FAQ

Ən çox verilən suallar

Necə əldə etməli?

  • Necə əldə etməli?

    Mənim heç vaxt Asan İmza sertifikatlarım olmayıb. Mən xidməti aktivləşdirmək və sertifikatları əldə etmək istəyirəm 

    1. “Asan Imza” (Mobile ID) SİM kartını əldə etmək üçün aid olduğunuz mobil operatorlardan birinə (Azercell, Bakcell, Nar) Müraciət edin. eSIM istifadəçiləri yeni nəsil eSIM “Asan İmza” xidmətini Azercell mobil operatora müraciət edərək əldə edə bilərlər. Azercell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı. Nar operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.
    2. Ərizə formasını doldurun.
    3. “Asan İmza” xidmətinə qoşulmaq/imtina abunə müqaviləsinə əlavəni imzalayın.
    4. Mobil operator sizə “Asan İmza” fiziki SİM kartını vəya yeni nəsil eSIM təqdim edəcək və “Asan İmza” xidmətini aktivləşdirəcəkdir.
    5. Asan İmza sertifikatlarını əldə etmək üçün ASXM mərkəzi ilə əlaqə saxlayın və bütün lazımi sənədləri təqdim edin.
    6. Ərizəni doldurun və imzalayın, Asan İmza sertifikatlarının verilməsi üçün müqaviləni imzalayın.
    7. ASXM operatoru “Asan İmza” sertifikatlarını aktivləşdirir, istifadəçi sertifikatın aktivləşdirilməsi haqqında bildirişi imzalayır.
  • Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması

    “İŞ” VƏ YA “DÖVLƏT” TİPLİ “ASAN İMZA” SERTİFİKATLARININ ONLAYN ƏLDƏ EDİLMƏSİ

    Şəxsi ➔ + İş
    Şəxsi ➔ + Dövlət

    Mənim qüvvədə olan “Şəxsi” tipli “Asan İmza” sertifikatım vardır. Əlavə olaraq “İş” və ya “Dövlət” tipli sertifikatı əldə etmək istəyirəm.

    1. e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub, “İş”/ “Dövlət” tipli “Asan İmza” sertifikatının əldə olunması üçün onlayn ərizəni dolduraraq imzalayın (prosedur ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
    2. Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
    3. ASXM operatoru təqdim olunan məlumatları yoxlayır. Təqdim olunan məlumatlar düzgün olduqda Asan İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı “Asan İmza Şəxsi Kabineti”nə göndərilir. Məlumatlar düzgün olmadıqda, istifadəçiyə “Asan İmza Şəxsi Kabineti”nə bildiriş göndərilir.

     

Müddəti necə uzatmalı?

  • Müddəti necə uzatmalı?

    Şəxsi ➔ Şəxsi

    Mənim “Şəxsi” tipli “Asan İmza” sertifikatımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və “Şəxsi” tipli sertifikatımın müddətini uzatmaq istəyirəm.

    1. “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olaraq, “Şəxsi” tipli “Asan İmza” sertifikatının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
    2. Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
    3. “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra “Şəxsi” tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “ferdi” sözünü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: AzercellBakcellNar).
      * Qeyd: • “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan istifadəçilər üçün mümkündür; • “Şəxsi” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. “İş” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarının istifadəsi bu kateqoriyaya aid abunəçilər üçün nəzərdə tutulmamışdır.
    4. Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
    5. ASXM 1 iş günü ərzində sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır və “Asan İmza” nömrənizə bununla bağlı bildiriş göndərilir. “Asan İmza” SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı “Asan İmza” şəxsi kabinetinə göndərilir. 
      * Qeyd: “Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır! Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.


      * Qeyd: “Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır! Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.

     


    Şəxsi + İş ➔ Şəxsi + İş
    Şəxsi + Dövlət ➔ Şəxsi + Dövlət

    Mənim “Şəxsi” + “İş” və ya “Dövlət” tipli “Asan İmza” sertifikatlarımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və “Şəxsi” + “İş” və ya “Dövlət” tipli sertifikatlarımın müddətini uzatmaq istəyirəm.

