Author: logic

Azərbaycan, xüsusilə 2000-ci illərin əvvəllərindən etibarən informasiya və kommunikasiya texnologiyalarını (İKT) sosial-iqtisadi transformasiyasının əsas istiqamətlərindən biri kimi inkişaf etdirmək üçün ardıcıl və gələcəyə yönəlmiş siyasət həyata keçirib.

Ölkənin bu sahədə yanaşması uzunmüddətli dövlət strategiyalarını, institusional islahatları, infrastruktur investisiyalarını və beynəlxalq əməkdaşlığı birləşdirib. Bütün bu addımlar rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyatın və müasir dövlət idarəçiliyinin qurulmasına yönəlib.

Bu prosesin ilk mühüm mərhələlərindən biri “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003–2012)” sənədinin qəbul edilməsi olub. Bu strategiya müxtəlif sahələrdə rəqəmsal transformasiyanın əsasını qoyub. Sənəddə İKT neft və qaz sektorundan kənar iqtisadi şaxələndirmənin hərəkətverici qüvvəsi kimi müəyyən edilib və biliklərə əsaslanan cəmiyyətin qurulmasının vacibliyi vurğulanıb. Strategiya, həmçinin elektron hökumət sistemlərinin yaradılmasına təkan verib və ölkə üzrə telekommunikasiya infrastrukturunun genişləndirilməsini təşviq edib.

Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi sahəsində mühüm innovasiyalardan biri 2012-ci ildə fəaliyyətə başlayan ASAN xidmət mərkəzlərinin yaradılması olub. Bu mərkəzlər, eləcə də ASAN Visa, ASAN Pay və Asan İmza — mobil rəqəmsal imza kimi əlaqəli rəqəmsal platformalar inzibati prosedurları əhəmiyyətli dərəcədə sadələşdirib və dövlət xidmətlərinin keyfiyyətini artırıb.

Xüsusilə Asan İmza mobil əsaslı rəqəmsal identitet sahəsində mühüm irəliləyiş hesab olunur. Bu həll istifadəçilərə mobil telefonları vasitəsilə sənədləri təhlükəsiz şəkildə imzalamaq və xidmətlərə çıxış əldə etmək imkanı verir. Bu inteqrasiya olunmuş model beynəlxalq səviyyədə tanınıb və dövlət sektorunda innovasiya üzrə qabaqcıl təcrübə kimi öyrənilib.

Məqalə haqqında ətraflı məlumat:
https://news.az/news/beyond-oil-how-azerbaijan-became-a-regional-digital-powerhouse


B.EST Solutions MWC Barcelona 2026-da yeni nəsil Quantum-Ready “Asan İmza” Mobile ID həllini təqdim edib

B.EST Solutions 2026-cı il 2–5 mart tarixlərində İspaniyanın Barselona şəhərində keçirilən GSMA Mobile World Congress (MWC) Barcelona 2026 sərgisində iştirak edib. Şirkət 2012-ci ildən etibarən bu konqresdə mütəmadi olaraq iştirak edir.

Dünyanın aparıcı texnologiya və bağlantı tədbirlərindən biri olan MWC Barcelona 2026-da B.EST Solutions təhlükəsiz, miqyaslana bilən və gələcəyə hazır rəqəmsal ekosistemləri dəstəkləmək üçün hazırlanmış innovativ eSIM əsaslı, quantum-ready “Asan İmza” Mobile ID — kvalifikasiyalı rəqəmsal imza həllinin yeni nəslini təqdim edib.

“Asan İmza”nın milli operatoru olaraq B.EST Solutions dövlət qurumları, bizneslər və vətəndaşlar üçün etibarlı rəqəmsal identitet texnologiyalarının inkişafını davam etdirir. MWC 2026-da təqdim olunan həll şirkətin güclü təhlükəsizlik, istifadəçi rahatlığı və rəqəmsal etimad xidmətlərinin gələcəyi istiqamətində davamlı fokusunu əks etdirir.

Şirkətin etibarlı rəqəmsal identitet həlləri portfelinə əsaslanan yeni eSIM əsaslı “Asan İmza” təhlükəsiz autentifikasiya və rəqəmsal imzalama üçün müasir və praktik yanaşma təqdim edir. Bu həll istifadəçilərin sistemə qoşulma prosesini sadələşdirməyə kömək edir və əlavə avadanlığa ehtiyacı aradan qaldırır. Sürətlə dəyişən rəqəmsal mühit üçün hazırlanmış bu texnologiya daha çevik, əlçatan və dayanıqlı identitet həllərinə artan tələbatı qarşılayır.

Tədbirdə şirkəti CSO Daniil Gussev, Layihə Əməliyyatları üzrə rəhbər Fuad Malikov və DevOps mühəndisi Elvin Pashayev təmsil ediblər. Onlar konqres müddətində qlobal texnologiya liderləri, tərəfdaşlar və dövlət sektoru nümayəndələri ilə görüşlər keçiriblər.

Konfrans çərçivəsində B.EST Solutions nümayəndələri bir sıra yüksək səviyyəli görüşlərdə iştirak edərək “Asan İmza” həllini təqdim ediblər. Bu görüşlər Azərbaycanın rəqəmsal identitet sahəsində təcrübəsini nümayiş etdirmək, fikir mübadiləsi aparmaq və təhlükəsiz rəqəmsal xidmətlər sahəsində potensial beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə etmək üçün dəyərli platforma yaradıb.

B.EST Solutions şirkətinin MWC Barcelona 2026-da iştirakı bir daha şirkətin rəqəmsal identitetin inkişafına, eləcə də Azərbaycanın qlobal GovTech və etimad xidmətləri ekosistemində mövqeyinin gücləndirilməsinə sadiqliyini nümayiş etdirir.


2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə muxtar respublika büdcəsinə vergi daxilolmaları 260,4 milyon manata yaxın olub ki, bu da 2024-cü illə müqayisədə 14,9 faiz çoxdur.

Bu məlumatı Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Qeyd olunub ki, qeyri-dövlət sektoru üzrə vergi daxilolmaları isə 185,9 milyon manat olmaqla, 2024-cü illə müqayisədə 21,6 faiz artıb.

2025-ci ildə məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 2024-cü illə müqayisədə 10,2 faiz artaraq 178,5 milyon manat, icbari tibbi sığorta üzrə daxilolmalar 9,5 faiz artaraq 31,7 milyon manat, işsizlik sığortası fonduna daxilolmalar 5,1 faiz artaraq 4,7 milyon manata yaxın təşkil edib.

Ötən il ərzində vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən 44 mindən çox şəxs qəbul edilib, onlara 60 minə yaxın xidmət göstərilib. Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99,6 faiz təşkil edir.

2025-ci ildə vergi ödəyicilərinə 668 mindən çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib, 113 görüş keçirilib, onlara 540 ünvanlı xidmət göstərilib. Həmin dövrdə 3689 müraciət üzrə 6479 Asan İmza sertifikatı verilib.

Davosda Dünya İqtisadi Forumu həftəsi çərçivəsində Əməkdaşlıq Evində (House of Collaboration) platformasında Avropa və Avrasiya ölkələrindən olan siyasi liderləri və rəqəmsal transformasiya üzrə ekspertləri bir araya gətirən “GovTech Miqyasda: Keçmişi sadəcə rəqəmsallaşdırmaq deyil, Süni İntellekt dövrünü idarə etmək” adlı mühüm yüksək səviyyəli panel müzakirəsi keçirilib.

Panelə Estoniya və Azərbaycanın beynəlxalq arenada təmsilçisi olan, B.EST Solutions şirkətinin təsisçisi və baş icraçı direktoru, Femmes Digitales – Texnologiyada Qadınlara Dəstək təşəbbüsünün sədri və Davosun 100 Qadını icmasının üzvü Jana Krimpe moderatorluq edib.

Davosda keçirilən müzakirələrin bir çoxu innovasiya və yeni yaranan texnologiyalara fokuslansa da, bu panel “hökumətlərin real siyasi, hüquqi və institusional şəraitdə rəqəmsal və süni intellekt əsaslı sistemləri milli miqyasda necə uğurla tətbiq edə bilməsi” kimi daha mürəkkəb və kritik bir sualara toxunur. Paneldə vurğulanmışdır ki, müasir GovTech artıq təkcə dövlət xidmətlərinin rəqəmsallaşdırılması demək deyil. Bu həmçinin, etimadın, məlumatların, süni intellektin və institutların siyasi dövrlər boyunca təhlükəsiz, dayanıqlı və miqyaslana bilən şəkildə idarə olunmasını ifadə edir.

Panel diskusiyasında milli səviyyədə praktiki təcrübəyə malik yüksək vəzifəli rəhbərlər iştirak etdilər:

  • Taavi Rõivas, Auve Tech-in İdarə Heyətinin sədri və Estoniyanın sabiq Baş naziri, Estoniyanın dünyada tanınan rəqəmsal dövlət modeli üzrə təcrübələrini bölüşdü.
  • Eugen Osmochescu, Moldova Respublikasının Baş nazirinin müavini və İqtisadi İnkişaf və Rəqəmsallaşma naziri, real siyasi və institusional təzyiqlər şəraitində həyata keçirilən rəqəmsal islahatlardan danışdı.
  • Fariz Cəfərov, 4SİM/C4IR Azerbaijan (Dünya İqtisadi Forumu) üzrə İcraçı direktor, Azərbaycanın süni intellektin idarə olunması və dövlət səviyyəsində Sənaye 4.0-a yanaşması ilə bağlı qabaqcıl baxışını təqdim etdi.

Müzakirə olunan əsas mövzular:

  • GovTech həllərinin milli miqyasda tətbiqi üçün tələb olunan siyasi və institusional qərarlar
  • Süni intellektin reaktiv deyil, proaktiv şəkildə idarə olunması
  • Texnologiya ilə yanaşı etimadın və institutların mərkəzi rolu
  • Rəqəmsal suverenlik və dövlətlərin hansı sahələri mütləq şəkildə öz nəzarətində saxlamalı olduğu

Panelin moderatoru qismində çıxış edən Jana Krimpe, Azərbaycanın qlobal süni intellektin idarə olunması ilə bağlı müzakirələrdə artan rolunu xüsusi vurğuladı və ölkənin C4IR Azerbaijan kimi platformalar vasitəsilə məsuliyyətli və gələcəyə yönəlik rəqəmsal siyasət çərçivələrinin formalaşdırılmasında fəal iştirak etdiyini qeyd etdi.

