Xəbərlər arxivi
Xəbərlər arxivi
-
29.06.2022 Uqanda “Asan İmza” (Mobil ID) təcrübəsini öyrənir.
29 iyun 2022-ci il tarixində B.EST Solutions Azərbaycan ofisinin komandası: Zahir Quliyev – CIO və Fuad Məlikov – Layihə Əməliyyatları üzrə Rəhbər – Milli İnformasiya Texnologiyaları Təşkilatı-Uqanda və Uqanda Özəl Sektor Fondu
Uqanda “Asan İmza” (Mobil ID) təcrübəsini öyrənir.
29 iyun 2022-ci il tarixində B.EST Solutions Azərbaycan ofisinin komandası: Zahir Quliyev – CIO və Fuad Məlikov – Layihə Əməliyyatları üzrə Rəhbər – Milli İnformasiya Texnologiyaları Təşkilatı-Uqanda və Uqanda Özəl Sektor Fondu (PSFU) ilə görüşüb və “ Asan İmza” (Mobile ID) texnologiyasını təqdim etmişdilər. Bu texnologiya bütün beynəlxalq standartlara cavab verən yüksək səviyyəli təhlükəsizlik standartlarına cavab verir və elektron xidmətlərin göstərilməsində informasiya təhlükəsizliyinin təmin edilməsində, istifadəçilərin şəxsi məlumatlarına icazəsiz daxil olmaq risklərinin qarşısının alınmasında mühüm vasitədir.
Görüş zamanı hər iki tərəf arasında Uqandada Mobil ID-nin tətbiqi üzrə mümkün əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən ilkin proqram çərçivəsində baş tutub.
-
28.12.2021 “PAŞA Bank”-ın “GRO” biznes platformasına artıq 1.200 istifadəçi qoşulub
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank tərəfindən yaradılan və bu ilin oktyabr ayından bazara buraxılan “GRO” biznes platformasına artıq 1.200-dən çox istifadəçi qoşulub.
“PAŞA Bank”-ın “GRO” biznes platformasına artıq 1.200 istifadəçi qoşulub
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank tərəfindən yaradılan və bu ilin oktyabr ayından bazara buraxılan “GRO” biznes platformasına artıq 1.200-dən çox istifadəçi qoşulub.
Bazardakı səmərəliyi dəstəkləyən “GRO” platforması ölkənin bizneslərini bir yerdə toplayaraq şəffaf, rahat və çevik satınalma prosesləri həyata keçirilən bir biznes məkanına çevirilib. Bu günə kimi platformada artıq 400-dən çox fərqli bazar seqmentlərindən alış-veriş sorğusu paylaşılıb və uğurla tamamlanıb.
PAŞA Bank “GRO” platforması vasitəsilə bizneslərə satınalma prosesini və biznes əlaqələrin qurulmasını yenidən kəşf etməyə dəvət edir. Belə ki, “GRO” platformasında alıcılar üçün satıcı axtarışı, yoxlanışı və qiymət müqayisəsi kimi işlər artıq tam avtomatlaşdırılıb. Habelə, alıcılar öz təchizat alışlarını bu platforma üzərindən tam onlayn və şəffaf şəkildə apara bilirlər. Satıcılar isə bu vahid platformadan ölkədəki bütün alıcılarının təchizat alışları ilə tanış olub sorğularda iştirak edə və satışlarını artıra bilərlər.
Qeyd edək ki, “GRO” platformasından sırf PAŞA Bank müştəriləri deyil, istənilən bankın müştəriləri yararlana bilərlər. Belə ki, bu günə qədər yeni platformaya qoşulan bizneslərin 20% bazarın digər bankların müştəriləridir. Platformadan istifadə tamamilə pulsuzdur və platformadan yararlanmaq üçün “Asan İmza” vasitəsi ilə qeydiyyatdan keçmək kifayətdir.
-
01.12.2021 Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı
Bakcell abunəçiləri “Asan İmza” xidmətinin müddətini artıq SMS vasitəsilə uzada bilərlər.
Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı
Bakcell abunəçiləri “Asan İmza” xidmətinin müddətini artıq SMS vasitəsilə uzada bilərlər.
Belə ki, “Fərdi”, “Biznes” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarına sahib olan bütün Bakcell abunəçiləri “Asan İmza” xidmətini növbəti 3 il müddətinə uzatmaq üçün “8500” qısa nömrəsinə aşağıdakı açar sözlərdən birini SMS vasitəsilə göndərə bilərlər:
“ferdi” – fiziki şəxslər üçün;
“biznes” – hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün;
«dovlet» – dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün.
“Asan İmza” sertifikatlarının müddətinin SMS vasitəsilə uzadılması xidmətindən Prepaid (əvvəlcədən ödənişli) və Postpaid (sonradan ödənişli) Asan İmza SİM kartlarının mövcud istifadəçiləri yararlana bilər. “Asan İmza” xidmətinin etibarlılıq müddəti haqqında məlumat əldə etmək üçün “8500” qısa nömrəsinə “status” açar sözünü SMS vasitəsilə göndərmək lazımdır. “8500” qısa nömrəsinə göndərilən bütün SMS-lər pulsuzdur.