    1. “Asan İmza” sertifikatının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olaraq, “Şəxsi” və “İş/Dövlət” tipli “Asan İmza” sertifikatlarının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
    2. Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
    3. “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra “İş” (və ya “Dövlət”) tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “biznes” (və ya “dovlet”) sözü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: AzercellBakcellNar).
      * Qeyd: • “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan və xidmətin aktivləşdirilməsi üçün balansında kifayət qədər məbləğ olan istifadəçilər üçün mümkündür; • “Biznes” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “İş” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. • “Dövlət” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər.
    4. Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
    5. ASXM 1 iş günü ərzində sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır və “Asan İmza” nömrənizə bununla bağlı bildiriş göndərilir. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə göndərilir.
      * Qeyd: “Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır. Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.

     


    Şəxsi ➔ Şəxsi + İş
    Şəxsi ➔ Şəxsi + Dövlət

    Mənim “Şəxsi” tipli “Asan İmza” sertifikatımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və “Şəxsi” tipli sertifikatımın müddətini uzatmaq istəyir, həmçinin əlavə olaraq “İş” və ya “Dövlət” tipli sertifikatı əldə etmək istəyirəm.

    1. “Asan İmza” sertifikatının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub, “Şəxsi” tipli “Asan İmza” sertifikatının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz.
    2. Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
    3. “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra “İş” (və ya “Dövlət”) tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “biznes” (və ya “dovlet”) sözü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: AzercellBakcellNar).
      * Qeyd: • “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan və xidmətin aktivləşdirilməsi üçün balansında kifayət qədər məbləğ olan istifadəçilər üçün mümkündür; • “Biznes” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “İş” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. • “Dövlət” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər.
    4. Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
    5. ASXM 1 iş günü ərzində sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır və “Asan İmza” nömrənizə bununla bağlı bildiriş göndərilir. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə göndərilir.
      * Qeyd: “Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır. Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.
    6. Əlavə olaraq, “İş”/”Dövlət” tipli “Asan İmza” sertifikatların əldə edilməsi üçün e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub, onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).

     


    Şəxsi + İş ➔ Şəxsi
    Şəxsi + Dövlət ➔ Şəxsi

    Mənim “Şəxsi”, “İş” və ya “Dövlət” tipli “Asan İmza” sertifikatlarımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və yalnız “Şəxsi” tipli sertifikatımın müddətini uzatmaq istəyirəm. “İş” və ya “Dövlət” tipli sertifikatlarımın müddətini uzatmayacağam.

    1. “Asan İmza” sertifikatının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub, “Şəxsi” tipli “Asan İmza” sertifikatının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
    2. Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
    3. “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra “Şəxsi” tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “ferdi” sözü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: AzercellBakcellNar).
      * Qeyd: • “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan istifadəçilər üçün mümkündür; • “Şəxsi” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. “İş” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarının istifadəsi bu kateqoriyaya aid abunəçilər üçün nəzərdə tutulmamışdır.
    4. Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
    5. ASXM 1 iş günü ərzində sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır və “Asan İmza” nömrənizə bununla bağlı bildiriş göndərilir. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı şəxsi kabinetinə göndərilir.
      * Qeyd: “Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır. Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.

Etibarlılıq müddəti bitmişdir

  • Mən sertifikatın müddətinin bitməsinə 30 gün qalmış onu onlayn uzada bilmədim. Nə etməliyəm?

    1. “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə SMS göndərin: “Vətəndaş” tipli xidmətin uzadılması üçün: ferdi “Biznes” tipli xidmətin uzadılması üçün: biznes “Dövlət” tipli xidmətin uzadılması üçün: dovlet (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: AzercellBakcellNar).
    2. Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır.
    3. “Asan İmza” sertifikatlarını əldə etmək üçün ASXM mərkəzi ilə əlaqə saxlayın və bütün lazımi sənədləri təqdim edin.
    4. Ərizəni doldurun və imzalayın, Asan İmza sertifikatlarının verilməsi üçün müqaviləni imzalayın.
    5. ASXM operatoru sertifikatları aktivləşdirir, İstifadəçi Sertifikatın aktivləşdirilməsi haqqında bildirişi imzalayır.