Sessiyanın əsas məqamlarından biri ölkələrarası əməkdaşlıqla bağlı verilən güclü mesaj oldu. Bu, Estoniyanın praktik rəqəmsal idarəetmə təcrübəsinin, Moldovanın islahat yolu üzrə əldə etdiyi təcrübənin və Azərbaycanın süni intellekt sahəsində liderliyinin beynəlxalq miqyasda ortaq irəliləyişə necə çevrilə biləcəyini nümayiş etdirdi.

Panelin əsas nəticəsi isə aydın idi: GovTech-in geniş miqyasda tətbiqi texnologiya hekayəsi deyil, idarəetmə hekayəsidir.

Süni intellekt dövründə uğur qazanmağı hədəfləyən hökumətlər köhnə proseslərin sadəcə rəqəmsallaşdırılması ilə kifayətlənməməli, əksinə gələcəyi aydın baxış, cəsarət və etimad əsasında idarə etməlidirlər.

Davos, İsveçrə


Yeni funksiya “Asan İmza” məlumatlarını bir toxunuşla əlçatan edir

Rəqəmsal həllərini davamlı olaraq təkmilləşdirən Azercell “Asan İmza” xidmətinin əsas məlumatlarını mobil tətbiqinə inteqrasiya edib. Yeni funksiya vasitəsilə istifadəçilər tətbiq üzərindən gücləndirilmiş mobil elektron imzanın etibarlılıq tarixi, statusu, xidmətin növü və aylıq uzatma müddəti kimi vacib məlumatları rahatlıqla əldə edə bilirlər.

İlkin mərhələdə xidmət yalnız Fakturasız (SimSim) xətt abunəçiləri üçün təqdim olunub, növbəti mərhələdə isə Fakturalı xətt müştəriləri üçün də əlçatan olacaq.

Yeni həll  Azercell abunəçilərinin müştəri təcrübəsini daha da optimallaşdırır və  keyfiyyətli xidmətlərə daha rahat çıxış imkanı yaradır.

2025-ci il 24–26 sentyabr tarixlərində Pakistanın Karaçi şəhərində 26-cı ITCN Asia Beynəlxalq Konfransı və Sərgisi işə başlayıb. Bu il tədbirin əsas mövzuları rəqəmsal transformasiya, fintex sahəsində innovasiyalar, kibertəhlükəsizlik və əlaqəli ekosistemlərin gələcəyi ətrafında formalaşıb. Tədbir inklüziv və dayanıqlı rəqəmsal iqtisadiyyatların inkişafı üçün strategiyaların müəyyənləşdirilməsi məqsədilə qlobal texnologiya liderlərini, dövlət rəsmilərini və biznes innovatorlarını bir araya gətirib.

The Best of Entrepreneurship (BOE) Asia Series strateji platformasının əsas sessiyalarından biri olan “Panel 2: On Leadership” müzakirəsində B.EST Solutions şirkətinin təsisçisi və direktoru, “Asan İmza” mobil rəqəmsal imzanın milli operatorunun rəhbəri Jana Krimpe iştirak edib. O, Pakistanın LMKR şirkətinin idarəedici direktoru Faisal Jamil və DPL şirkətinin təsisçisi və baş icraçı direktoru Syed Ahmad ilə eyni səhnəni bölüşüb. Panelin moderatoru ICCD-də Qadınların İqtisadi Səlahiyyətləndirilməsi üzrə rəhbər Natavan Məmmədova olub. Müzakirə müasir sürətlə dəyişən texnologiya mühitində liderlik, innovasiya və dayanıqlı rəqəmsal ekosistemlərin qurulması mövzularına həsr olunub.

Çıxışı zamanı xanım Krimpe bulud texnologiyası və post-kvant kripto-agile alqoritmləri ilə gücləndirilmiş yeni nəsil eSIM əsaslı “Asan İmza” Mobile ID həllini təqdim edib. Azərbaycan Dövlət Vergi Xidməti və mobil operatorlar — Azercell, Bakcell və Nar ilə tərəfdaşlıq çərçivəsində hazırlanmış bu həll təhlükəsiz mobil identitetin gələcəyini təmsil edir.

O bildirib: “eSIM innovasiyası yalnız texnologiya üçün deyil, həm də əlçatanlıq və dayanıqlılıq baxımından mühüm irəliləyişdir. Ənənəvi SIM kartlardan fərqli olaraq, eSIM-lər birbaşa cihazlara inteqrasiya olunur və plastik kartlara, qablaşdırmaya və logistika proseslərinə ehtiyacı aradan qaldırır. Bu, aktivləşdirməni asanlaşdırır, daha yüksək təhlükəsizlik təmin edir və ətraf mühitə təsiri azaldır. Yeni nəsil eSIM əsaslı Asan İmza ilə biz vətəndaşlara şəxsiyyətlərini təhlükəsiz şəkildə təsdiqləmək, 2000-dən çox elektron xidmətə çıxış əldə etmək və hüquqi qüvvəyə malik rəqəmsal imzaları rahat şəkildə təqdim etmək imkanı yaradırıq.”

Xanım Krimpe həmçinin vurğulayıb ki, Asan İmza artıq 500 milyondan çox rəqəmsal tranzaksiyanı emal edib və Azərbaycanın elektron hökumət xidmətlərinin 95%-ni dəstəkləyir. Həll kağız əsaslı prosesləri əvəz etməklə yüz minlərlə ağacın qorunmasına töhfə verib və rəqəmsal identitetin iqtisadi artımı sürətləndirə, idarəçiliyi gücləndirə və ekoloji dayanıqlılığa töhfə verə biləcəyini sübut edib.

O, Estoniya və Azərbaycanın elektron hökumət təcrübəsindən çıxarılan dərsləri də qeyd edib: “Ən vacib dərs ondan ibarətdir ki, siyasi iradə və etimad texnologiyanın özündən daha önəmlidir. Rəqəmsal identitet yollar və ya elektrik enerjisi kimi milli infrastruktur kimi qəbul edilməlidir. Kiçik addımlarla başlamaq, vergi və bankçılıq kimi gündəlik xidmətlərdə dəyər yaratmaq və daha sonra mərhələli şəkildə genişlənmək lazımdır. Bu, Estoniyanın startap ölkə yanaşması idi və biz də Asan İmzanı qurarkən eyni modeli izlədik.”

Panelist şəffaflıq və hesabatlılığın əhəmiyyətini də xüsusi vurğulayıb: “Etimad açıq kommunikasiya vasitəsilə qazanılır. Estoniyanın məşhur ROCA ID kart zəifliyi göstərdi ki, hökumətlər şəffaf reaksiya verdikdə, ekspertləri cəlb etdikdə və problemi açıq şəkildə həll etdikdə, böhranlar etimadın gücləndirilməsi üçün fürsətə çevrilə bilər. Vətəndaşlar hər zaman onların məlumatlarından kimin istifadə etdiyini görməlidir və hökumətlər problemləri heç vaxt gizlətməməlidir.”

Həllərin beynəlxalq miqyasda genişləndirilməsi məsələsinə toxunan xanım Krimpe qeyd edib: “Etimadı marketinqlə almaq mümkün deyil; onu sübut etmək lazımdır. Azərbaycanda biz bu modeli ixrac etməzdən əvvəl yüz milyonlarla təhlükəsiz tranzaksiyanı emal etdik. Beynəlxalq standartlara uyğunluq və qlobal təşkilatlar tərəfindən tanınma sözlərdən daha güclü təsir göstərir. Biz özümüzü heç vaxt sadəcə vendor kimi təqdim etmirik. Mobile ID kritik milli infrastruktur olduğuna görə biz tərəfdaş kimi çıxış edirik. Bu isə o deməkdir ki, biz provayder olaraq şəxsi məlumatlara heç vaxt çıxış əldə etmədiyimiz sistemlər dizayn edirik və yerli institutlara müstəqil şəkildə idarəetmə və inkişaf üçün kompetensiya ötürürük. Biz sadəcə kod ixrac etmirik; əməkdaşlıq, dayanıqlılıq və 15 illik gündəlik əməliyyat təcrübəsinə əsaslanan sübut olunmuş modeli paylaşırıq.”

“Femmes Digitales” – “Supporting Women in Tech” İctimai Birliyinin təsisçisi kimi xanım Krimpe qadınların texnologiya liderliyinə gətirdiyi unikal keyfiyyətləri də vurğulayıb: “Qadınlar əməkdaşlıq, empatiya və dayanıqlılıq gətirirlər. Onlar sadəcə tətbiqlər və ya sistemlər qurmurlar; onlar ekosistemlər, hər bir səsin eşidildiyi və heç kimin kənarda qalmadığı inklüziv məkanlar yaradırlar. Qadınlar təbii olaraq yalnız növbəti rüb haqqında deyil, növbəti nəsil haqqında düşünürlər. Dayanıqlılığa yönəlmiş bu baxış onların liderliyini transformativ edir.”

ITCN Asia 2025 konfransı regional və beynəlxalq liderləri, o cümlədən İordaniyanın Rəqəmsal İqtisadiyyat və Sahibkarlıq naziri mühəndis Sami Smeirat və İordaniya Ticarət Palatasının sədri senator Khalil Al-Haj Tawfiqi bir araya gətirib. Onlar texnologiyanın dayanıqlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi rolunu vurğulayıblar. Onların fikirləri, eləcə də qlobal sahibkarlar və siyasətçilərin töhfələri sərhədlərarası rəqəmsal transformasiyanın təşviqində innovasiya və liderliyin əhəmiyyətini ön plana çıxarıb.

Üç günlük proqram Azərbaycan və Pakistan, eləcə də daha geniş region arasında yeni tərəfdaşlıqların qurulması üçün dinamik platforma yaradıb və yeni nəsil həllər əsasında təhlükəsiz, etibarlı və inklüziv rəqəmsal cəmiyyətlərin formalaşdırılması missiyasını daha da irəli aparıb.

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 19 983 şəxs qəbul edilib.


mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 27 120 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 % çoxdur.