Nəzərə almaq lazımdır ki, “Asan İmza” xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir, istifadəçilərdən eyni zamanda vergi ödəyicisinin e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə “Asan İmza” sertifikatlarının müddətinin bitməsinə 30 gün qalmış “Asan İmza” sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. “Asan İmza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır.
“Asan İmza” xidmətindən fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət qulluqçuları və özünüidarəetmə orqanlarının nümayəndələri istifadə edə bilərlər. İlk dəfə bu xidməti aktivləşdirmək üçün abunəçilər şəxsiyyət vəsiqələri ilə Bakcell Müştəri Xidmətləri Mərkəzlərindən birinə müraciət etməli və burada “Asan İmza” xidmətini aktivləşdirərək “Asan İmza” SİM kartını əldə etməlidirlər. Daha sonra isə SİM kartda Asan İmza sertifikatlarını aktivləşdirmək üçün Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət olunmalıdır.
Qeyd edək ki, “Asan İmza” mobil elektron imzanın texniki operatoru “B.EST Solutions” şirkətidir.
-
29.11.2021 “Asan İmza” ilə “GRO” biznes platformasından yararlana bilərsiniz
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank biznes tərəfdaşları ilə birgə Azərbaycan maliyyə bazarında növbəti ilkə imza ataraq yeni texnoloji B2B (business-to-business) layihəsinə start verib.
“Asan İmza” ilə “GRO” biznes platformasından yararlana bilərsiniz
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank biznes tərəfdaşları ilə birgə Azərbaycan maliyyə bazarında növbəti ilkə imza ataraq yeni texnoloji B2B (business-to-business) layihəsinə start verib.
Bu yeni məhsul sahibkarlıq fəaliyyətini həyata keçirənlər arasında aparılan kommersiya əməliyyatları üçün nəzərdə tutulan müasir rəqəmsal bir bank xidmətidir. Xidmətdən bəhrələnən PAŞA Bank müştərisi özünün Müəssisə Resurslarının Planlaşdırılması (Enterprise Resource Planning, ERP) sistemini xüsusi B2B kanalı vasitəsilə bank sistemi ilə inteqrasiya edir və digər alətlərdən (kağız daşıyıcısı, internet bankçılıq, mobil əlavə və s.) istifadə etmədən hesablaşmaları öz daxili sistemi vasitəsi ilə rahat və çevik şəkildə aparır.
B2B platformasından bəhrələnərək PAŞA Bank Müştəriləri beynəlxalq və yerli hesablaşmalar, o cümlədən standart və təcili ödənişlər, vergi və ya digər büdcə ödənişləri, şirkət-daxili hesablaşmalar, valyuta mübadiləsi və s. əməliyyatları həyata keçirmək və təsdiqləmək, ödənişlərin statusunu yoxlamaq, müvafiq hesabatları almaq və bu xidmətdən istifadə qaydalarında nəzərdə tutulan digər bu kimi üstünlükləri əldə edirlər.
Qeyd edək ki, PAŞA Bankla müştəriləri arasında aparılan hesablaşmaların təhlükəsizliyi elektron imza sertifikatları vasitəsilə təmin edilir. Bu istiqamətdə PAŞA Bank Mərkəzi Bankın Bank sertifikat xidmətləri mərkəzi və “Asan İmza” ilə sıx əməkdaşlıq edir və Banka təqdim olunan bütün ödəniş tapşırıqları müştəri tərəfindən qeyd olunan elektron imzalar ilə təsdiqlənir.
-
15.09.2021 Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır
Qlobal COVID-19 pandemiyası, karantin tədbirləri səbəbiylə yalnız İnternet vasitəsilə işini və təhsilini davam etdirən çoxlu sayda insanın gündəlik həyatına böyük təsir göstərməyə davam edir. Bu səbəbdən internet təhlükəsizliyinə xüsusi diqqətin yetirilməsi və
Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır
Qlobal COVID-19 pandemiyası, karantin tədbirləri səbəbiylə yalnız İnternet vasitəsilə işini və təhsilini davam etdirən çoxlu sayda insanın gündəlik həyatına böyük təsir göstərməyə davam edir. Bu səbəbdən internet təhlükəsizliyinə xüsusi diqqətin yetirilməsi və kiber təhlükəsizliyin gücləndirilməsi olduqca önəmlidir. Adi istifadəçilər mütəxəssislərlə yanaşı kibertəhlükəsizliyin əsaslarını da öyrənməli və kibergigiyena qaydalarına riayət etməlidirlər.
B.EST Solutions şirkəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında “Elektron Hökumətin İnkişaf Mərkəzi” və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə kibergigiyena elektron təlim platformasını həyata keçirmək üçün yaradılan dövlət-özəl tərəfdaşlıq proqramı çərçivəsində müqavilə imzaladı.
Bu kurs, onlayn mühitdə təhlükəsiz təcrübəsinin yüksəldilməsi və kiberhücumlara qarşı boşluqların aradan qaldırılması məqsədilə müxtəlif dövlət təşkilatları və agentlikləri, maliyyə strukturları, sığorta şirkətləri və universitetlər üçün nəzərdə tutulmuşdur.
