Archives: FAQ's listings
Xeyr, “Asan İmza” sertifikatları ödənişsizdir.
“Asan İmza” sertifikatlarınızın etibarlılıq müddətinə AsanDoc Client proqram təminatı vasitəsilə və ya e-taxes.gov.az portalında “Asan İmza Şəxsi Kabineti”nizə daxil olaraq baxa bilərsiniz.
Dublikat çıxarıldığı halda mütləq yeni sertifikat əldə edilməlidir.
Dövlət qurumlarının və ya yerli özünüidarəetmə orqanlarının rəhbərləri həmin VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir; dövlət qurumlarının və ya yerli özünüidarəetmə orqanlarının işçiləri – qurumla əlaqəli ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir.
Vergi ödəyicisi olan fiziki şəxslər – şəxsə məxsus əməliyyatlardan əlavə, VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir (məs: bəyannamə, e-VHF göndərmək, ƏDV-nin depozit hesabından köçürmələr etmək və s.); vergi ödəyicisi olan fiziki şəxslərin işçiləri – şəxsə məxsus əməliyyatlardan başqa, VÖEN-lə əlaqəli İdarəetmə səhifəsində ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir; hüquqi şəxslərin rəhbərləri – şəxsə məxsus əməliyyatlardan başqa həmin VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir; hüquqi şəxslərin işçiləri – şəxsə məxsus əməliyyatlardan başqa, VÖEN-lə əlaqəli İdarəetmə səhifəsində ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir.
“Şəxsi” tipli sertifikat alan şəxs yalnız özünə aid əməliyyatlar apara bilər (İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsində Məktub, Sorğu, Təklif, Ərizə, Şikayət, Təşəkkür göndərə bilər); fiziki və yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatını həyata keçirə bilər; şəxsi tipli sertifikata malik olan vətəndaş ikinci bir sertifikat almadan bu sertifikatla özünə aid olan (bu sertifikata malik olmazdan əvvəl və ya bu sertifikata malik olandan sonra əldə edilən) VÖEN-lə bağlı əməliyyatlar apara bilər.
“Asan İmza” sertifikatlarının 3 növü var: Şəxsi; İş; Dövlət və bələdiyyə.
Siz İstifadəçi ID-nizi AsanDoc Client vasitəsilə dəyişə bilərsiniz. AsanDoc Client proqram təminatında “Asan İmza” bölməsini seçərək “İstifadəçi ID-si dəyiş” düyməsini qeyd etməli və növbəti pəncərədə İstifadəçi ID-ni dəyişdirə bilərsiniz. Bundan əlavə siz, İstifadəçi ID-zi e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub dəyişə bilərsiniz.
Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzindən (ASXM) “Asan İmza” sertifikatını əldə etdiyiniz zaman Sizə “Sertifikatın aktivləşdirilməsi haqqında” bildiriş təqdim olunur ki, orada İstifadəçi ID-si göstərilir. Siz eyni zamanda “1847” “Asan İmza” Çağrı Mərkəzinə zəng edib, şəxsiyyət vəsiqənizdəki FİN nömrənizi bildirərək, İstifadəçi ID-zi öyrənə bilərsiniz.
PUK kod bloka düşdüyü zaman aid olduğunuz mobil operatora müraciət edərək, “Asan İmza” nömrənizin dublikatını çıxarıb, daha sonra ASXM-ə müraciət edərək yeni sertifikat əldə etməlisiniz. PUK kod eSIM “Asan İmza” xidməti üçün mövcüd deyil.