Ümumi xidmətlərin 86 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib: “Asan İmza” sertifikatının verilməsi; bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi; fiziki şəxsin uçota alınması və yenidən uçota alınması; vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi; vergi ödəyicisinə arayışların verilməsi; vergi ödəyicisinin fəaliyyətinin bərpası; fiziki şəxsin uçotdan çıxarılması; əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.
İstinad linki: https://report.az/biznes-xeberleri/naxcivanda-vergi-odeyicilerine-xidmet-merkezlerinde-gosterilen-xidmetlerin-sayi-27-artib/

18 iyun tarixində Bakıda keçirilən Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) 29-cu Ümumi Texniki Sessiyası çərçivəsində, B.EST Solutions şirkəti Azərbaycanın qabaqcıl texnologiyası olan “Asan İmza” üzərində qurulmuş mResidency layihəsini təqdim edib.


Tədbirdə 40-dan çox üzv dövlətin, beynəlxalq qurumların və rəqəmsal transformasiya sahəsindəki ekspertlərin nümayəndələri iştirak edib. Yeniliklər izlənən sessiyada B.EST Solutions, mResidency vasitəsiylə xarici sahibkarların və investorların Azərbaycanın e-hökumət xidmətlərinə fiziki iştiraka ehtiyac olmadan, tam təhlükəsiz və uzaqdan daxil ola bilmə imkanını vurğulayaraq təqdimat edib.


Layihəni B.EST Solutions-un Layihə Əməliyyatları üzrə rəhbəri Fuad Məlikov təqdim edib və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dövlət Vergi Xidmətinin rəhbəri cənab Orxan Nəzərli ilə mResidency-nin strateji əhəmiyyəti barədə fikir mübadiləsi aparıb. Fuad Məlikov qeyd edib ki, mResidency təhlükəsiz rəqəmsal identifikasiya sahəsində inqilabi yenilik olmaqla yanaşı, Azərbaycanı beynəlxalq investisiya mütəəliləri üçün daha cəlbedici məkan halına gətirən effektiv alətdir.


Azərbaycanın Dövlət Vergi Xidməti ölkədə şəffaf, investor dostu və dinamik biznes mühiti yaratmaqda aparıcı rol oynayır. Xidmət, vərgi xidmətlərinin tam rəqəmsallaşdırılması, SÜ-i idarə etmə üsullayla verilən dəstək, onlayn biznes qeydiyyatının asanlaşdırılması və inteqrasiya olunmuş ödəniş platformaları kimi işlər vasitəsiylə sahibkarlıq üçün prosedurların sadələşdirilməsinə təkan verir.


Bu islahatlar sayəsində artıq biznesin uzaqdan qurulması və idarə edilməsi çox daha asan olub. Azərbaycan bu yolla qlobal qabaqcıl praktikalara yaxınlaşır və rəqəmsal iqtisadiyyat sahəsində lider mövqeyi hədəfləyir.


“Asan İmza” stendi Microsoft, Mastercard, NetCompany, Fast Enterprises və digər qlobal texnologiya nəhənglərinin yanında yer alaraq Azərbaycanın rəqəmsal identifikasiya və rəqəmsal idarəetmə sahəsindəki artan rolunu bir daha nümayiş etdirdi.


“Asan İmza”nın milli operatoru kimi B.EST Solutions, Azərbaycanın təhlükəsiz, əhatələyici və beynəlxalq əlaqəli rəqəmsal cəmiyyət vıziyonuna sadiqliyini bir daha bəyan edir.


✉️ mResidency dövlət başcısının sərəncamı ilə, Ölkənin strateji rəqəmsal inkişaf proqramının bir hissəsi olaraq, Azərbaycan Respublikası İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin liderliyi altında icra olunur.


18–19 iyun tarixlərində davam edən IOTA texniki sessiyası çərçivəsində vergi idarəetməsində rəqəmsal transformasiya, süni intellektin rolu, vergiödəyicilərə xidmətlərin təkmilləşdirilməsi və sərhədlərarası əməkdaşlıq kimi mövzularda müzakirələr və təqdimatlar keçirilir. Üzv dövlətlər texnologiya sərgisində risk idarəetməsi, insan resursları, kommunikasiya və rəqəmsal infrastruktur sahələrində nailiyyətlərini təqdim ediblər.

“Expressbank” biznes müştərilərinə daha çevik və müasir bankçılıq təcrübəsi təqdim etmək üçün yeni “Express Business” mobil tətbiqini istifadəyə verdiyini elan edir.


Bu tətbiq vasitəsilə sahibkarlar və şirkət nümayəndələri artıq ofisdən çıxmadan və ya hər hansı banka getmədən öz maliyyə əməliyyatlarını daha rahat və təhlükəsiz şəkildə idarə edə biləcəklər.


Yeni tətbiq nələri təklif edir?
“Express Business” tətbiqi vasitəsilə müştərilər aşağıdakı imkanlardan yararlana biləcəklər:
· “Asan İmza” gücləndirilmiş mobil elektron imza ilə təhlükəsiz giriş;
· Birdən çox şirkəti olan müştərilər üçün hesablar arasında sürətli keçid;
· Maliyyə vəziyyətinin istənilən an izlənməsi;
· Bankdaxili, hesablararası və ölkədaxili köçürmələrin icrası;
· Ödəniş və köçürmələrə tam nəzarət;
· Sənədlərin mobil cihaz və ya veb üzərindən imzalanması imkanı;
· Kart və hesab məlumatlarına baxış, çıxarışların əldə edilməsi, kartların bloklanması və ya blokdan çıxarılması funksiyaları.


“Expressbank” tərəfindən bildirilir ki, bu yenilik biznes sahiblərinə vaxta qənaət, əməliyyatlara nəzarət və daha çevik icra imkanı verəcək. Tətbiq həm iOS, həm də Android platformalarında əlçatandır və istifadəsi tamamilə ödənişsizdir.


İstinad linki: https://qafqazinfo.az/news/detail/expressbank-biznes-musterileri-ucun-tetbiq-istifadeye-verdi-471310

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) rəqəmsal transformasiya strategiyası çərçivəsində növbəti yeniliyə imza atıb.

 
Belə ki, ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya edilib. Bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır.


İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən, o cümlədən “Asan İmza” gücləndirilmiş mobil elektron imzadan istifadə edə bilirlər.


İnteqrasiyanın əsas üstünlükləri: 

  • Sadə və sürətli giriş – Təkrar qeydiyyat zərurəti aradan qalxır;
  • Təhlükəsizliyin artırılması – Dövlət tərəfindən təsdiqlənmiş identifikasiya vasitələri istifadə olunur; 
  • Vaxta qənaət – Müraciət və sorğuların təqdimat prosesi sürətlənir; 
  • Dövlət sistemləri ilə uyğunluq – “MyGov” portalı və digər dövlət platformaları ilə inteqrasiya imkanı yaranır.

İstinad linki: https://corp.ady.az/az/media/xeberler/gundem/vahid-reqemsal-mekanin-qurulmasinda-novbeti-addim-ady-elektron-portali-digital-login-ile-daha-suretli

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqinə bu ilin mart ayında əmək müqavilələrinin elektron qaydada imzalanmasına imkan verən funksiya da əlavə olunub.


Mobil tətbiqin bu funksionallığı maraqla qarşılanıb və ötən dövrdə “e-sosial” mobil tətbiqi vasitəsilə elektron qaydada 14,2 min əmək müqaviləsi imzalanıb.


İşəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.


Vətəndaşlar həmin müqavilələri elektron şəkildə, o cümlədən “Asan İmza” gücləndirilmiş mobil elektron imza ilə rahat şəkildə imzalaya bilirlər.


Həmin yenilik əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə yanaşı, imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir.


İstinad linki: https://azertag.az/xeber/e_sosial_mobil_tetbiqi_vasitesile_elektron_qaydada_142_min_emek_muqavilesi_imzalanib-3544551

Özümə məxsus VÖEN-i bağlatdırmışam, ancaq 16.04.2025-ci il tarixdə mənə mesaj gəlib ki, 26.04.2025 tarixdə fəaliyyətiniz aktivləşəcək və həmin tarixdən etibarən vergi orqanlarına bəyannamə təqdim etmək öhdəliyiniz yaranacaqdır. Bu haqda ətraflı məlumat verməyinizi xahiş edirəm.


Valyuta.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.


Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.


Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı Dövlət Vergi Ximdətinin internet səhifəsindəki müvafiq bölməsindən əldə edə bilərsiniz.


Xidmətdən bildirilib ki, gücləndirilmiş elektron imza, o cümlədən “Asan İmza” gücləndirilmiş mobil elektron imza olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.


Sorğuya cavab olaraq qeyd olunub ki, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.


Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.


Əsas: Vergi Məcəlləsinin 16-cı, 149-cu maddələri
İstinad linki: https://valyuta.az/az/read/69229/

Aprelin 1-dən avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçirən hüquqi və fiziki şəxslərə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” yalnız onlayn qaydada https://e-xidmet.ayna.gov.az/ portalı üzərindən veriləcək.


Proses “AYNA” informasiya sisteminə inteqrasiya olunan “Fərqlənmə nişanı” altsistemi vasitəsilə həyata keçiriləcək. Həmin sistem üzərindən “Fərqlənmə nişanı”nın alınması üçün müraciətlərin edilməsi yalnız “Asan İmza” gücləndirilmiş mobil elektron imza ilə mümkün olacaq.


Sistemin yeni olmasını nəzərə alaraq, qarşıya çıxacaq sualları minimuma endirmək üçün “İstifadəçi təlimatları” hazırlanıb.


Qeyd edilib ki, qanunvericiliyin tələblərinə əsasən, “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.


İstinad linki: https://news.day.az/azerinews/1736868.html

Dövlət Statistika Komitəsinin “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidmətindən istifadə zamanı “Digital login” sisteminin elektron imza tətbiqinə başlanacaq.


Məlumata görə, rəsmi statistika məqsədləri üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən ilkin məlumatların məxfiliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər çərçivəsində 2025-ci ilin mart ayından etibarən Dövlət Statistika Komitəsinin “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidmətindən istifadə zamanı “Digital login” sisteminin elektron imzaları, o cümlədən “Asan imza” gücləndirilmiş mobil elektron imza tətbiqinə başlanacaqdır.