Tərəfdaşlıq, B.EST Solutions şirkətilə birlikdə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “Elektron Hökumətin İnkişaf Mərkəzi” tərəfindən təşkil ediləcək bir sıra treniqlərin başlanğıcı olacaq. Bu layihə çərçivəsində təlimçilər beynəlxalq standartlar, milli təhlükəsizlik tələblərinə, informasiya təhlükəsizliyinin təşkilati siyasəti və ən qabaqcıl təcrübə əsasında kibertəhlükəsizlik risklərinin azaldılması üçün ən yeni təlimatlar, tövsiyələr, rəhbər prinsiplər və həllər təqdim edəcəklər.
Layihə, dövlət qurumları, universitetlər, maliyyə qurumları və özəl sektordan bu pulsuz onlayn kursdan faydalanacaq və rəqəmsal dünyada hücumlara qarşı kibertəhlükəsizlik sahəsində bacarıqlarını tətbiq edə biləcək 10.000 -dən çox şəxsi əhatə edəcəkdir. Layihənin ilkin məqsədi testdən keçdikdən sonra insanların kibergigiyenanın aşağı səviyyədə olmasının gözlənilməz nəticələrlə böhrana səbəb ola biləcəyini dərk etməsidir.
Proqram reallığa əsaslanır: ağıllı saatlar və uşaq oyuncaqları, habelə böyük sənaye obyektlərinin və atom elektrik stansiyalarının yüksək texnologiyalı avadanlıqları da daxil olmaqla şəbəkə vasitəsilə təxminən 30 milyarddan çox qadjet istifadə olunur. Bununla yanaşı artıq kiberməkanda misli görünməmiş miqyasda cinayət savaşı gedir. Məsələn, hər 60 saniyədə təxminən 1800 insan kibercinayətin qurbanı olur; hər dəqiqə təxminən 5500 verilənlərin sızması baş verir, kiber hücumların qurbanları isə 1 milyon avro məbləğində zərər görür.
Kibergigiyena elektron təlim platforması, kibertəhlükəsizlik sahəsində NATO tərəfindən mükafatlandırılmış, Estoniya şirkəti olan CybExer Technologies tərəfindən hazırlanmışdır. Bu şirkət kibertəhlükəsizlik üzrə yüksək texnologiyalı təlim platformalarının işlənib hazırlanması və xidməti sahəsində geniş təcrübəyə malikdir və kiberpotensialın inkişafına xüsusi diqqət yetirir.
Kiberpotensial, həm adi istifadəçilər, həm də bu sahənin mütəxəssisləri və strateji təyinatlı rəhbər şəxslər üçün nəzərdə tutulan, kibertəhlükəsizlik üzrə çoxlu sayda treninqlər və tapşırıqların uğurla həyata keçirilməsi üçün açar hesab edilir. CybExer Technologies-in imkanları və həlləri dünya üzrə ən böyük kiber təlimlərin həyata keçirilməsi üçün istifadə olunur.
Qeyd etmək lazımdır ki, CybExer Technologies şirkəti, hər bir iştirakçının şəxsi kiber zəifliklərini göstərmək üçün sadə və başa düşülən bir şəkildə yaxın gələcəkdə vətəndaşlara, xəstəxana və fabriklərin elektron sistemlərinə və ya hətta bir ölkənin iqtisadiyyatına kiberhücumlar ehtimalını artıra biləcək suallar verir.
Kibergigiyena elektron təlim platforması, ayrı-ayrı şəxslərə və təşkilatlara onların davranışlarının verilənlərin sındırılması, sızması və ya hücum şəklində kibertəhdidlər ehtimalına necə təsir edə biləcəyini anlamağa kömək edən veb alətdir. Bu alət istifadəçilərə həm öyrənmək, həm də öz biliklərini yoxlamaq imkanı verir.
Xüsusilə qeyd etmək lazımdır ki, kurs konkret departament və ya bütün bir təşkilat üçün risk səviyyəsini təyin etmək üçün ümumiləşdirilmiş şəkildə istifadə edilə bilən fərdi risk profillərini də təqdim edir. Beləliklə, təşkilatlarla birlikdə ayrı-ayrı şəxslər də edilmiş riskləri aradan qaldırmaq üçün lazımi addımları atmaq imkanı əldə edə biləcəklər.
-
27.08.2021 Artıq “Asan İmza”nı Rabitəbankda əldə etmək mümkün oldu
Ölkənin aparıcı banklarından biri Rabitəbank öz xidmət sərhədlərini genişləndirərək daha bir yeniliyi təqdim edir. Belə ki, istənilən fiziki şəxslər bankın Baş ofis, Nəsimi, Nərimanov, Səbail, Mərkəz filiallarından birinə yaxınlaşmaqla artıq “Asan İmza”
Artıq “Asan İmza”nı Rabitəbankda əldə etmək mümkün oldu
Ölkənin aparıcı banklarından biri Rabitəbank öz xidmət sərhədlərini genişləndirərək daha bir yeniliyi təqdim edir.
