Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM)
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qərarı əsasında yaradılan Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) – autentifikasiya və mobil SIM (Asan İmza) və elektron (Rəqəmsal ID -kart) smart kartlar üçün elektron imza sertifikatlarını təqdim edən, həmçinin digər xidmətləri həyata keçirən, dövlət strukturları, özəl sektor və vətəndaşlar tərəfindən sertifikatların və hüquqi baxımdan vacib olan elektron imzaların istifadəsini təmin edən Sertifkat Xidmətləri Mərkəzi hesab edilir. Mərkəz 09.04.2013-cü il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən akkreditə edilmiş və dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərə təkmil sertifikat vermək hüququna malikdir.