Keçid mərhələsi kimi, 2025-ci ilin iyul ayınadək elektron və ya asan imzanın tətbiqi ilə yanaşı, rəsmi statistika hesabatlarının təqdim edilməsi hazırkı qaydada, yəni statistik vahidlər tərəfindən elektron informasiya sisteminə kod və parol daxil edilməklə də mümkün olacaqdır. Keçid mərhələsi başa çatdıqdan sonra kod və parol vasitəsilə rəsmi statistika hesabatlarının təqdim edilməsi mümkün olmayacaqdır (filial və nümayəndəliklər, onların tabe olduğu hüquqi şəxslər istisna olmaqla).


“Qeyd olunanları nəzərə alaraq rəsmi statistika hesabatlarının elektron və ya asan imzadan istifadə etməklə vaxtında təqdim edilməsi üçün hazırlıq işlərinin görülməsi Sizdən xahiş olunur. Hüquqi və ya fiziki şəxsin göstərdiyi fəaliyyət sahəsi üzrə təqdim etməli olduğu rəsmi statistika hesabatlarının təqdimetmə müddəti bitdikdə “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron informasiya sisteminə giriş bağlanacaq və müvafiq məlumatların təqdim edilməsi mümkün olmayacaqdır. Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatlar təqdim edilmədikdə və ya vaxtında təqdim edilmədikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər barəsində 300 manatdan 500 manatadək məbləğdə inzibati cərimə tətbiq ediləcəkdir”, – deyə məlumatda qeyd edilir.

İstinad linki: https://banker.az/statistika-hesabatlarinin-t%C9%99qdim-edilm%C9%99sind%C9%99-elektron-imza-t%C9%99tbiq-edil%C9%99c%C9%99k/

2024-cü ildə Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 631 320 şəxs qəbul edilib.

Az.shafaqna.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, onlara 960 265 sayda xidmət göstərilib ki, bunlardan 353 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 88,3 mindən çoxu elektron xidmətlər (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Ümumi xidmətlərin 90,9 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • Bəyannamələrin (hesabatların) və cari vergi ödəmələrinin hesablanması barədə arayışların vergi orqanlarına təqdim edilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Fiziki şəxsin uçotdan çıxarılması;
  • Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 35,2 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 13,1 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Ötən il 4 268 vergi ödəyicisinin iştirakı ilə 306 görüş keçirilib, 5 586 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 2 milyondan çox SMS göndərilib.

Son illər vətəndaşların aldadılması və adlarından elektron imza və etibarnamə alınması yolu ilə hüquqi şəxslər təsis edilməsi hallarının sayı artıb. Təhlillər göstərir ki, bir çox hallarda vətəndaşların adlarına hüquqi şəxslərin təsis edilməsi onların razılığı və ya məlumatı olmadan baş verir.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu isə nəticədə qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə və vergi borclarının yaranmasına səbəb olur.

Qeyd olunub ki, elektron imza vətəndaşların rəqəmsal mühitdə fəaliyyət göstərərkən kimliyini təsdiq edən və qanuni əhəmiyyət kəsb edən bir vasitədir. Ölkəmizdə Asan İmza (mobil imza) və gücləndirilmiş elektron imza kimi rəqəmsal imzalar geniş şəkildə istifadə olunur. Bu imzalar dövlət xidmətlərinə daxil olmaq, müxtəlif sənədləri təsdiq etmək və biznes əməliyyatlarını həyata keçirmək üçün vacibdir. Lakin, təəssüflər olsun ki, vətəndaşların bu imzalarından sui-istifadə etməklə dələduzluq halları artıb.

Dövlət Vergi Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bəzi hallarda vətəndaşlar aldadılmaqla onların elektron imzalarından istifadə olunur. Həmçinin müxtəlif şəxslərin adlarına etibarnamə alınması, yaxud şirnikləndirmə vasitəsilə qanunsuz əməliyyatlar həyata keçirilir. Vətəndaşlar bir çox hallarda imza atdıqları sənədlərin məsuliyyətindən xəbərsiz olurlar. Bu cür əməliyyatlar nəticəsində isə hüquqi şəxslər yaranır, onların adından müxtəlif əməliyyatlar həyata keçirilir, büdcəyə külli miqdarda vergi borcları yaranır. Vətəndaş hüquqi baxımdan elektron imzanın sahibi olduğundan bu halda borcların ödənilməsinə də cavabdeh olur və o imzadan istifadə olunmaqla həyata keçirilən əməliyyatların nəticələrinə görə cavab verir.

Dövlət Vergi Xidməti xüsusilə sahibkarlıq fəaliyyətinə dair səlahiyyətlərin 3-cü şəxslərə verilməsi ilə bağlı ciddi xəbərdarlıq edir. Etibarnamə bir şəxsə digərinin adına müəyyən hüquqlar vermək üçün verilən bir sənəddir. Eyni zamanda, vətəndaşlar öz gücləndirilmiş elektron imzalarına qarşı da diqqətli olmalıdır. Elektron imza yalnız sahibinə məxsusdur və məhz imza sahibi onun qorunmasına cavabdehdir, başqa şəxslərin həmin imzaları istifadə etməsinə icazə verməməlidir.

Hər bir vətəndaş elektron imzanın daşıdığı səlahiyyətlərin hüquqi məsuliyyətini başa düşməlidir. Bu, gələcəkdə baş verə biləcək hüquqi problemlərin də qarşısını almağa kömək edir. Əgər vətəndaşlar elektron imza vasitəsilə baş vermiş qanunsuz əməliyyatlar və ya aldadılma halları ilə üzləşərlərsə, dərhal hüquq-mühafizə orqanlarına və həmin imzanın qüvvəsinin dayandırılması üçün müvafiq dövlət qurumlarına müraciət etməlidirlər.

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet səhifəsi olan “www.auksion.gov.az“ın yenilənmiş versiyası təqdim edilib.

Beynəlxalq təcrübəyə uyğun şəkildə hazırlanmış bu sayt şəffaflığın artırılması, əlçatanlığın təmin edilməsi, rəqəmsallaşmanın genişlənməsi, rəqabətliliyin və istifadəçi məmnuniyyətinin artırılması istiqamətində mühüm rol oynayacaq.
Saytın istifadəçiləri “Digital login” vasitəsilə gücləndirilmiş mobil rəqəmsal imza “Asan İmza”  vasitəsilə şəxsi kabinet yaradaraq hərraca çıxarılmış lotlara baxa biləcəklər.

Bildirib ki, sifarişçilər (alıcılar) şəxsi kabinetlərinə daxil olduqdan sonra hərrac prosesində iştirak etmək üçün “Hərraca keçid” etməlidirlər.

Başqa bir yenilik olaraq, sifarişçilər şəxsi kabinetləri vasitəsilə prosedurları yerinə yetirə, etibarnamə verə, lotlara baxa, hərracda onlayn iştirak edə, sifarişlərin gedişatını izləyə, iştirak növünü (onlayn/oflayn) seçə, qalib müəyyən olunmuş lotlar barədə məlumat əldə edə və digər xidmətlərdən yararlana biləcəklər.

Qeyd edilib ki, yenilənmiş sayt dizayn, məzmun və funksionallıq baxımından əvvəlki versiyadan üstünlükləri ilə fərqlənir. Sayt hazırlanarkən istifadəçi rahatlığı, məxfilik və təhlükəsizlik prinsiplərinə xüsusi önəm verilmiş, müasir texnologiyalardan istifadə olunub.

Saytda hərrac elanları, hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatlar, o cümlədən fotoşəkillər, ilkin hərrac qiyməti, beh məbləği və digər məlumatlar yerləşdirilib.

Bundan əlavə, hərraclarda iştirak üçün müraciətlər və beh ödənişləri onlayn şəkildə həyata keçirilir. Hərracın sonunda satılmayan və satılan əmlaklar barədə məlumatlar portalda yenilənir.

Alıcılar yeni istifadəyə verilmiş sayt vasitəsilə ilkin olaraq nəqliyyat vasitələri, gələcəkdə isə səhmdar cəmiyyətlərinin səhm paketləri, kiçik dövlət müəssisələri, müsadirə edilmiş əmlaklar, faydalı qazıntı yataqları, bələdiyyə torpaqları və digər əmlaklar üzrə də sifarişlərini elektron qaydada verə biləcəklər.

Fiziki və hüquqi şəxslər isə qanunvericilikdə müəyyən edilmiş hallarda daşınar və daşınmaz əmlaklarını müqavilə əsasında hərraca çıxara bilərlər. Bunun üçün Hərracların Təşkili Mərkəzinə müraciət etmələri tələb olunur.

Azərbaycanın aparıcı rəqəmsal identifikasiya və təhlükəsiz imza texnologiyaları təminatçılarından biri olan B.EST Solutions MMC, informasiya təhlükəsizliyi idarəetmə sisteminin beynəlxalq standartlara uyğunluğunu təsdiqləyən ISO/IEC 27001:2022 sertifikatına layiq görülüb.

Bu sertifikat B.EST Solutions-un İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin ən yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və elektron imza, autentifikasiya və sertifikat xidmətlərini təhlükəsiz şəkildə təqdim etdiyini təsdiqləyir.

ISO/IEC 27001:2022 informasiya təhlükəsizliyinin idarə edilməsi sahəsində dünyada ən geniş yayılmış və nüfuzlu beynəlxalq standartlardan biridir. Sertifikatlaşdırma prosesi ICT Certify Test və Belgelendirme Hizmetleri LTD. ŞTİ. tərəfindən həyata keçirilmişdir.

Qiymətləndirmə zamanı B.EST Solutions-un informasiya təhlükəsizliyi siyasətləri, prosedurları və kibertəhlükəsizlik tədbirləri ISO/IEC 27001:2022 standartının tələblərinə tam uyğun olaraq ciddi şəkildə yoxlanılmış və təsdiqlənmişdir.

ISO/IEC 27001:2022-nin tətbiqi B.EST Solutions-un informasiya təhlükəsizliyi, məxfiliyin qorunması və bütövlüyün təmin edilməsi sahəsində qabaqcıl texnologiyalardan istifadə etdiyini, güclü kibertəhlükəsizlik tədbirləri həyata keçirdiyini və proseslərini beynəlxalq ən yaxşı təcrübələrə uyğun olaraq qurduğunu nümayiş etdirir.