Belə ki, istənilən fiziki şəxslər bankın Baş ofis, Nəsimi, Nərimanov, Səbail, Mərkəz filiallarından birinə yaxınlaşmaqla artıq “Asan İmza” – gücləndirilmiş mobil elektron imza üçün vergi idarələrinə və “ASAN Xidmət” mərkəzlərinə getmədən filialdaca əldə edə biləcəklər. “Asan İmza” mobil elektron imza vətəndaşlara mobil telefondan gücləndirilmiş rəqəmsal elektron imza kimi istifadə etmək, dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni əldə etmək, həmçinin müxtəlif elektron sənədləri imzalamaq imkanı verir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən “Asan İmza” əl imzasına bərabərdir.
İlkin mərhələdə yalnız aktiv Bakcell nömrələrinə sahib fiziki şəxslərə xidmət olunacaq. Xidmətdən istifadə artıq aktivdir və faydalanmaq üçün yuxarıda bəhsikeçən filiallardan birinə yaxınlaşa bilərsiniz.
Qeyd edək ki, yaxın zamanda “Asan İmza”-nı Rabitəbankın digər filiallarında da əldə etmək imkanı yaradılacaq.
-
16.07.2021 Azərbaycan “BMT-nin Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda lider mövqeyə sahib olub
14 iyul 2021-ci il tarixində interaktiv veb saytında Rəqəmsal texnologiyalar və ticarətin davamlı inkişafına dair BMT-nin 2021-ci il üçün Qlobal Tədqiqatının nəticələri dərc edilmişdir. Azərbaycan 2019-cu ilin əvvəlki tədqiqatı ilə müqayisədə ticarət
Azərbaycan “BMT-nin Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda lider mövqeyə sahib olub
14 iyul 2021-ci il tarixində interaktiv veb saytında Rəqəmsal texnologiyalar və ticarətin davamlı inkişafına dair BMT-nin 2021-ci il üçün Qlobal Tədqiqatının nəticələri dərc edilmişdir. Azərbaycan 2019-cu ilin əvvəlki tədqiqatı ilə müqayisədə ticarət prosedurlarının sadələşdirilməsi sahəsində yüksək nəticələr nümayiş etdirmişdir.
Tədqiqat, “ÜTT-nin Ticarət prosedurlarının sadələşdirilməsi haqqında” Sazişi (TFA), kağızsız ticarəti və “Asiya-Sakit Okean regionunda transsərhəd kağızsız ticarət prosedurlarının sadələşdirilməsi” Sazişi”nə aid olan və 140-dan çox ölkə və 50 meyarı və ticarətin davamlı sadələşdirilməsi meyarlarını (Kiçik və orta sahibkarlıq müəssisələri (KOSM), kənd təsərrüfatı, qadınlar üçün) əhatə edir. 2021-ci ilin Tədqiqatına iki yeni meyar qrupu əlavə edilmişdir: ticarətin maliyyələşdirilməsinə dəstək üzrə meyarlar və böhran dövründə ticarətə dəstək meyarları.
Tədqiqat, BMT-nin beş regional komissiyası və artan sayda qlobal və regional tərəfdaşlarla birlikdə iki ildən bir həyata keçirilir.
(Cədvəl 1)
Ticarət prosedurlarının sadələşdirilməsinin tətbiqi üzrə ortalama dünya göstəriciləri Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında 65% və 68,8% təşkil etmişdir. 2021-ci ildə Azərbaycan ticarət prosedurlarının sadələşdirilməsi sahəsində yüksək mövqe – 86.02% tutmuşdur. Beləliklə, ölkə rəqəmsal və davamlı ticarətə dəstək üzrə MDB (Rusiya – 84.95%, Gürcüstan – 82.8%, İran – 77.42%, Ermənistan – 62.37%) və Mərkəzi Asiya ölkələri (SPECA) arasında (Qazaxıstan – 72,04%, Özbəkistan – 62,37%, Qırğızıstan – 69,89%) lider mövqeyə sahib olmuşdur. ESCAP-ın Asiya və Sakit Okean regionunda ticarətin və kağızsız ticarət prosedurlarının sadələşdirilməsi üzrə Tədqiqatında Azərbaycan 9-cu yerdə qərarlaşmışdır.
Azərbaycan üçün ticarət prosedurlarının sadələşdirilməsi üzrə meyarların qiymətləndirilməsinin nəticələri aşağıdakı kimidir:
• Şəffaflıq – 100%;
• Rəsmilik – 91,67%;
• Rəsmi müəyyən edilmiş mexanizmlər və əməkdaşlıq – 88,89%;
• Kağızsız ticarət – 85,19%;
• Transsərhəd kağızsız ticarət 66,67%.Ümumilikdə, ölkədə ticarət prosedurlarının sadələşdirilməsi göstəricisi 2019-cu ildəki 81,72% -dən xeyli yüksəlmişdir.
(Cədvəl 2)
2019 və 2021-ci illər arasında ticarət prosedurlarının sadələşdirilməsi üzrə ümumi göstəricilərin müqayisəsi.
Tədqiqatın qiymətləndirilməsi 4 mümkün nəticəyə əsasən tərtib edilmişdir: 0: reallaşdırılmayıb; 1: planlaşdırma mərhələsindədir; 2: Qismən reallaşdırılmışdır; 3: Tamamilə həyata keçirilmişdir.
