Archives: FAQ's listings
Mənim heç vaxt Asan İmza sertifikatlarım olmayıb. Mən xidməti aktivləşdirmək və sertifikatları əldə etmək istəyirəm
- “Asan Imza” (Mobile ID) SİM kartını əldə etmək üçün aid olduğunuz mobil operatorlardan birinə (Azercell, Bakcell, Nar) Müraciət edin. eSIM istifadəçiləri yeni nəsil eSIM “Asan İmza” xidmətini Azercell mobil operatora müraciət edərək əldə edə bilərlər. Azercell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı. Nar operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.
- Ərizə formasını doldurun.
- “Asan İmza” xidmətinə qoşulmaq/imtina abunə müqaviləsinə əlavəni imzalayın.
- Mobil operator sizə “Asan İmza” fiziki SİM kartını vəya yeni nəsil eSIM təqdim edəcək və “Asan İmza” xidmətini aktivləşdirəcəkdir.
- Asan İmza sertifikatlarını əldə etmək üçün ASXM mərkəzi ilə əlaqə saxlayın və bütün lazımi sənədləri təqdim edin.
- Ərizəni doldurun və imzalayın, Asan İmza sertifikatlarının verilməsi üçün müqaviləni imzalayın.
- ASXM operatoru “Asan İmza” sertifikatlarını aktivləşdirir, istifadəçi sertifikatın aktivləşdirilməsi haqqında bildirişi imzalayır.
- “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə SMS göndərin: “Vətəndaş” tipli xidmətin uzadılması üçün: ferdi “Biznes” tipli xidmətin uzadılması üçün: biznes “Dövlət” tipli xidmətin uzadılması üçün: dovlet (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: Azercell, Bakcell, Nar).
- Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır.
- “Asan İmza” sertifikatlarını əldə etmək üçün ASXM mərkəzi ilə əlaqə saxlayın və bütün lazımi sənədləri təqdim edin.
- Ərizəni doldurun və imzalayın, Asan İmza sertifikatlarının verilməsi üçün müqaviləni imzalayın.
- ASXM operatoru sertifikatları aktivləşdirir, İstifadəçi Sertifikatın aktivləşdirilməsi haqqında bildirişi imzalayır.
Şəxsi ➔ Şəxsi
Mənim “Şəxsi” tipli “Asan İmza” sertifikatımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və “Şəxsi” tipli sertifikatımın müddətini uzatmaq istəyirəm.
- “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olaraq, “Şəxsi” tipli “Asan İmza” sertifikatının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
- Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
- “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra “Şəxsi” tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “ferdi” sözünü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: Azercell, Bakcell, Nar).
* Qeyd: • “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan istifadəçilər üçün mümkündür; • “Şəxsi” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. “İş” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarının istifadəsi bu kateqoriyaya aid abunəçilər üçün nəzərdə tutulmamışdır. - Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
-
ASXM 1 iş günü ərzində sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır və “Asan İmza” nömrənizə bununla bağlı bildiriş göndərilir. “Asan İmza” SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı “Asan İmza” şəxsi kabinetinə göndərilir.
* Qeyd: “Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır! Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.

Şəxsi + İş ➔ Şəxsi + İş
Şəxsi + Dövlət ➔ Şəxsi + Dövlət
Mənim “Şəxsi” + “İş” və ya “Dövlət” tipli “Asan İmza” sertifikatlarımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və “Şəxsi” + “İş” və ya “Dövlət” tipli sertifikatlarımın müddətini uzatmaq istəyirəm.
- “Asan İmza” sertifikatının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olaraq, “Şəxsi” və “İş/Dövlət” tipli “Asan İmza” sertifikatlarının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
- Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
- “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra “İş” (və ya “Dövlət”) tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “biznes” (və ya “dovlet”) sözü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: Azercell, Bakcell, Nar).