Sertifikatın əhatə dairəsi:

B.EST Solutions tərəfindən təqdim edilən təhlükəsiz autentifikasiya və elektron imza xidmətləri çərçivəsində ISO/IEC 27001:2022 standartı aşağıdakı əsas sahələri əhatə edir:

✔ Təhlükəsiz identifikasiya və autentifikasiya xidmətləri
✔ Elektron imza və elektron möhürlərin verilməsi və idarə edilməsi
✔ Fərdi və korporativ sertifikatların təqdim edilməsi və təsdiqlənməsi
✔ Elektron imza vasitələrinin (QSCD) təmin edilməsi
✔ Elektron sənədlərin, imzaların və məlumatların yaradılma vaxtının rəsmi olaraq təsdiqlənməsi və qorunması (time-staping) xidmətlərinin inkişafı və təmin edilməsi

ISO/IEC 27001 sertifikatının əldə edilməsi B.EST Solutions-un yüksək təhlükəsizlik standartlarına sadiqliyini və etibarlı, təhlükəsiz xidmətlər təqdim etdiyini bir daha sübut edir.

Bu nailiyyət B.EST Solutions-un əməliyyat səmərəliliyini artırmaq, məlumatların qorunmasını gücləndirmək və tərəfdaşları arasında inamı daha da möhkəmləndirmək üçün həyata keçirdiyi strateji təşəbbüslərin tərkib hissəsidir.


ISO/IEC 27001:2022 sertifikatı B.EST Solutions-un:
✔ Elektron imza və identifikasiya xidmətlərinin təhlükəsizliyini təmin etdiyini,
✔ Məlumatların qorunması üçün qabaqcıl texnologiyalardan istifadə etdiyini,
✔ Kibertəhlükələrə qarşı dayanıqlı sistemlərə malik olduğunu,
✔ Partnyorları və istifadəçiləri üçün etibarlı və şəffaf mühit yaratdığını sübut edir.

B.EST Solutions-in fəaliyyəti və təqdim etdiyi xidmətlər haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi veb saytımıza keçid edin: www.bestsolutions.az

Sentyabrın 18-də, Bakı şəhərində, Özbəkistan Respublikasının Prezidenti Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin direktoru Xakimov Obid Arzikuloviçin rəhbərlik etdiyi Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında işgüzar görüş keçirilmişdir. Görüş iki ölkə arasında genişlənən iqtisadi, ticarət və investisiya əlaqələrinin müzakirəsinə həsr edilmişdir.

Görüş zamanı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) rəhbəri Prof. Dr. Vüsal Qasımlı, Azərbaycan və Özbəkistan arasında möhkəm iqtisadi tərəfdaşlığın ümumi mənzərəsini təqdim edərək, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanmış mühüm sazişləri və iqtisadi, ticarət və investisiya əməkdaşlığını genişləndirmək məqsədilə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planını xüsusi olaraq qeyd etmişdir. O, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 180 milyon dollara çatdığını və 2024-cü ilin ilk beş ayında bu rəqəmin 70 milyon dollara yüksəldiyini vurğulamışdır. Dr. Qasımlı həmçinin Mərkəzi Asiyadan Avropaya elektrik enerjisi ixracı ilə bağlı birgə enerji əməkdaşlığı layihələrinin xüsusi əhəmiyyətini qeyd etmişdir.

Tədbirdə həmçinin “B.EST Solutions” şirkətinin təsisçisi Jana Krimpenin mResidency proqramı haqqında təqdimatı nümayiş etdirilmişdir. O, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı çərçivəsində həyata keçirilən mResidency proqramı barəsində danışaraq, bu proqramın qeyri-rezidentlərə təhlükəsiz rəqəmsal şəxsiyyət vəsiqəsi əldə etməyə və Azərbaycanın e-hökumət xidmətlərinə uzaqdan çıxış imkanı yaratmağa imkan verdiyini və beləliklə xarici sahibkarlara fiziki iştirak olmadan Azərbaycanda fəaliyyət göstərmək imkanı yaratdığını diqqətə çatdırmışdır. Jana Krimpe proqramın rəqəmsal idarəetmənin inkişafında və sərhədlərarası ticarətin dəstəklənməsində, xüsusən də Özbəkistan və digər Mərkəzi Asiya ölkələri üçün əhəmiyyətini vurğulamışdır.

Özbək nümayəndə heyətinin rəhbəri Obid Hakimov Azərbaycanın dinamik iqtisadi inkişafını qeyd edərək, rəqəmsal transformasiya və iqtisadi inteqrasiya sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini xüsusi olaraq qeyd etmidşir. O, öz nitqində, ticarətin artırılması və prosedurların sadələşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi və Azərbaycanla strateji tərəfdaşlıqların genişləndirilməsinə Özbəkistanın sadiqliyini ifadə etdi.

Tədbirdə həmçinin Azərbaycanın əsas rəqəmsal platformaları, o cümlədən azranking.az, Azexport, Rəqəmsal Ticarət Qovşağı (dth.az) və Enterprise Azerbaijan haqqında məlumatlar təqdim edilmişdir. Bu təqdimatlar Azexport.az-ın rəhbəri Ayxan Qadaşov, Enterprise Azerbaijan-ın rəhbəri Mətanət Musayeva və İİTKM nümayəndələri Günay Quliyeva və Səbinə Cüməzadə tərəfindən nümayiş etdirilmişdir.

Hər iki tərəf gələcəkdə ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş birgə layihələr üzrə razılığa gələrək və mResidency proqramının Azərbaycan və Özbəkistan arasında rəqəmsal ticarətin inkişafında mühüm rol oynayacağına inam ifadə etmişdirlər.

15-16 may 2024-cü il tarixlərində Bakıda, Azərbaycanda “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransı ikinci dəfə baş tutmuşdur. Konfransın bu ilki əsas mövzuları hər bir sahənin rəqəmsallaşmasına, yeni nəsil şəbəkələrə və generativ süni intellektin (Aİ) roluna həsr olunmuşdur. İki gün davam edən konfrans sənaye rəhbərlərini, ekspertləri və digər əsas maraqlı tərəfləri bir araya gətirərək, rəqəmsal innovasiyaları ətraf mühitin qorunmasının əsas elementi kimi vurğulamaqla, bölgədə sıfır tullantılara nail olmaq öhdəliyini gücləndirilməsinə həsr edilmişdir. Olduqca geniş adutoriyaya malik olan konfransa, mobil və rəqəmsal sektorların, o cümlədən süni intellekt, kibertəhlükəsizlik və sənayenin müxtəlif istiqamətləri üzrə aparıcı korporasiyaların rəhbərləri də qatılmışdır.

Konfrans zamanı “Daha Yaşıl Gələcək üçün Mobilizasiya” mövzusuna həsr edilmiş əsas sessiyalarından biri də, “Asan İmza” mobil rəqəmsal imzanın milli operatoru olan B.EST Solutions şirkətinin təsisçisi və direktoru Jana Krimpe tərəfindən aparılmışdır.  O, fikirlərini “Etisalat” şirkətinin texniki direktoru Humaid Al Ajmani, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, “Huawei” şirkətinin baş vitse-prezidenti Safder Nazir, “Azercell”-in Hüquq Məsələləri, Etika və Uyğunluq Departamentinin direktoru Şirin Əliyeva, “McKinsey & Company”-də assosiativ tərəfdaş Alima Zimanova, Azərbaycan Hava Yolları QSC-nin HSEQ direktoru Rəşad Haqverdiyev və sessiyaya moderatorluq edən “Avrasiya Rəqəmsal Ekspertlər Şəbəkəsi” – nin həmtəsisçisi Pavel Koktışev  ilə birlikdə bölüşmüşdür.

Xanım Krimpe nitqində, yeni nəsil kripto-agile və kvant əsaslı eSIM “Asan İmza” (Mobile ID) həllinin innovativ imkanlarını təqdim etmişdir.  Adıçəkilən həll, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ölkədəki bütün mobil operatorlar – Azercell, Bakcell və Nar ilə əməkdaşlıq çərçivəsində tətbiq edilir və bu yenilik, rəqəmsallaşma və iqlim fəaliyyətinin kritik kəsişməsini göstərir.

Spiker çıxışında həmçinin bildirmişdir ki: “eSIM-in tətbiqi yalnız texnologiya sahəsində deyil, həm də davamlılıq baxımından əhəmiyyətli bir irəliləyişdir. Ənənəvi SIM kartlardan fərqli olaraq, eSIM-lər cihazlara birbaşa yerləşdirilir. Bu, artıq plastik SIM kartlara və onların qablaşdırılmasına ehtiyacın olmadığı deməkdir. eSIM-lərdən istifadə həm texnologiyamızı təkmilləşdirməyə və həmçinin, tullantıları azaldaraq, ətraf mühitə təsirimizi minimuma endirmək məqsədimizi dəstəkləyir.”

Xanım Krimpe öz çıxışında “Asan İmza”nın ekoloji davamlılığın təşviqi üçün effektiv vasitə kimi əhəmiyyətini vurğuladı. Onun sözlərinə əsasən, “Mobile ID – “Asan İmza” xidmətimiz vasitəsi ilə heç bir kağızdan istifadə etmədən 300 milyondan çox əməliyyat həyata keçirmişdir. Cəmi 5-6 il ərzində “Asan İmza” 15 yaşlı ağaclardan ibarət olan böyük meşəyə bənzəyən ən azı 200 min ağacı xilas etmişdir. Bu, rəqəmsal həllərin ətraf mühitə gətirə biləcəyi faydanın miqyasını göstərir. Kağız sənayesi havanın və suyun keyfiyyətinə zərər verən əsas çirkləndirici mənbələrdən biridir və çoxlu su istifadə edir. Məsələn, bir kağız vərəqinin istehsalı üçün 10 litrə qədər su tələb oluna bilər. Rəqəmsal texnologiya və elektron imzalardan istifadə edərək, müəssisələr kağıza olan ehtiyaclarını xeyli azalda və ya tamamilə aradan qaldıra bilərlər”.

Scope 3 (Əhatə sahəsi 3) emissiya idarəetməsi, dövri iqtisadiyyat prinsipləri və xüsusilə Avrasiya regionunda açıqlama nisbətlərinin artırılmasına dair təcili ehtiyaca diqqət yetirərək, GSMA M360 Avrasiya 2024 Beynəlxalq Konfransı regional və beynəlxalq siyasi və tənzimləyici liderlər, həmçinin mobil və rəqəmsal sektorların aparıcı korporasiyalarının rəhbərləri üçün bir platforma təmin edir. Proqram, ətraf mühitin qorunması üçün rəqəmsal innovasiyanı təməl daşı kimi istifadə edərək, regionda xalis sıfıra doğru sektoral öhdəliyi katalizləşdirməyi hədəfləyir.