Ticarət prosedurlarının sadələşdirilməsi üzrə Ümumi Meyarlara əlavə olaraq, Azərbaycan kağızsız ticarətin sadələşdirilməsi, KOSM-lara dəstək üzrə meyarlar və kənd təsərrüfatına dəstək üzrə meyarlar kimi alt kateqoriyalarda yüksək nəticələrlə fərqlənmişdir.
Kağızsız ticarətə dəstək üzrə meyarlara aşağıdakı kateqoriyalar aiddir: – Avtomatlaşdırılmış Gömrük Sistemi; “Bir pəncərə” elektron sistemi; Gömrük bəyannamələrinin elektron qaydada təqdim edilməsi; Elektron ərizə və Mənşə Preferensial Sertifikatının verilməsi, eləcə də gömrük rüsumları və vergilərinin elektron ödənişləri – bunların hamısı indi Azərbaycanda maksimum ballarla “tam reallaşdırılmışdır”.
Kənd təsərrüfatı sahəsi və KOSM-larda prosedurların sadələşdirilməsi üzrə meyarlar ticarət prosedurlarının sadələşdirilməsi üzrə sabit meyarlar sayılır. Azərbaycanda bu ilki göstəricilərin nəticələri göstərilən kateqoriyalar üzrə 2019-cu illə müqayisədə xeyli yaxşıdır. Bu il əvvəlki ildəki üç meyarla müqayisədə dörd meyarın hamısını “tamamilə reallaşdırmışdır”.
(Cədvəl 3)
KOSM sahəsində prosedurların sadələşdirilməsi meyarları baxımından, ölkə üç meyarı “tam olaraq reallaşdırmış” və ikisini də “qismən həyata keçirmişdir” ki, bu da Cədvəl 4-də qeyd edildiyi kimi 2019-cu illə müqayisədə əhəmiyyətli yüksəlişin olduğunu göstərir.
(Cədvəl 4)
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan 2021-ci il fevralın 20-də qüvvəyə minən “Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”ni imzalayan ilk ölkələrdən biri oldu.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının (RTQ) tətbiqi və davamlı inkişafı yuxarıda qeyd olunan nəticələrin əksəriyyətinin yüksəlməsinə böyük təsir göstərmişdir.
RTQ, transsərhəd elektron ticarət sahəsində ixtisaslaşan və yerli KOSM-lar, dünya üzrə xarici investorlar və müəssisələr üçün ixrac prosedurlarını sadələşdirən bir platformadır. Transsərhəd elektron ticarət sahəsində rəqəmsal infrastrukturun inkişafı üçün yaradılan RTQ, müxtəlif sektorlarda, ölkələrdə və müəssisələrdə maraqlı tərəfləri və siyasət sahələrini birləşdirərək, ölkələr arasında malların qanuni hərəkətini asanlaşdırır. RTQ Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions və AzerTelecom ilə birlikdə dövlət-özəl tərəfdaşlığı formatında reallaşdırılmışdır.
RTQ, qlobal miqyaslı problem olaraq qeyd edilən transsərhəd kağızsız ticarət kateqoriyasında nəticələrin yüksəlməsində Azərbaycana çox böyük dəstək oldu. 2021-ci ildə Azərbaycanın transsərhəd kağızsız ticarət göstəriciləri 50%-dən (2019-cu ildə) 66,67%-ə yüksəlmişdir. Bu, Cədvəl 5-də göstərildiyi kimi ortalama dünya göstəricilərindən və region üzrə ortalama göstəricilərindən xeyli yüksəkdir.
(Cədvəl 5)
“Dünya ölkələri ticarət üçün əlverişli mühit yaratmağa davam edir. 2019-cu ildəki son sorğudan bəri, ÜTT Sazişində ticarət prosedurlarının sadələşdirilməsi üzrə meyarların reallaşdırılması 128 ölkədə 5 faiz artmışdır. Ticarətin bürokratik prosedurlarının sadələşdirilməsindən başlayaraq, rəqəmsallaşma ilə yekunlaşan ticarət prosedurlarının sadələşdirilməsi səyləri transsərhəd əməliyyatları ilə əlaqəli vaxt və xərclərin ixtisar edilməsinə istiqamətlənmişdir. Qlobal iqtisadiyyatı yaxşılaşdırmaqla yanaşı, bu, milli ticarətin rəqabət qabiliyyətinin yüksəlməsinə təsir edir və davamlı inkişafa dəstək olur” – deyə, BMT-nin Asiya-Sakit Okean regionunda kağızsız ticarət və nəqliyyat üzrə Ekspertlər şəbəkəsində – UNNExT eksperti, B.EST Solutions şirkəti və “Texnologiyalar sahəsində qadınlara dəstək”- Femmes Digitales İctimai Birliyinin təsisçisi xanım Jana Krimpe qeyd etmişdir.