* Qeyd: • “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan və xidmətin aktivləşdirilməsi üçün balansında kifayət qədər məbləğ olan istifadəçilər üçün mümkündür; • “Biznes” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “İş” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. • “Dövlət” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. - Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
- ASXM 1 iş günü ərzində sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır və “Asan İmza” nömrənizə bununla bağlı bildiriş göndərilir. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə göndərilir.
* Qeyd: “Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır. Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.
Şəxsi ➔ Şəxsi + İş
Şəxsi ➔ Şəxsi + Dövlət
Mənim “Şəxsi” tipli “Asan İmza” sertifikatımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və “Şəxsi” tipli sertifikatımın müddətini uzatmaq istəyir, həmçinin əlavə olaraq “İş” və ya “Dövlət” tipli sertifikatı əldə etmək istəyirəm.
- “Asan İmza” sertifikatının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub, “Şəxsi” tipli “Asan İmza” sertifikatının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz.
- Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
- “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra “İş” (və ya “Dövlət”) tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “biznes” (və ya “dovlet”) sözü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: Azercell, Bakcell, Nar).
* Qeyd: • “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan və xidmətin aktivləşdirilməsi üçün balansında kifayət qədər məbləğ olan istifadəçilər üçün mümkündür; • “Biznes” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “İş” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. • “Dövlət” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. - Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
- ASXM 1 iş günü ərzində sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır və “Asan İmza” nömrənizə bununla bağlı bildiriş göndərilir. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə göndərilir.
* Qeyd: “Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır. Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır. - Əlavə olaraq, “İş”/”Dövlət” tipli “Asan İmza” sertifikatların əldə edilməsi üçün e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub, onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
Şəxsi + İş ➔ Şəxsi
Şəxsi + Dövlət ➔ Şəxsi
Mənim “Şəxsi”, “İş” və ya “Dövlət” tipli “Asan İmza” sertifikatlarımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və yalnız “Şəxsi” tipli sertifikatımın müddətini uzatmaq istəyirəm. “İş” və ya “Dövlət” tipli sertifikatlarımın müddətini uzatmayacağam.
- “Asan İmza” sertifikatının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub, “Şəxsi” tipli “Asan İmza” sertifikatının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
- Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
- “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra “Şəxsi” tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “ferdi” sözü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: Azercell, Bakcell, Nar).
* Qeyd: • “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan istifadəçilər üçün mümkündür; • “Şəxsi” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. “İş” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarının istifadəsi bu kateqoriyaya aid abunəçilər üçün nəzərdə tutulmamışdır. - Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
- ASXM 1 iş günü ərzində sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır və “Asan İmza” nömrənizə bununla bağlı bildiriş göndərilir. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı şəxsi kabinetinə göndərilir.
* Qeyd: “Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır. Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.
İlk olaraq, telefonunuzda sms xəttinizin açıq olub-olmamasını və ya telefonunuzdakı “Asan İmza” menyusunda PUK kodun kilidlənib-kilidlənməməsini yoxlamalısınız.
Bu zaman “Asan İmza” nömrəniz və ya İstifadəçi ID-zin düzgün yazıldığına diqqət etməlisiniz.
İlk öncə Mobil operatorunuz ilə əlaqə saxlamağı məsləhət görürük. Daha sonra Asan İmza xidmətindən istifadə etmək üçün balansınızda kifayət qədər məbləğin olmasından əmin olun. Zəng çıxışı və SMS çıxışlarından əmin olun.
Bu zaman rəhbər şəxs tərəfindən sizə müvafiq səlahiyyət verilməlidir.
Dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndərləri “Dövlət” tipli “Asan İmza” sertifikatı əldə edən zaman aşağıdakı sənədləri təqdim etməlidirlər: https://www.taxes.gov.az/az/page/asan-imza
Hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər “Biznes” tipli “Asan İmza” sertifikatı əldə edən zaman aşağıdakı sənədləri təqdim etməlidirlər: https://www.taxes.gov.az/az/page/asan-imza
“Şəxsi” tipli “Asan İmza” sertifikatı əldə etmək üçün tək şəxsiyyət vəsiqəsi kifayət edir.