“Asan İmza” haqqında daha ətraflı məlumat almaq üçün vətəndaşlar “1847” “Asan İmza” Çağrı Mərkəzi ilə əlaqə saxlaya, sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) müraciət edə, www.asanimza.az saytına daxil ola, və yaxud info@asanimza.az elektron poçtuna suallarını ünvanlaya bilər.

Konfrans və onun nəticələri haqqında ətraflı məlumat üçün https://www.gsma.com/m360/eurasia/  saytına daxil olmağınız xahiş olunur.

Fəaliyyətimi dayandırdığım üçün VÖEN-i ləğv etdirmək istəyirəm. Bunun üçün hansı prosedur qaydaları mövcuddur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi uçotundan çıxmaq üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) tərəfindən uçotda olduğu vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya poçt vasitəsilə “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda, onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən əlavə olaraq yazılı məlumat təqdim olunmalıdır.
Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Ətraflı: https://banker.az/voen-i-nec%C9%99-l%C9%99gv-etm%C9%99k-olar-2/

Bakı, Azərbaycan – Elektron həllər sahəsindəki dünya tendensiyaları trendində B.EST Solutions Azerbaijan şirkəti yenilənmiş AsanDoc.az portalının işə salınmasını qürur hissi ilə elan edir. Bu yeni məhsul, Azərbaycanda biznes proseslərinin rəqəmsallaşdırılması və elektron sənəd dövriyyəsinin idarə edilməsində  yeni bir fəsil açır.

AsanDoc.az, “Asan İmza” gücləndirilmiş mobil elektron imza texnologiyasını istifadə edən elektron imzalama, saxlanma və sənədləri paylaşmaq üçün qabaqcıl bir platformadır. Bu texnologiya, B.EST Solutions Azerbaijan tərəfindən hazırlanmış və İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmişdir, elektron hokümətin əsas komponenti və vətəndaşların rəqəmsal şəxsiyyətinin təsdiqi kimi fəaliyyət göstərir.

AsanDoc.az portalının yeni versiyasının əsas xüsusiyyətləri:

Etibarlı və gücləndirilmiş elektron imzalar
Qorunan PKI infrastrukturunun istifadəsi və postkvant kriptoqrafiya yüksək təhlükəsizlik səviyyəsini və elektron imzaların hüquqi əhəmiyyətini təmin edir. İmzaların təhlükəsiz mübadiləsi və validasiyası sənədlərin bütövlüyünü və həqiqiliyini təmin edir.

Məxfilik və şifrələmə funksiyası
Bütün istifadəçiləri imzalanmış sənədlərin məxfiliyi məsələləri narahat edir. AsanDoc.az portalında bu məsələyə xüsusi diqqət yetirilmişdir. Fayl yüklənilərkən və daha sonra da kriptografik şifrələmə və giriş nəzarəti vasitəsilə daxil edilmiş məlumatların qorunur. Portal çərçivəsində məlumatlar məxfi qalır və yalnız birgə sənəd dövriyyəsində iştirak edən şəxslər üçün əlçatan olur. Fayllara girişin idarə edilməsi və avtorizasiya istifadəçinin yalnız öz mobil elektron “Asan İmza”sı vasitəsilə həyata keçirilir. Üçüncü tərəflər şifrələnmiş sənədi nə görə, nə də aça biləcəklər.

İntuitiv interfeys və yenilənmiş dizayn portalın istifadəsini bütün istifadəçi kateqoriyaları üçün daha da rahat edir. Yeni AsanDoc.az portalı istifadəçilərə qrup imzalama və avtomatik bildirişlər kimi imkanlar da təqdim edəcəkdir. İstifadəçilərin ehtiyaclarına əsasən sənədlərin təsdiqləmə/rədd etmə funksiyası istifadəçilərə onların sənəd ehtiyaclarının effektiv idarə etmək imkanı yaradır, şərh etmə funksionallığı isə şəffaflıq əlavə edir. 

Çoxformatlı dəstək
Portal müxtəlif sənəd formatlarını, o cümlədən PDF, DOC və XLS dəstəkləyir, bu da sənəd dövriyyəsinin maneəsiz idarə edilməsini təmin edir.

Avtomatik xəbərdarlıqlar və audit
Platforma istifadəçiləri real vaxt rejimində bütün dəyişikliklər barədə operativ məlumatlandırılır və eyni zamanda bütün əməliyyatların ətraflı auditini aparılır.

API-inteqrasiya
Xarici sistemlərə asan qoşulma imkanı verir, sənədlərin emalını asanlaşdırır və əməliyyat effektivliyini artırır.

AsanDoc.az yaxın gələcəkdə yalnız Azərbaycanda sənədlərin mübadiləsi və rəqəmsal idarəetmə platforması deyil, həmçinin transsərhəd elektron sənədlərin imzalanması xidmətlərini də təklif edəcəkdir. Bu funksiya, şübhəsiz ki, rəqəmsal iqtisadiyyatın, transsərhəd ticarətin inkişafı üçün imkanları artıracaq və Azərbaycan sahibkarlarının beynəlxalq səviyyədə imkanlarını genişləndirəcəkdir. Məhz bu səbəbdən portalın hazırlanmasında xüsusi diqqət beynəlxalq standartlar və təhlükəsizliyə yönəldilmişdir.

AsanDoc.az Portalda elektron sənədlərin imzalanması həmçinin eSIM “Asan İmza” ilə də mümkündür. Bu yenilik cari ilin əvvəlində B.EST Solutions Azerbaijan şirkəti və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı ilə təqdim edilmişdir. “Asan İmza” eSIM dünyada ilk dəfə olaraq Azərbaycanda  Azercell Telecom abunəçiləri üçün əlçatan oldu. Abunəçilər eSIM “Asan İmza” xidmətini mövcud fiziki SIM-kartdan köçürə və ya mobil elektron imzanın ilk alınması zamanı müraciət edə bilərlər. Bu həll sənədlərin yüksək səviyyəli şifrə və  deşifrə edilməsini təmin edir və fiziki SIM-kartın itirilməsi və ya oğurlanması riskinə qarşı qoruma təmin edir.

Əlavə məlumat və əlaqə: AsanDoc.az Portalın yeni versiyanın təfərrüatları asandoc.az saytında yerləşdirilmişdir. Sualların cavablanması üçün vətəndaşlar “1847” “Asan İmza” Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya info@asanimza.az elektron ünvanına sorğu yönləndirə bilərlər.

Epoint.az KOS müştəriləri üçün innovativ həllini – Bizneslər üçün Taksitli kredit kartları ilə ödəniş həllini təqdim edir. Epoint-in Azərbaycanda e-ticarət məhsullarının rəqəmsal inkişafı və təşviqi üzrə tərəfdaşı rəqəmsal ödənişlər sənayesində dünya lideri Visa şirkətidir.
Epoint Inc. elektron ticarət ilə məşğul olan biznes sahibləri üçün vahid bir platforma üzərindən, bazarda olan bütün taksitli kredit kartlarını birləşdirən satış həllini təqdim edir. Epoint platforması üzərindən, istənilən məhsulu və ya xidməti taksitli kredit kartları vasitəsi ilə aylara bölərək müştərilərə satış etmək mümkündür. Bunun üçün Epoint müştəriləri şəxsi kabinetlərində təqdim olunan kartlar üzrə kredit müddətini seçərək müştəriləri üçün anında xidməti təqdim edə bilərlər. Bu xidmət həm saytı və mobil tətbiqi olan müştərilər üçün API inteqrasiya üzərindən, həm də heç bir resursu olmayan kiçik müştərilər üçün, Epoint-in təqdim etdiyi “Biznes Səhifə” üzərindən təqdim oluna bilər.
Kiçik bizneslərin saytı və ya mobil tətbiqi olmadığı üçün, bunların hazırlanması və banklar ilə inteqrasiyası kifayət qədər xərc tələb etdiyinə görə, Epoint onlara sadə və tez üsul ilə bu xidmətlərin alınması üçün və satışlarını artıra biləcək bir xidməti özündə birləşdirib.

Hazırda Epoint platformasında 900-dən çox biznes müştəri var. Bu müştərilərə taksitli satış xidməti dərhal təqdim olunaraq məhsullarını kredit ilə öz müştərilərinə təqdim edərək, satlşlarını kəskin artıra biləcəklər. Həmçinin yeni müştərilərə bu xidmət bir qeydiyyat və bir müqavilə imzalamaqla təqdim olunur. Müqavilə Asan İmza ilə imzalandığı üçün, taksitli ödənişlərin aktivasiyası 3 dəqiqə ərzində baş verir.
Hazırda ABB Bankın “Tamkart” və Kapital Bankın “Birkart” məhsulları üzrə taksitli ödənişləri qəbul etmək mümkündür. Yaxın zamanda, digər bankların kredit kartları da inteqrasiya olunaraq müştərilərə təqdim olunacaq.

Ətraflı məlumat

5 ildən artıqdır ki, Azərbaycan bazarında aktiv fəaliyyət göstərən B.EST Solutions Azerbaijan ölkədə rəqəmsal iqtisadiyyatın və innovativ həllərin inkişafına mühüm töhfə verib. Bu gün “Asan İmza” vətəndaşlar, sahibkarlar – fiziki və hüquqi şəxslər, o cümlədən dövlət qulluqçuları tərəfindən geniş istifadə olunan elektron dövlətin əsas komponentidir və rəqəmsal dünyada Azərbaycan vətəndaşının bir növ rəqəmsal şəxsiyyət vəsiqəsi kimi çıxış edir. B.EST Solutions Azerbaijan şirkətinin təsisçisi və rəhbəri Jana Krimpe “Asan İmza”nın texnoloji inkişaf perspektivləri ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

– Jana xanım, məlum olduğu kimi, “Asan İmza” ilk dəfə ölkənin vergi sistemində tətbiq edilib. Hazırda bu texnologiya başqa hansı sahələrdə istifadə edilir?

