Archives: FAQ's listings

Siz Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzlərindən birinə yaxınlaşaraq, “Asan İmza” sertfikatlarınızı aktivləşdirməlisiniz.

Hal-hazırda “Vətəndaş” və “Dövlət” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı tutulmur. Yalnız “Biznes” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı 2.50 AZN təşkil edir.Yuxarıda qeyd edilən vəziyyət yalnız o zaman baş verir ki, siz “Asan İmza” xidmətinin uzadılması üçün əvvəlcədən onlayn qaydada  ərizə ilə müraciət etməmisiniz. Belə halda isə mütləq fiziki olaraq, Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət edərək sertifikatlarınızı aktivləşdirməlisiniz.

Hal-hazırda “Vətəndaş” və “Dövlət” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı tutulmur. Yalnız “Biznes” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı 2.50 AZN təşkil edir. Siz mobil telefonunuzda balansınızı adi qaydada artırdıqda, “Biznes” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı mobil operator tərəfindən avtomatik çıxılaraq, xidmət aktivləşdirilir.

Hal-hazırda “Vətəndaş” və “Dövlət” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı tutulmur. Yalnız “Biznes” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqı 2.50 AZN təşkil edir. Mobil telefonunuzun balansını artırdıqda avtomatik olaraq, “Asan İmza” üçün aylıq abunə haqqı çıxılır.

Bəli, “Asan İmza” xidmətini istifadə etdiyiniz nömrədə aktivləşdirdiyiniz zaman nömrənizdən əvvəlki kimi istifadə edə, zəngləri həm qəbul edəcək, həm də zəng edə biləcəksiniz.

“Asan İmza” xidmətinə qoşulmaq üçün ayrı nömrə əldə etməyə ehtiyac yoxdur. Siz hal-hazırda işlətdiyiniz mobil nömrənizdə də “Asan İmza” xidmətini aktivləşdirə bilərsiniz. İstifadəçi “Asan İmza” xidmətini gündəlik istifadə etdiyi SİM kartda aktivləşdirdiyi zaman o, dövlət qurumlarından və digər elektron xidmət təminatçılarından vacib ismarıcları birbaşa nömrəsinə ala və ya e-taxes.gov.az portalında “Asan İmza” şəxsi kabinetində əldə edə bilir.

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Asan İmza” əl imzasına bərabərdir. Hal-hazırda “Asan İmza” vasitəsilə 1000-dən çox elektron xidmətdən istifadə edə bilərsiniz. “Asan İmza” vasitəsilə elektron vergi bəyannaməsinin təqdim edilməsi; onlayn kredit; malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması; internet və mobil bankçılıq; ipoteka üçün müraciət ərizəsinin göndərilməsi; güzəştli mənzilin əldə edilməsi üçün müsabiqədə iştirak ərizəsinin təqdim edilməsi; nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin elektron qaydada verilməsi; elektron məhkəmə portalında şəxsi kabinetin idarə edilməsi; cərimələr barədə məlumatın əldə edilməsi; əmlak və həyat sosial sığortası; iş yerindən arayışın onlayn qaydada əldə edilməsi və bir sıra digər önəmli onlayn xidmətlərdən istifadə etmək mümkündür.

“İŞ” VƏ YA “DÖVLƏT” TİPLİ “ASAN İMZA” SERTİFİKATLARININ ONLAYN ƏLDƏ EDİLMƏSİ

Şəxsi ➔ + İş
Şəxsi ➔ + Dövlət

Mənim qüvvədə olan “Şəxsi” tipli “Asan İmza” sertifikatım vardır. Əlavə olaraq “İş” və ya “Dövlət” tipli sertifikatı əldə etmək istəyirəm.

  1. e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub, “İş”/ “Dövlət” tipli “Asan İmza” sertifikatının əldə olunması üçün onlayn ərizəni dolduraraq imzalayın (prosedur ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
  2. Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
  3. ASXM operatoru təqdim olunan məlumatları yoxlayır. Təqdim olunan məlumatlar düzgün olduqda Asan İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı “Asan İmza Şəxsi Kabineti”nə göndərilir. Məlumatlar düzgün olmadıqda, istifadəçiyə “Asan İmza Şəxsi Kabineti”nə bildiriş göndərilir.