Xarici vətəndaşlara mobil rezidentlik (m-Residency) təqdim edildi

Dünya tarixində ilk dəfə olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və “B.EST Solutions” MMC şirkəti tərəfindən Azərbaycanda xarici vətəndaşlara mobil rezidentlik (m-Residency) təqdim edildi.

PAŞA Bankın əməkdaşları bu layihənin hazırlanması və təqdim olunmasında göstərdikləri səylərə və fəal iştiraka görə qeyd olunan qurumlar tərəfindən xüsusi təşəkkürnamə ilə təltif olundular.

İnnovativ Azərbaycanın imza atdığı ilk olan m-Residency proqramı xarici vətəndaşlara heç bir risklə qarşılaşmadan və çətinlik çəkmədən Azərbaycanda biznes qurmaq imkanı verir.