– Hazırda “Asan İmza” müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə uğurla inteqrasiya olunub. “Asan İmza” xidmətinin əsas prioriteti, ilk növbədə, istifadəçilərin şəxsi məlumatlarının və dövlət informasiya sistemlərinin yüksək məxfiliyini təmin etməklə, onlayn əməliyyatlar və nağdsız ödənişlər üçün təhlükəsizlik və bu sahədə əsas dünya standartlarına uyğunluqdan ibarətdir. Bu səbəbdən hər hansı yenilik tətbiq edilərkən qlobal kibertəhlükələrlə bağlı risklər və problemlər diqqətlə təhlil edilir. Şirkətimiz öz məsuliyyətini dərk edir və buna görə də “Asan İmza” xidmətinin RegTech (Tənzimləmə Texnologiyaları) sənayesi adlanan sahəyə aid olduğunu nəzərə alaraq sənayenin ən son yeniliklərini tətbiq etməyə həmişə tələsmir. RegTech müxtəlif sənayelərdə getdikcə daha mürəkkəb olan qaydalara uyğunluğu asanlaşdırmaq üçün tənzimləmə və texnologiyanı birləşdirən yeni platformadır.

Bütün banklar da daxil olmaqla dövlət və özəl sektorla fəal tərəfdaşlıq sayəsində “Asan İmza” vasitəsilə ölkə üzrə 2 mindən çox elektron xidmət mövcuddur. “Asan İmza” sığorta, tibb, təhsil və s. kimi digər mühüm sahələrdə də geniş istifadə olunur.

Elektron həllər sahəsində ən son qlobal tendensiyaları nəzərə alaraq, Azərbaycanda həm dövlət, həm də özəl internet portallarında yeni rəqəmsal təkliflərin dinamik şəkildə yaranmasının şahidi oluruq. Biz bu yeniliklərin inkişafını yaxından izləyirik və mobil elektron imzanın müxtəlif elektron sistemlərə inteqrasiyası üzərində fəal işləyirik.

“Asan İmza”nın təkmil mobil imza ilə gücləndirilmiş şifrələməsi onlayn
məliyyatlarda yüksək səviyyədə təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır

– Texnoloji tərəqqi yeni çağırışlar diktə edir. Yeni identifikasiya və autentifikasiya üsulları ortaya çıxır. “Asan İmza”nın növbəti illərdə texnoloji inkişafını necə görürsünüz?

– Ölkəmizi rəqəmsal iqtisadiyyatda qlobal liderə çevirmək və qabaqcıl innovasiyalara universal çıxışı təmin etmək kimi iddialı milli hədəfi dəstəkləmək üçün B.EST Solutions Azerbaijan şirkəti “Asan İmza” mobil rəqəmsal imzanın inkişafına əhəmiyyətli resursları yatırmaqda davam edir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə, vergi ödəyicilərinin e-taxes.gov.az internet portalında “Asan İmza” şəxsi kabinetini istifadəyə verdik. Ən son dünya standartlarına uyğun olaraq yaradılan “Asan İmza” şəxsi kabineti istifadəçinin vaxtına qənaət etmək və ən qısa müddətdə vacib onlayn əməliyyatların yerinə yetirilməsi üçün lazım olan virtual köməkçidir. Şəxsi kabinetə kompüterlər, planşetlər və smartfonlar daxil olmaqla, hər hansı cihazdan giriş mümkündür. Şəxsi kabinetdə istifadəçiyə aşağıdakı imkanlar təqdim edilir: istifadəçiyə məxsus olan bütün “Asan İmza” sertifikatlarının etibarlılıq müddəti barədə ətraflı məlumat; əlavə “İş” və ya “Dövlət” tipli sertifikatlar üçün onlayn ərizə ilə müraciət; mövcud sertifikatların müddətinin onlayn rejimdə növbəti 3 il üzrə uzadılması; istifadəçi ID-nin dəyişdirilməsi; “Asan İmza” ilə həyata keçirilmiş bütün tranzaksiyaların monitorinqi. Müəssisə və təşkilat rəhbərləri üçün şəxsi kabinetin əsas funksionalı, onlara “icazələr”i idarə etmə imkanı verən funksiyadır ki, bu vasitə ilə işçilərə və elektron xidmətlərə “Asan İmza” ilə girişin icazə veriləcəyini və ya qadağan ediləcəyi qərarının təmin edilməsi mümkündür. Yaxın zamanda istifadəçi PIN kodlarının bərpası xidmətinin təqdim edilməsi də planlaşdırılır.

Rəqəmsal platformalarda yeni təhdidlərin və hücum üsullarının ortaya çıxması ilə əlavə təhlükəsizlik mexanizmlərinin istifadəsi həyati əhəmiyyət kəsb edir. Bu məqsədlə kibertəhlükəsizlik sahəsində innovativ xidmət – sənədlərin əlavə şifrələnmə və deşifrə (encryption-decryption) xidməti istifadəyə veriləcək.

“Asan İmza”nın təkmil mobil imza ilə gücləndirilmiş şifrələməsi onlayn əməliyyatlarda yüksək səviyyədə təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Bu təhlükəsizlik mexanizmi istifadəçinin məxfi məlumatlarının icazəsiz şəxslər üçün əlçatmaz qalmasını təmin edir və bununla da elektron imza sisteminə inamı qoruyur. Bu xidmət həmçinin elektron pul kisələrini, kripto pul kisələrini və s. şifrələmək üçün istifadə edilə bilər.

Həmçinin, yaxın günlərdə yeni www.asandoc.az portalı istifadəyə veriləcək və burada faylların şifrələnməsi və deşifrələnməsi, multisign (toplu imzalanma), imzanın yoxlanılması, sənəd sorğusunun təsdiqi/rədd edilməsi, əvvəlcədən müəyyən edilmiş kontaktların, imza qruplarının və rolların istifadəsi, sənədin keçid vasitəsilə e-poçtla göndərilməsi və s. xidmətləri təklif ediləcək.

Kvant hesablamalarının və süni intellektin inkişafı nəticəsində yarana biləcək potensial təhlükənin qarşısını almaq məqsədilə şirkətimiz “Asan İmza” xidmətinə kvant davamlı kriptoqrafik alqoritmləri vaxtından əvvəl tətbiq etmək barədə strateji qərar qəbul edib. Bu yanaşma Azərbaycan vətəndaşlarının məlumatlarının kvant deşifrəsindən uzunmüddətli qorunmasının təmin edilməsi zərurətindən irəli gəlir. Bu təşəbbüsün həyata keçirilməsi gələcəkdə kvant kompüterlərindən istifadə etməklə qoruduğumuz informasiya aktivlərinin sındırılması ehtimalının qarşısını almaq məqsədi daşıyır. Əminik ki, bu yeniliklər Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün dayanıqlı mexanizmlərin təmin edilməsinə mühüm təsir göstərəcək.

“Asan İmza” xidmətinin bütün növ telefonlarda, o cümlədən nisbətən köhnə düyməli
telefonlarda, hətta internetə çıxışı olmayanlarda da istifadəsi mümkündür

– Bildiyimiz kimi, zamanla virtual SİM kartlar (eSIM) tədricən klassik SİM kartları əvəz edəcək. Smartfon istehsalçıları artıq tədricən SİM kart slotlarından imtina edirlər. eSIM xidməti Azərbaycanda da mövcuddur. “Asan İmza” eSIM istifadəçilərinə nə təklif edir?

– İstifadəçilərin “Asan İmza” xidmətinə artan marağını nəzərə alaraq və bu xidmətdən maksimum istifadə rahatlığını təmin etmək məqsədilə şirkətimiz Dövlət Vergi Xidməti ilə birgə innovativ “Asan İmza” eSIM xidmətini təqdim edib. eSIM-də “Asan İmza” dünyada ilk dəfə olaraq Azərbaycanda Azercell Telekom abunəçiləri üçün əlçatan olub.

Qeyd etmək lazımdır ki, “Asan İmza” rəqəmsal eSIM həlli eSIM texnologiyasından istifadə edən müasir smartfonlar tərəfindən dəstəklənir. Tezliklə bu texnologiya digər mobil operatorların abunəçiləri üçün də əlçatan olacaq.

B.EST Solutions tərəfindən hazırlanan texnologiya əlavə təhlükəsizlik təbəqələrini təmin edən yeni nəsil kriptoqrafiyadan istifadə edərək mobil identifikasiyaya əsaslanır.

– Blokçeyn əsaslı identifikasiya rəqəmsal imzalar üçün ən perspektivli həllərdən biridir. Bu texnologiya yüksək səviyyədə təhlükəsizlik də daxil olmaqla bir sıra üstünlüklər təklif edir. “Asan İmza”da təhlükəsizlik nə dərəcədə təmin edilir?

– Məlumat təhlükəsizliyi və məxfilik “Asan İmza”da bizim əsas prioritetlərimizdəndir. Biz həllərimizdə blokçeyn də daxil olmaqla müxtəlif yeni texnologiyalara xüsusi diqqət yetiririk.

Kvant komponentləri ilə bağlı problemlərin öhdəsindən gəlmək üçün şirkətimiz biometriyada qlobal standartlara və ən yaxşı təcrübələrə əsaslanaraq quantum-ready alqoritmləri hazırlayır.

Şirkətimiz ən yaxşı beynəlxalq təcrübələrə, Azərbaycan Respublikasının qanun və qaydalarına uyğun olaraq məlumatların mühafizəsini təmin etmək üçün sınanmış və təhlükəsiz texnologiyadan istifadə edir. Qeyd etmək lazımdır ki, “Asan İmza” mobil elektron imzası “Made in Azerbaijan” həllidir və onun hazırlanmasında, tətbiqində vətəndaşlarımız üçün təhlükəsiz rəqəmsal mühiti təmin etmək vəzifəsi daşıyan azərbaycanlı mütəxəssislər iştirak edir.

Bu günədək 3 milyondan çox “Asan İmza” sertifikatı verilib. Bu əhəmiyyətli rəqəm
istifadəçilərin bizim innovativ rəqəmsal həllimizə olan inamının göstəricisidir

– “Asan İmza” mobil tətbiqinin hazırlaması gözlənilirmi? O, “Asan İmza”dan istifadəni necə asanlaşdıra bilər?

– “Asan İmza” xidmətinin bütün növ telefonlarda, o cümlədən nisbətən köhnə düyməli telefonlarda, hətta internetə çıxışı olmayanlarda da istifadəsi mümkündür.

