yüksək təhlükəsizlik standartlarına sadiqliyini və etibarlı, təhlükəsiz xidmətlər təqdim etdiyini bir daha sübut edir.
Bu nailiyyət B.EST Solutions-un əməliyyat səmərəliliyini artırmaq, məlumatların qorunmasını gücləndirmək və tərəfdaşları arasında inamı daha da möhkəmləndirmək üçün həyata keçirdiyi strateji təşəbbüslərin tərkib hissəsidir.
ISO/IEC 27001:2022 sertifikatı B.EST Solutions-un:
✔ Elektron imza və identifikasiya xidmətlərinin təhlükəsizliyini təmin etdiyini,
✔ Məlumatların qorunması üçün qabaqcıl texnologiyalardan istifadə etdiyini,
✔ Kibertəhlükələrə qarşı dayanıqlı sistemlərə malik olduğunu,
✔ Partnyorları və istifadəçiləri üçün etibarlı və şəffaf mühit yaratdığını sübut edir.
B.EST Solutions-in fəaliyyəti və təqdim etdiyi xidmətlər haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi veb saytımıza keçid edin: www.bestsolutions.az
