Author: logic

Bu il yanvar-fevral aylarında Azərbaycanda ümumilikdə 42 245 müraciət üzrə 62 659 “ASAN İmza” sertifikatı verilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə həmçinin 2 800-ə yaxın vergi ödəyicisinə qüvvədə olan “ASAN İmza” ilə mövcud sertikatın yenilənməsi və yeni sertifikatın verilməsi elektron xidmətləri göstərilib.

Ətraflı: https://report.az/biznes-xeberleri/azerbaycanda-2-ayda-62-minden-cox-asan-imza-sertifikati-verilib/

“Nar” Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yeni müştəri xidməti məntəqəsini istifadəyə verdi. Artıq kiçik və orta bizneslə məşğul olmaq istəyən şəxslər heç yana getmədən, elə agentliyin binasında “Nar” müştəri xidmətləri məntəqəsinə yaxınlaşaraq, “ASAN İmza” xidmətinə qoşula bilir.

Yeni xidmət məntəqəsi bütün “Nar” müştəriləri üçün xidmətə açıqdır. Eynilə, “Nar” Mərkəzlərində olduğu kimi, KOBİA-da fəaliyyət göstərən xidmət məntəqəsi də hər bir müştəri sorğusunu qeydə alır və abunə əməliyyatlarını yerinə yetirir, həmçinin mövcud xidmətlər haqqında məlumat təqdim edir.

Xidmət məntəqəsi KOBİA-nın binasında – Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti 38C, 1969-cu məhəllədə yerləşir. İş saatları, KOBİA-nın iş saatlarına müvafiq olaraq, həftəiçi saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərir. Nahar fasiləsi saat 13:00-dan 14:00-a kimidir. Həftəsonları isə qeyri-iş günüdür.

“Nar” müştəriyönümlülük siyasətinə uyğun olaraq, abunəçiləri üçün ünsiyyəti rahat və əlçatan etmək üçün ən müasir standartlara cavab verən “Nar” Müştəri Xidmətləri Mərkəzlərinin sayını artırmaqda davam edir. Siz ən yaxın “Nar” Müştəri Xidmətləri Mərkəzini yerini öyrənmək üçün nar.az/maps veb səhifəsinə keçə, 777 Çağrı Xidmətinə zəng edə, və ya “Nar”ın sosial media səhifələrinə yaza bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Ətraflı: https://qafqazinfo.az/news/detail/nar-musteri-xidmetleri-artiq-kobia-da-394667

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq “Azercell Telekom” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial Xidmət müəssisəsinin əməkdaşlarına Asan İmza xidmətinin aktivləşdirməsində dəstək olub. Azercell-in Müştəri Xidmətləri təmsilçiləri Bilgəh qəsəbəsində yerləşən müəssisəyə səfər edərək, yerində 100-ə yaxın əməkdaşa xidmət göstəriblər.

Mobil elektron imza xidmətinin aktivləşdirilməsi abunəçilərə 2000-dən artıq dövlət və özəl sahədəki elektron xidmətlərdən asanlıqla istifadə imkanı yaradır.

Azercell bir daha xatırladır ki, abunəçilər “Asan İmza” xidmətli SİM kartın müddətini Müştəri Xidmətləri Mərkəzlərinə getmədən, sadəcə SMS vasitəsilə uzada bilər.

“Qida təhlükəsizliyi haqqında” Qanunun qüvvəyə minməsi ilə bir çox yeniliklərin hüquqi bazası formalaşdırılıb, beynəlxalq tələblərə uyğun qeydiyyat sistemi yaradılıb. Ölkə ərazisində qida və yem məhsullarının ilkin istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən və təsdiqi tələb edilməyən qida obyektləri, qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı həyata keçirilən obyektlər birbaşa qeydiyyata alınır.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dəyişikliyə əsasən, obyektlərin və subyektlərin qeydiyyatı, eləcə də reyestr məlumatlarında dəyişikliyin edilməsi və reyestrdən çıxarışın dublikatının verilməsi üzrə dövlət rüsumları ləğv edilib.

“Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinə müvafiq olaraq, yüksək riskli qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan və təsdiqi tələb edilən qida obyektləri agentlik tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunur. Dəyişikliyə əsasən, qida sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, habelə bələdiyyə və dövlət orqanları (qurumları) cavabdeh olduqları qida obyektlərinin təsdiqi üçün müəyyən edilmiş dövlət rüsumunun ödənişindən azad edilib. Eyni zamanda, qida obyektlərinin təsdiqi ilə bağlı reyestr məlumatlarında dəyişikliyin edilməsi və reyestrdən çıxarışın dublikatının verilməsi üzrə dövlət rüsumu nəzərdə tutulmayıb. Beləliklə, qida obyektinin təsdiqi üçün müəyyən edilmiş dövlət rüsumu yalnız orta və iri sahibkarlıq subyektləri tərəfindən ödənilməlidir.

Sahibkarlar cavabdeh olduqları obyektlərin qeydiyyatı (təsdiqi) üçün agentliyin e-afsa.gov.az portalında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn şəkildə və ya şəxsən (və ya səlahiyyətli nümayəndəsi vasitəsilə) kağız daşıyıcılarda “ASAN xidmət” mərkəzlərinə, Kiçik və orta biznes evlərinə (KOB evləri), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə və Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinə müraciət edə bilərlər.

Ətraflı: https://azertag.az/xeber/Qida_obyektlerinin_qeydiyyati_ve_tesdiqi_ile_bagli_dovlet_rusumu_legv_edilib-2508002

“Bakı KOB evi”ndə sahibkarlara bir sıra dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xidmətlər göstərilir. 

Sahibkarlar vergi məsələləri ilə bağlı Dövlət Vergi Xidmətinin xidmət mərkəzləri ilə yanaşı, “Bakı KOB evi”nə də müraciət edə bilərlər. Belə ki, “Bakı KOB evi”ndə biznes subyektlərinə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və fiziki şəxslərin vergi uçotuna alınması, kommersiya hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, fəaliyyətinin dayandırılması, bərpası və ləğvi, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi və dövlət reyestrindən çıxarılması, fiziki şəxslərin vergi uçotundan çıxarılması, vergi bəyannamələrinin qəbul edilməsi, “ASAN imza”nın verilməsi və vergilərlə bağlı digər xidmətlər göstərilir. 

Qeyd edək ki, “Bakı KOB evi” həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir. Burada sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət təqdim olunur. 

Ətraflı: https://smb.gov.az/az/all-news/baki-kob-evinde-sahibkarlara-vergilerle-bagli-xidmetler-gosterilir   

B.EST Solutions Azərbaycan ofis komandası: Jana Krimpe və Fuad Məlikov PMP®, IPMA Level B® Şimali Makedoniyanın İnformasiya Cəmiyyəti və Administrasiyasının naziri Admirim Alitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Görüş zamanı #Azərbaycanda Mobil identifikasiya (Asan İmza) infrastrukturunun uğurla həyata keçirilməsi, dövlət-özəl tərəfdaşlıq layihələri, qazanılmış təcrübələr, gələcək perspektiv və inkişaflar müzakirə edilmişdir.
İclas Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilib.

29 iyun 2022-ci il tarixində B.EST Solutions Azərbaycan ofisinin komandası: Zahir Quliyev – CIO və Fuad Məlikov – Layihə Əməliyyatları üzrə Rəhbər – Milli İnformasiya Texnologiyaları Təşkilatı-Uqanda və Uqanda Özəl Sektor Fondu (PSFU) ilə görüşüb və “ Asan İmza” (Mobile ID) texnologiyasını təqdim etmişdilər. Bu texnologiya bütün beynəlxalq standartlara cavab verən yüksək səviyyəli təhlükəsizlik standartlarına cavab verir və elektron xidmətlərin göstərilməsində informasiya təhlükəsizliyinin təmin edilməsində, istifadəçilərin şəxsi məlumatlarına icazəsiz daxil olmaq risklərinin qarşısının alınmasında mühüm vasitədir.

Görüş zamanı hər iki tərəf arasında Uqandada Mobil ID-nin tətbiqi üzrə mümkün əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən ilkin proqram çərçivəsində baş tutub.

Ölkənin aparıcı banklarından biri Rabitəbank öz xidmət sərhədlərini genişləndirərək daha bir yeniliyi təqdim edir.