Bununla yanaşı, e-taxes.gov.az vahid vergi ödəyicisi internet portalında, eləcə də asanimza.az internet saytında “Asan İmza”nın “şəxsi kabinet”i mövcuddur. Burada mobil identifikasiyanın imkanları, onun əldə edilməsi və istifadəsi üsulları ətraflı təsvir olunub, həmçinin tez-tez verilən suallar üçün də bölmə mövcuddur. Bu resursların hər ikisi kompüterlər, planşetlər və smartfonlar da daxil olmaqla müxtəlif cihazlarda işləmək üçün xüsusi olaraq uyğunlaşdırılıb.

“Asan İmza”nın mobil tətbiqinə gəldikdə isə deyə bilərəm ki, bu istiqamətdə də işlər nəzərdə tutulub.

Vətəndaşlar “1847″ Asan İmza Çağrı Mərkəzinə zəng edə, həmçinin sosial şəbəkələrimizə (Facebook, Instagram, LinkedIn) yaza, və ya info@asanimza.az elektron poçt ünvanına suallarını ünvanlandıraraq cavab ala bilərlər.

– Bəzi statistik məlumatları almaq istərdik. Məsələn, bu günədək nə qədər “Asan İmza” sertifikatı verilib? Ay ərzində təxminən neçə əməliyyat həyata keçirilir?

– Bu günədək 3 milyondan çox “Asan İmza” sertifikatı verilib. Bu əhəmiyyətli rəqəm istifadəçilərin bizim innovativ rəqəmsal həllimizə olan inamının göstəricisidir. Uğurlu işin mühüm tərkib hissəsi bütün dövlət qurumları, eləcə də banklar və özəl şirkətlərlə sıx inteqrasiyadır.

“Asan İmza” ilə həm dövlət, həm də özəl sektorda 2 mindən çox müxtəlif xidmət üzrə 300 milyondan çox əməliyyat həyata keçirilib. Ayda orta hesabla 5 milyona yaxın əməliyyat həyata keçirilir. Bu göstərici onlayn qarşılıqlı əlaqə sahəsində xidmətin populyarlığını və effektivliyini vurğulayır.

– Artıq bir neçə ildir ki, elektron imzaların dövlətlər səviyyəsində qarşılıqlı tanınması məsələsi aktuallığını qoruyub saxlayır. Rəqəmsal imzaların transmilli istifadəsi perspektivlərini necə görürsünüz? Bu prosesi sürətləndirmək üçün nə etmək lazımdır?

– Azərbaycanda elektron imzanın transmilli istifadəsi perspektivləri beynəlxalq rəqəmsal qarşılıqlı əlaqələri təkmilləşdirmək və beynəlxalq ticarət, biznes və hökumət proseslərini asanlaşdırmaq üçün böyük potensiala malikdir. Qeyri-rezidentlər üçün “Asan İmza” (mResidency) Azərbaycanda beynəlxalq rəqəmsal əməliyyatların asanlaşdırılmasında əsas rol oynayır.

Biz fəaliyyət göstərdiyimiz illər ərzində Azərbaycanda istifadəyə verilən elektron imzaların transmilli istifadəsi prosesini sürətləndirmək məqsədilə “Validasiya Mərkəzi”nin yaradılması təşəbbüsünü irəli sürmüşük. Bu Mərkəzin yaradılması Azərbaycanın inkişaf etmiş rəqəmsal ölkəyə çevrilməsi yolunda mühüm mərhələ olacaq, malların, xidmətlərin və məlumatların sərhədlər arasında maneəsiz daşınmasını asanlaşdıracaq, iqtisadi artım və inkişaf üçün yeni imkanlar yaradacaq.

Yaxın vaxtlarda azərbaycanlı iş adamlarına digər ölkələrin (Türkiyə, Avropa və s.) biznes qurumları ilə sənədləri idarə etmək və imzalamaq imkanı verən yeni portalın istifadəyə verilməsi planlaşdırılır. Bu addım rəqəmsal imzaların transmilli istifadəsi perspektivləri ilə bağlı suala müvafiq cavabdır.

– Bu gün “Asan İmza”nın analoqu hansı ölkələrdə istifadə olunur? Yeni bazarlara doğru genişlənmə nəzərdə tutulurmu?

– “Asan İmza” texnologiyasının analoqu Estoniya, Finlandiya, İsveç, Avstriya, Moldova, İsveçrə və s. ölkələrdə tətbiq olunur. Şirkətimiz hazırda Yaxın Şərq və Afrikanın bir sıra ölkələri ilə danışıqlar aparır. eSIM-ə əsaslanan “Asan İmza” texnologiyasından istifadə edərək Amerika bazarının təhlili aparılır, burada bütün yeni smartfonlar artıq yalnız eSIM əsasında buraxılır.

Bütün ideyalarımı və yeniliklərimi həyata keçirmək imkanı verdiyinə,
açıqlığına və dəstəyinə görə ikinci Vətənimə hədsiz minnətdaram

– İnnovativ sahədə nailiyyətləriniz yüksək qiymətləndirilir. Siz “Gələcəyin 100 Qlobal Qadını” siyahısına daxil oldunuz. Sizcə, MasterCard Women SME Leaders Award 2023 mükafatını qazanmağınıza və Financial Times və Google tərəfindən aparıcı dəyişiklik yaradanlardan biri kimi tanınmağınıza imkan verən yanaşmanız və liderlik tərzinizlə bağlı əsas nədir?

– 2023-cü ilin iyun ayında adım “Yeni Texnologiyada Gələcəyin 100 Qlobal Qadını”siyahısına daxil edildi. Bu siyahıda məni B.EST Solutions Azerbaijan şirkətinin rəhbəri və təsisçisi – “Asan İmza”nın operatoru kimi təqdim edirlər. Bu, bizim innovasiya sənayesində aparıcı rolumuzun və ən son qlobal texnoloji tendensiyaların tətbiqində fəal iştirakımızın təsdiqidir. Bu, reytinqin ikinci nəşridir.

Gələcəyin 100 qlobal qadınını yeni texnologiyalarda əks etdirən kitab yaxın günlərdə ABŞ-da nəşr olunacaq və satışa çıxarılacaq.

“Gələcəyin Qadınları” təşəbbüsü real həyatda müsbət nəticələr əldə etmək üçün texnologiyadan güclü vasitə kimi istifadə edərək, qadınları mənalı dəyişiklik etməkdə dəstəkləmək məqsədi daşıyır.

“Global Top 100 Women of the Future in Emerging Tech” siyahısına daxil olmaq mən və komandam üçün böyük şərəfdir. Bu tanınma bizim fədakarlığımızı və həvəsimizi nümayiş etdirir və yeni texnologiyalar sahəsində qarşıda duran böyük imkanları vurğulayır. Mən fəxr edirəm ki, Azərbaycanın nailiyyətləri bu reytinqdə təqdim olunur. Bütün ideyalarımı və yeniliklərimi həyata keçirmək imkanı verdiyinə, açıqlığına və dəstəyinə görə ikinci Vətənimə hədsiz minnətdaram.

Bütün dünya simpozium və konfranslarında mən həmişə innovativ Azərbaycanı fəxrlə təmsil edirəm. Məhz bu səbəbdən Google və Financial Times bir vaxtlar məni “Azərbaycanın rəqəmsal səfiri” kimi rəqəmsal kimlik sahəsində lider qadınların qlobal siyahısına daxil etmişdilər.

Qeyd etmək vacibdir ki, innovativ yanaşması sayəsində B.EST Solutions bir çox təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Google, Financial Times, Avropa İttifaqı, OECD, ABŞ Dövlət Departamenti və ABŞ Milli Standartlar və Texnologiya İnstitutu tərəfindən tanınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “BEST Solutions” şirkəti ilə birlikdə elektron SİM əsaslı (eSİM) yeni nəsil gücləndirilmiş mobil rəqəmsal “Asan İmza” xidmətini təqdim edib. eSİM SİM-kart vasitəsilə əldə edilən “Asan İmza”nın elektron formasıdır.

Müasir smartfonların dəstəklədiyi eSİM “Asan İmza” ilkin mərhələdə mobil operatorlardan birinin abunəçiləri üçün nəzərdə tutulub, sonrakı mərhələdə isə digərlərinin abunəçiləri tərəfindən də istifadəsi mümkün olacaq. Yeni nəsil eSİM “Asan İmza” həllinin bir sıra üstünlükləri mövcuddur. Bu həll, ilk növbədə, elektron sənədlərin etibarlı şifrələnməsi və deşifrə olunmasını, müasir kriptoalqoritmlər vasitəsilə təhlükəsizliyi təmin edir. Eyni zamanda,  virtual eSİM kartının tətbiqi fiziki SİM-kartın oğurlanması və ya itirilməsi riskini aradan qaldırır. Smartfonlara quraşdırılan yeni nəsil texnologiyaya əsaslanan eSIM fiziki SİM-kartı əvəz edir. eSİM həllinin üstünlüklərinə yalnız yüksək təhlükəsizlik deyil, həmçinin, ekoloji cəhətdən səmərəli, plastik kartlardan imtina konsepsiyasına uyğunluq və təkmilləşdirilmiş funksionallıq xüsusiyyətləri daxildir. eSİM istifadəçisi telefonunda bir neçə nömrəni aktiv saxlamaq imkanı əldə edir.

Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi məqsədilə İnternet Vergi idarəsinə (www.e-taxes.gov.az) istifadəçi kodu, parol və şifrə vasitəsilə daxil olmaq imkanı məhdudlaşdırılacaq.

“Asan İmza” “Elektron imza və elektron sənəd haqqında” Qanuna uyğun olaraq, əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir, dövlət və özəl sektorda 2000-dən çox elektron xidmətdə fəal istifadə edilir. Bugünə qədər 3 milyondan çox “Asan İmza” sertifikatı verilib və 300 milyondan çox tranzaksiya icra edilib.

Dövlət Vergi Xidməti həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərən vergi ödəyiciləri üçün keyfiyyətli xidmətlərin göstərilməsinə, vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyinin təmin edilməsinə və bu sahədə beynəlxalq standartlara riayət olunmasına xüsusi diqqət yetirir. İnternet Vergi İdarəsinə daxil olmağın “Asan İmza” vasitəsilə mümkün olması tələbi də vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyinə və mühafizə tələblərinə uyğun saxlanılmasına xidmət edir.

Mənbə: https://www.economy.gov.az/az/post/1796/vergi-odeyicileri-ucun-yeni-nesil-reqemsal-asan-imza-xidmeti-istifadeye-verilib