Xanım Krimpe əlavə olaraq bildirmişdir: “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dünyanın müxtəlif ölkələrilə transsərhəd elektron imzaların qarşılıqlı tanınması sxemlərinin həyata keçirilməsinə başlanıldı. Layihə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən digər dövlət qurumları ilə əməkdaşlıqda idarə olunur. Bu layihə çərçivəsində m-Rezidentlik, şirkətin onlayn qeydiyyatı, virtual ünvanın açılması, onlayn bank hesablarının açılması, sərbəst satış sertifikatlarının verilməsi və digər bu kimi mühüm elektron xidmətlərin geniş spektri həyata keçirilir. RTQ layihəsi sənədlər və ödənişlərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması yolu ilə beynəlxalq ixracatla əlaqəli hər şeyi sadələşdirməyə istiqamətlənməklə yanaşı bürokratiyanı da aradan qaldırır”.
“Ticarət xərclərinin azaldılması bir ölkənin regional və qlobal səviyyədə istehsal-satış zəncirlərilə inteqrasiyasına kömək edə və ya onu poza bilər. Yüksəliş və dayanıqlı inkişafın əsas hərəkətverici qüvvəsi kimi ticarətin həcminin artırılması üçün ölkələrin ən vacib sahələrdə tanınma və dəyişdirməni həyata keçirmələri çox vacibdir. Bundan əlavə, qadınlar üçün ticarət prosedurlarının sadələşdirilməsi meyarlarının işlənib hazırlanması və həyata keçirilməsi, gender bərabərliyi, bütün qız və qadınların hüquq və imkanlarının genişləndirilməsinə nail olunması üçün əlavə səylərin göstərilməsi çox vacibdir. Azərbaycanda rəqəmsal texnologiya çevrilişinə dair son islahatlar və təşəbbüslər ölkənin transsərhəd elektron ticarət sahəsində aparıcı mövqeyini gücləndirə və verilənlərin transsərhəd mübadiləsi üçün möhkəm zəmin yarada bilər” – deyə, xanım Krimpe fikrini tamamlamışdır.
Tədqiqat, 2015-ci ildən bəri Birləşmiş Millətlər Təşkilatının Regional Komissiyaları (UNRCs) tərəfindən UNCTAD, ICC, OECD və bir çox digər təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hal-hazırda UNRCs bəzi üzv ölkələrdən daxil olan verilənlərin yoxlanılması üzrə işləri tamamlayır. Bu işlər nəzərə alınarsa, nəticələr yaxın aylarda dərc ediləcək yekun hesabatda bir qədər dəyişdirilə bilər.
-
22.06.2021 Sahibkarlar Kapital Bank ilə olan müqavilələri “Asan İmza” ilə imzalaya bilərlər
Daha bir innovativ xidmət B.EST Solutions və Kapital Bank tərəfindən təqdim edildi. Bu Bankın filiallarında gücləndirilmiş “Asan İmza” mobil elektron imzanın əldə edilməsilə yanaşı, hüquqi şəxslər və fərdi sahibkarlar Kapital Bank-la maliyyələşmə
Sahibkarlar Kapital Bank ilə olan müqavilələri “Asan İmza” ilə imzalaya bilərlər
Daha bir innovativ xidmət B.EST Solutions və Kapital Bank tərəfindən təqdim edildi. Bu Bankın filiallarında gücləndirilmiş “Asan İmza” mobil elektron imzanın əldə edilməsilə yanaşı, hüquqi şəxslər və fərdi sahibkarlar Kapital Bank-la maliyyələşmə məhsulları üzrə müqavilələrini artıq “Asan İmza” ilə imzalaya bilərlər. Beləliklə, müştərilərin kredit və zaminlik müqavilələrini imzalamaq üçün banka gəlməyə və vaxt itirməyə ehtiyacı qalmır.
Maliyyələşmə məhsulları dedikdə, kredit, overdraft, qarantiya, ticarət əməliyyatlarının maliyyələşdirilməsi (faktorinq, satışın maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə) nəzərdə tutulur. Bundan başqa həmçinin, zaminlik və girov müqavilələri də “Asan İmza” ilə imzalana bilər. Həmçinin “Asan İmza” – gücləndirilmiş mobil elektron imzanı əldə etmək istəyənlər, Dövlət Vergi Xidməti Mərkəzlərinə və ASAN Xidmət mərkəzlərinə getmədən bunu Kapital Bank-ın Mərkəz, Yasamal, Gənclik, Nəsimi, Səbail və Xətai filiallarında həyata keçirə bilərlər. “Asan İmza” xidmətini aktivləşdirmək üçün müştərilərin Bakcell və ya Nar mobil operatorundan əldə edilən “Asan İmza” SİM kartlı nömrəyə sahib olmalıdırlar. “Azercell Telekom” mobil rabitə abunəçiləri isə “Asan İmza” sertifikatını yalnız bu operatorun “Asan İmza” SİM kartına sahib olduqda aktivləşdirə bilərlər.
Qeyd edək ki, Kapital Bank sahibkarlara mütəmadi olaraq yeniliklər təqdim edir. Bir müddət əvvəl təqdim edilən “Müştəri profili” onlayn platforması vasitəsilə fərdi sahibkarlar və hüquqi şəxslər bankda hesab açmadan və Müştəri Bank sisteminə qoşulmadan şəxsi kabinet yaradıb, maliyyələşmə məhsulları üzrə sifarişlərini banka yönəldə bilərlər.