Belə ki, istənilən fiziki şəxslər bankın Baş ofis, Nəsimi, Nərimanov, Səbail, Mərkəz filiallarından birinə yaxınlaşmaqla artıq “Asan İmza” – gücləndirilmiş mobil elektron imza üçün vergi idarələrinə və “ASAN Xidmət” mərkəzlərinə getmədən filialdaca əldə edə biləcəklər. “Asan İmza” mobil elektron imza vətəndaşlara mobil telefondan gücləndirilmiş rəqəmsal elektron imza kimi istifadə etmək, dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni əldə etmək, həmçinin müxtəlif elektron sənədləri imzalamaq imkanı verir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən “Asan İmza” əl imzasına bərabərdir.

İlkin mərhələdə yalnız aktiv Bakcell nömrələrinə sahib fiziki şəxslərə xidmət olunacaq. Xidmətdən istifadə artıq aktivdir və faydalanmaq üçün yuxarıda bəhsikeçən filiallardan birinə yaxınlaşa bilərsiniz.

Qeyd edək ki, yaxın zamanda “Asan İmza”-nı Rabitəbankın digər filiallarında da əldə etmək imkanı yaradılacaq.

Azərbaycanın mobil identiteti sayılan “Asan İmza” Secure Identity Alliance və OnePoint tərəfindən nəşr olunan “Dünyanın rəqəmsal identitetlərinə səs vermə” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilmişdir.

Secure Identity Alliance (SIA), OnePoint ilə birgə “Dünyanın rəqəmsal identitetlərinə səsvermə” adlı hesabat hazırlamışdır ki, orada dünya üzrə hökumət tərəfindən həyata keçirilən rəqəmsal və mobil identitet layihələrinin cari vəziyyəti əks olunmuşdur.
Layihə bir neçə məqsəd daşıyırdı. Birincisi, müxtəlif rəqəmsal identitet sxemlərinin xüsusiyyətlərini vurğulamaqla yanaşı innovativ təcrübələri, idarəetmə metodları və proseslərini, texnologiyaların seçimləri və bazara çıxışın strategiyalarını araşdırmaq, ikincisi, qərar qəbuletmə prosesinin hərəkətverici qüvvələri və bazarın əsas iştirakçıları tərəfindən təqdim edilən qabaqcıl təcrübələrin istifadəsinin üstünlüklərini anlamaq. Hesabatda rəsmi və sənədləşdirilmiş analitik mənbələrdən alınan əsas fikir və təcrübələr, eləcə də başlıca beynəlxalq iştirakçılar və müxtəlif ölkələrin nümayəndələri ilə aparılan 25 müsahibənin çarpaz təhlili toplanılmışdır.

Bu əyani hesabatda innovativ modellər, peşəkar iştirakçılardan əldə edilən təcrübə və dərslər qeyd edilmiş, eləcə də ABŞ, Kanada, Avstriya, Böyük Britaniya, Fransa, Hollandiya, Danimarka, Estoniya, Azərbaycan, Hindistan, Sinqapur və digərlərinin də ən yaxşı təcrübələri daxil olmaqla, dünyanın bütün ölkələrindən olan ID layihələrin və modellərin təhlili aparılmışdır.

OnePoint şirkətinin partnyoru Yannik Raqonnonun (Yannick Ragonneau) sözlərinə görə “Tranzaksiyalar fiziki dünyadan rəqəmsal dünyaya doğru irəlilədikcə, etibarlı rəqəmsal identitet yeni və genişlənən ictimai xidmətlər üçün təməl sütuna çevrilir. Bu hesabatda biz, dünyanın hər yerindən olan rəhbərlərə identitet sahəsində ən innovativ və çətin layihələrə səsvermə hüququnu təqdim edir və tətbiq edilən təcrübi ideyalar və perspektivləri əldə rəhbər tuturuq. Əsas məqsəd dövlət və özəl qurumların idarəçilərinə bunun həyata keçirilməsinin nə qədər mümkün olduğunu göstərməkdən ibarətdir.

