Archives: FAQ's listings

PİN 1 və PİN 2 kodlarını 3 dəfə yanlış daxil etdiyiniz zaman onlar bloka düşür. “Asan İmza” fiziki SIM kartda PİN kodları Asan İmza PUK kodu vasitəsilə blokdan çıxarmaq mümkündür. eSIM “Asan İmza” PIN 1 /PIN 2 kodları blok olunduqda, 1847 – “Asan İmza” Çağrı Mərkəzi ilə əlaqə sağlamağınız xahiş olunur. 

Təhlükəsizlik baxımından “Asan İmza”ya aid PİN 1, PİN 2 və PUK kodları yalnız sizə məlum olur. Asan İmza fiziki SİM kartı itirdikdə, yenidən aid olduğunuz mobil operatora müraciət olunmalı, “Asan İmza” nömrənizin dublikatını çıxarıb, daha sonra ASXM-ə müraciət edərək yeni sertifikat əldə etməlisiniz. eSIM Asan imza PIN 1 /PIN 2 kodları fiziki şəkildə təqdim olunmur və abunəçi tərəfindən təyin edilir. eSIM Asan imza PIN 1 /PIN 2 kodları blok olunduqda, 1847 – “Asan İmza” Çağrı Mərkəzi ilə əlaqə sağlamağınız xahiş olunur.

Siz, təhlükəsiz autentifikasiya və imzalama məqsədilə PIN1 və PIN2 kodlarınızı mobil telefonunuzun “Asan İmza” menyusunda dəyişdirə bilərsiniz.

Mobil operator tərəfindən sizə təqdim olunan “Asan İmza” fiziki SİM kartının arxasında görünməyən sahədə yerləşir və qarşısında mütləq “Asan İmza” PİN1, “Asan İmza” PİN2, “Asan İmza” PUK kod sözləri yazılır. eSIM “Asan İmza” PIN 1 /PIN 2 kodları fiziki şəkildə təqdim olunmur və abunəçi tərəfindən təyin edilir.

“Asan İmza” PİN/PUK kodları – “Asan İmza” SİM-kartının istifadəsinə imkan verən fərdi, təhlükəsiz identifikasiya kodlarıdır. Bu kodlar “Asan İmza” fiziki SİM kartının üzərində çap olunaraq, pozulan qat altında gizlədilir, eSIM Asan imza PIN 1 /PIN 2 kodları isə fiziki şəkildə təqdim olunmur və abunəçi tərəfindən təyin edilir.  Şəxsiyyətin təsdiqlənməsi üçün PİN 1-dən, imzalama üçün PİN 2-dən istifadə edilir. “Asan İmza” fiziki SİM kartın PİN1 və PİN2 kodlarının blokdan çıxarılması və ya onların dəyişdirilməsi üçün PUK-dan istifadə edilir. eSIM “Asan İmza” PIN 1 /PIN 2 kodları blok olunduqda, 1847 – “Asan İmza” Çağrı Mərkəzi ilə əlaqə sağlamağınız xahiş olunur.

Qeyd*

  • “Asan İmza” PUK kod eSIM “Asan İmza” xidməti üçün mövcüd deyil.
  • “Asan İmza” fiziki SİM kartda olan PUK kodu 3 (üç) dəfə yanlış daxil edildikdə, xidmət bloklanacaqdır. Bu zaman istifadəçi mobil operatora yaxınlaşaraq “Asan İmza” xidmətini əldə etmək üçün yenidən müraciət etməli, daha sonra Asan Sertifikat Xidmətləri Mərkəzində yeni sertifikatlar əldə etməlidir.

Şirkət (qurum) rəhbəri kimi “Asan İmza” əldə etmək üçün şəxsiyyət vəsiqəsi və şirkətin (qurumun) möhürü tələb olunur.

Şirkət (qurum) əməkdaşı kimi “Asan İmza” əldə etmək üçün şəxsiyyət vəsiqəsi və şirkətin (qurumun) blankında rəhbər şəxsin imzası və möhürü ilə təsdiqlənmiş Nümunəvi forma 1 (Əlavə 7) (Taxes Asan Imza) , tələb olunur.

“Asan İmza”dan istifadə etmədikdə heç bir borc toplanılmır.

Bəli, siz “Şəxsi” tipli “Asan İmza” sertifikatını əldə etdikdən sonra onlayn qaydada Dövlət Vergi Xidmətinə müraciət edib, VÖEN əldə bilərsiniz.

Xeyr, “Asan İmza”dan həm VÖEN sahibi olanlar, həm də VÖEN sahibi olmayan vətəndaşlar yararlana bilərlər. Yəni, şəxsiyyət vəsiqəsi olan Azərbaycan Respublikasının bütün vətəndaşları “Asan İmza” əldə edə bilərlər. “Biznes” tipli “Asan İmza” əldə etmək istəyən şəxslər mütləq VÖEN sahibi olmadırlar.