“Müştəri Profili” vasitəsilə yaradılmış şəxsi kabinetdə müştərilər maliyyə vəsaitlərinə olan ehtiyaclarını qarşılamaq üçün Kapital Bank tərəfindən təklif olunan hər bir məhsul haqqında ətraflı məlumatla tanış ola bilərlər. Maliyyələşmə məhsulunun hər hansı biri üzrə sifariş vermək istəyən müştəriyə banka gəlməyə, bank nümayəndəsi ilə əlaqə saxlamağa ehtiyac yoxdur.
30 iyun 2021-ci il tarixinədək müştərilər AZN valyutasında olan kredit, ticarət əməliyyatlarının maliyyələşdirilməsi və overdraft məhsullarının “Müştəri Profili”ndən sifarişi zamanı rəsmiləşmə komissiyasına 30% endirim və digər endirimlər əldə edəcək. Xidmətə qoşulmaq üçün bu linkə keçid etmək olar.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən “Asan İmza” gücləndirilmiş mobil elektron imza əl imzasına bərabərdir. Bu səbəbdən istifadəçilərin maraqlarının müdafiəsi üçün onların identifikasiyası, kriptoqrafiya və təhlükəsizlik üzrə dünya standartlarının tətbiqinin təhlükəsiz istifadəsi prosedurlarına ciddi şəkildə riayət edilir.
-
16.06.2021 Artıq COVID-Pasportunu “Asan İmza” ilə əldə etmək olar
“Asan İmza” mobil elektron imza istifadəçiləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytında və “MyGov” portalında COVID-Pasportunu əldə edə biləcəklər. 25 May 2021-ci il tarixindən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət
Artıq COVID-Pasportunu “Asan İmza” ilə əldə etmək olar
“Asan İmza” mobil elektron imza istifadəçiləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytında və “MyGov” portalında COVID-Pasportunu əldə edə biləcəklər. 25 May 2021-ci il tarixindən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi covid-pasportlarının əldə edilməsilə bağlı bir açıqlama verdi.
COVID-19 pasportunun iki növü var: “COVID-19 vaksin sertifikatı” və “COVID-19 immunitet sertifikatı”. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilib.
İstifadəçi, “Asan İmza” mobil elektron imza vasitəsilə “ASAN Login” sisteminə daxil olaraq, açılan pəncərədə “Digər xidmətlər” bölməsini seçməlidir. “Digər xidmətlər” bölməsi seçildikdə, ekranda aşağıdakı parametrlər əks olunacaqdır: “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı”. Vətəndaş vaksin olunduqda, “COVID-19 vaksin sertifikatı” seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir.
Təqdim olunan covid-pasportunu elektron formatda yükləmək, eləcə də onu çap versiyasında əldə etmək mümkündür. Covid-pasportunun doğruluğunu sənəddə əks olunan “QR Code” vasitəsilə yoxlamaq olar.Bundan başqa qeyd edək ki, vətəndaşlar covid-pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsilə də əldə edə bilərlər.
Xüsusilə vurğulanmalıdır ki, “Asan İmza” xidmətini mövcud olan mobil nömrədə də aktivləşdirmək olar və yeni nömrənin əldə edilməsinə ehtiyac yoxdur. “Asan İmza” xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıcları qəbul etmək mümkün olacaqdır.Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmət “Asan İmza” mobil elektron imza vasitəsilə əlyetərlidir. Məsələn, “Asan İmza” ilə elektron vergi bəyannamələrinin təqdim edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması; güzəştli mənzilin əldə edilməsi üçün müsabiqədə iştirak ərizəsinin təqdim edilməsi; onlayn rejimdə bank hesabının açılması; tender qarantiyasının onlayn əldə edilməsi; internet və mobil bankçılığın qeyri-məhdud sayda əməliyyatlarının icra edilməsi kimi vacib elektron xidmətlərə əlyetərlilik mümkündür.
-
14.06.2021 “Asan İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edildi
10 iyun 2021-ci il tarixində Avropada ən böyük beynəlxalq konfrans olan Elektron imza və Etibarlı Xidmətlər (EFPE – European Forum on Electronic Signature and Trust Services) konfransı keçirildi. EFPE, elektron imza və
“Asan İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Elektron imza üzrə Avropa Forumunda təqdim edildi
10 iyun 2021-ci il tarixində Avropada ən böyük beynəlxalq konfrans olan Elektron imza və Etibarlı Xidmətlər (EFPE – European Forum on Electronic Signature and Trust Services) konfransı keçirildi. EFPE, elektron imza və açıq açar infrastrukturu, eləcə də elektron identifikasiya və rəqəmsal təhlükəsizliyin də daxil olduğu etibarlı elektron xidmətlər sahəsində ixtisaslaşmış bir platforma hesab edilir. EFPE iyirmi ildir ki, etibarlı elektron xidmətlərin tətbiqi istiqamətində hüquq, texnologiya və təcrübə sahəsində ekspert və peşəkarları özündə birləşdirir.