Azərbaycanın mobil identiteti olan “Asan İmza” iki sahədə ən yaxşı təcrübə nümunəsi kimi təqdim edildi: rəqəmsal əhatəlilik və rəqəmsal identitetin mobil qurğulara keçid trendi. Birinci kateqoriyada Azərbaycan Fransa və Avstraliya ilə yanaşı yerləşdirildi və burada ictimai xidmətlərin təqdim edilməsində rəqəmsal əhatəliliyin təmin edilməsi üçün hazırlanmış mobil identitetin səsli xidmətə inteqrasiyasının Azərbaycan həlli ayrıca qeyd edilmişdir. “Mobil düşün” (Think Mobile First) adlanan ikinci kateqoriyada, Azərbaycanın SİM karta əsaslanan “Asan İmza” mobil elektron imza həlli Lixtenşteyn və İtaliya ilə yanaşı yer aldı.
Bir çox ekspertlər bu hesabatda identitetin gələcəyinin məhz mobil qurğularda olduğunu qəbul edir. Mobil identitetin tətbiqində qazanılan nailiyyətlər sayəsində Azərbaycan bu sahədə lider ölkələr siyahısına daxil edildi.

SIA Digital ID işçi qrupunun sədri Kristen Teyras (Kristen Teyras) – Juniper Research-in apardığı sonuncu tədqiqatlara istinad edərək qeyd etmişdir: “Rəqəmsal identitetin tətbiqi hal-hazırda həlledici mərhələdə olduğundan, 2024-cü ilə qədər mobil identitet 3 milyarddan çox insan üçün rəqəmsal identifikatorların qeydiyyatı, yoxlanılması və autentifikasiyası üçün əsas mənbəyə çevrilməlidir”. O, hesabatda qeyd olunan nümunələri rəhbər tutaraq, bildirmişdir ki, “Həm onlayn, həm də oflayn identifikasiyanı dəstəkləyən yeni nəslin mobil identitet texnologiyaları, dövlət və özəl sektorla insanların qarşılıqlı əlaqələrinin istiqamətini dəyişən etibarlı innovativ rəqəmsal xidmətlərin artıq yeni erasının irəliləyişinə kömək edir”.

Bu hesabat, Secure Identity Alliance (SIA) ilə OnePoint arasındakı birgə işin nəticəsi hesab edilir:

SİA – qanuni və etibarlı identitetin təqdim edilməsində, eləcə də bütün əhali üçün rəqəmsal identitetin əhatəli xidmətlərinin inkişafında beynəlxalq əməkdaşlığa təşviq etmək üçün dövlət, özəl və qeyri-hökumət təşkilatlarını birləşdirən qeyri-kommersiya təşkilatıdır.

OnePoint – strateji baxışların texnoloji baxımdan reallaşdırılmasında müştərilərə kömək edən ümumictimai transformasiya memarlarıdır.

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin xidmətdən rahat şəkildə faydalanmasını təmin etmək üçün daha bir yeniliyi təqdim edir.

Belə ki, Sədərək şöbəsinə müraciət edən müştərilər artıq “Asan İmza”- gücləndirilmiş mobil elektron imzanı əldə etmək üçün vergi idarələrinə və “ASAN Xidmət” mərkəzlərinə getmədən yerində bunu həyata keçirə biləcəklər.

Gücləndirilmiş mobil elektron imza -“Asan İmza”sı olan müştərilər, müxtəlif əməliyyatlarını onlayn həyata keçirə və sənədləri elektron formada imzalaya bilərlər. Müştərilər PAŞA Bank-ın PAŞA Biznes mobil tətbiqi və ya Onlayn Bank platforması vasitəsilə Banka gəlmədən, vaxt itirmədən hesablarına nəzarət edə və bir sıra əməliyyatları həyata keçirə bilərlər.

Qanunvericiliyə əsasən “Asan İmza” fiziki imzaya bərabərdir və bu səbəbdən istifadəçilərin identifikasiyası ilə bağlı bütün prosedurlar, təhlükəsizliyin təmin edilməsi, kriptoqrafiyanın bütün dünya standartlarına uyğunluğa görə istifadəçilərin maraqlarının təmin edilməsi baxımından ciddi şəkildə riayət olunur. Xidmətdən yararlanmaq üçün müştərinin aktiv “Bakcell” və ya “Nar” mobil nömrəsinin olması zəruridir. “Azercell” abunəçiləri “Asan İmza”nı yalnız bu operatorun “Asan İmza” SİM kartı ilə aktivləşdirə bilərlər.

Qeyd edək ki, yaxın zamanda “Asan İmza”-nı PAŞA Bankın digər filiallarında da əldə etmək imkanı yaradılacaq.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Əlaqə Mərkəzinə müraciət edin: * 8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), * 9123 / (+99412) 4965000 (fiziki şəxslər üçün).

istinad