Bu ilki EFPE konfransının gündəliyi “Elektron identifikasiya və etibarlı xidmətlər rəqəmsal iqtisadiyyatın gələcəyi kimi” adlanırdı. Onlayn tədbirdə dünyanın hər yerindən 700-dən çox mütəxəssis iştirak etmişdir. Elektron transformasiyanı dəstəkləyən və dünyanın hər yerindən iştirak edən tanınmış özəl şirkətlərin, müəssisə və ictimai təşkilatların nümayəndələri çıxış edərək bildirdilər ki, COVID-19 pandemiyası kağızsız xidmətlərin inkişafına kifayət qədər təsir etmişdir.
EFPE 2021 spikerləri arasında Avropa Komissiyası, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO, ABŞ), Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu (ETSI), Samsung Electronics (Polşa), Cosmos Corporation (Yaponiya), Asseco Data Systems, İnformasiya təhlükəsizliyinin idarə edilməsi (BSI, Almaniya) və s. bu kimi nüfuzlu beynəlxalq təşkilatlar və şirkətlərin nümayəndələri var idi.
B.EST Solutions şirkətinin direktoru və təsisçisi xanım Jana Krimpe, “Etibarlı xidmətlər ölkələri birləşdirir: elektron identitet – transsərhəd və elektron ticarət və rəqəmsal transformasiyanın əsasıdır” mövzusunda məruzə ilə çıxış etmişdir. Xanım Krimpe Azərbaycanın rəqəmsal transformasiya sahəsindəki nailiyyətləri, etibarlı xidmətlərin təqdim edilməsi, “Asan İmza” mobil identiteti, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı (RTQ) və elektron ticarətin transsərhəd modellərini təqdim etdi. O qeyd etmişdir ki, innovativ mobil identitet (“Asan İmza”) texnologiyasının Azərbaycanda tətbiqi əhaliyə xidmətdə əlyetərlik, əhatəlilik və şəffaflığın təmin edilməsində bir vasitə kimi beynəlxalq təşkilatların çoxsaylı hesabatlarına ən yaxşı təcrübələrdən biri kimi əlavə olunmuşdur. “Asan İmza” istifadəçiləri dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətə əlyetərlik imkanına sahibdirlər.
Ekspert həmçinin RTQ haqqında da məlumat verdi – bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions və AzerTelecom arasında dövlət-özəl tərəfdaşlıq konsorsiumudur. RTQ, rəqəmsal rezidentlər, frilanserlər və sahibkarlar üçün əlverişli iş mühitinin yaradılması üçün dövlət və özəl sektor nümayəndələrinin görüşdüyü bir platformadır. Xanım Krimpe RTQ layihəsinin yalnız bölgədə deyil, həm də qlobal səviyyədə əhəmiyyətini vurğuladı. Jana Krimpe qeyd etmişdir ki, RTQ-nin gələcək inkişafı post Covid dövründə sosial, iqtisadi və maliyyə sektorlarında rəqəmsal texnologiyalardan istifadə edərək ölkənin sürətli bərpasına kömək edəcəkdir. Ekspert, mobil Rezidentlik layihəsinin vacibliyini də vurğulamışdır. Mobil rezidentliyin köməyilə sahibkarlar coğrafi yerindən asılı olmayaraq, Azərbaycanda şirkət qura və əhəmiyyətli elektron xidmətlərdən məsafədən istifadə edə biləcəklər.
Həmçinin, xanım Jana Krimpe kibertəhlükəsizlik üzrə Baş ekspert (ENISA) cənab Slavomir Qorniakın moderator olduğu “Elektron identifikasiya və etibarlı xidmətlər rəqəmsal iqtisadiyyatın gələcəyidirmi?” adlı müzakirə panelində də ekspert qismində çıxış etmişdir. Müzakirə panelinin iştirakçıları Aİ ilə üçüncü ölkələr arasında transsərhəd qarşılıqlı tanınma modellərinin perspektivləri, eIDAS-ın yeni müddəaları, İdentifikasiya üçün Avropa Rəqəmsal Cüzdanları, yeni elektron identifikasiya sistemləri konsepsiyası, hüquqi təsdiqin təmin edilməsi üçün elektron reyestrlər, fərdi məlumatların əlavə qorunması, kibertəhlükəsizlik haqqında Avropa qanununa uyğun sertifikatlaşdırma mövzularında müzakirələr aparmışdılar.
Xanım Krimpe Azərbaycanda mövcud etibarlı xidmətlər barədə təqdimat edərək, elektron imzaların qarşılıqlı tanınması üçün müxtəlif transsərhəd modellərdən bəhs etmişdir. Eləcə də ekspert, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən təqdim olunan Asiya və Sakit Okean regionunda transsərhəd kağızsız ticarətin sadələşdirilməsinə dair Çərçivə sazişi ilə əlaqədar tədbirlərdən də danışmışdır. Bu saziş, iştirakçılar arasında elektron ticarət üçün məlumatlar və elektron formada sənədlərin qarşılıqlı tanınmasının transsərhəd mexanizmlərin yaradılması və qarşılıqlı tanınmanın həyata keçirilməsi mexanizmlərinə dair ikitərəfli və çoxtərəfli müqavilələrin bağlamasına imkan verir.
Konfrans haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.