PİN/PUK kodlar

  • “Asan İmza” PUK kod bloka düşdüyü zaman nə etməli?

    PUK kod bloka düşdüyü zaman aid olduğunuz mobil operatora müraciət edərək, “Asan İmza” nömrənizin dublikatını çıxarıb, daha sonra ASXM-ə müraciət edərək yeni sertifikat əldə etməlisiniz. PUK kod eSIM “Asan İmza” xidməti üçün mövcüd deyil.

  • “Asan İmza” PİN 1 və PİN 2 kodları bloka düşdüyü zaman nə etməli?

    PİN 1 və PİN 2 kodlarını 3 dəfə yanlış daxil etdiyiniz zaman onlar bloka düşür. “Asan İmza” fiziki SIM kartda PİN kodları Asan İmza PUK kodu vasitəsilə blokdan çıxarmaq mümkündür. eSIM “Asan İmza” PIN 1 /PIN 2 kodları blok olunduqda, 1847 – “Asan İmza” Çağrı Mərkəzi ilə əlaqə sağlamağınız xahiş olunur. 

  • “Asan İmza”ya aid PİN1, PİN2 və PUK kodlarımı itirmişəm. Onları necə öyrənə bilərəm?

    Təhlükəsizlik baxımından “Asan İmza”ya aid PİN 1, PİN 2 və PUK kodları yalnız sizə məlum olur. Asan İmza fiziki SİM kartı itirdikdə, yenidən aid olduğunuz mobil operatora müraciət olunmalı, “Asan İmza” nömrənizin dublikatını çıxarıb, daha sonra ASXM-ə müraciət edərək yeni sertifikat əldə etməlisiniz. eSIM Asan imza PIN 1 /PIN 2 kodları fiziki şəkildə təqdim olunmur və abunəçi tərəfindən təyin edilir. eSIM Asan imza PIN 1 /PIN 2 kodları blok olunduqda, 1847 – “Asan İmza” Çağrı Mərkəzi ilə əlaqə sağlamağınız xahiş olunur.

  • “Asan İmza” PIN1/PIN2 kodlarını necə dəyişdirmək olar?

    Siz, təhlükəsiz autentifikasiya və imzalama məqsədilə PIN1 və PIN2 kodlarınızı mobil telefonunuzun “Asan İmza” menyusunda dəyişdirə bilərsiniz.

  • “Asan İmza” PİN və PUK kodları harada yerləşir?

    Mobil operator tərəfindən sizə təqdim olunan “Asan İmza” fiziki SİM kartının arxasında görünməyən sahədə yerləşir və qarşısında mütləq “Asan İmza” PİN1, “Asan İmza” PİN2, “Asan İmza” PUK kod sözləri yazılır. eSIM “Asan İmza” PIN 1 /PIN 2 kodları fiziki şəkildə təqdim olunmur və abunəçi tərəfindən təyin edilir.

  • “Asan İmza” PİN/PUK kodları nə üçündür?

    “Asan İmza” PİN/PUK kodları – “Asan İmza” SİM-kartının istifadəsinə imkan verən fərdi, təhlükəsiz identifikasiya kodlarıdır. Bu kodlar “Asan İmza” fiziki SİM kartının üzərində çap olunaraq, pozulan qat altında gizlədilir, eSIM Asan imza PIN 1 /PIN 2 kodları isə fiziki şəkildə təqdim olunmur və abunəçi tərəfindən təyin edilir.  Şəxsiyyətin təsdiqlənməsi üçün PİN 1-dən, imzalama üçün PİN 2-dən istifadə edilir. “Asan İmza” fiziki SİM kartın PİN1 və PİN2 kodlarının blokdan çıxarılması və ya onların dəyişdirilməsi üçün PUK-dan istifadə edilir. eSIM “Asan İmza” PIN 1 /PIN 2 kodları blok olunduqda, 1847 – “Asan İmza” Çağrı Mərkəzi ilə əlaqə sağlamağınız xahiş olunur.

    Qeyd*

    • “Asan İmza” PUK kod eSIM “Asan İmza” xidməti üçün mövcüd deyil.
    • “Asan İmza” fiziki SİM kartda olan PUK kodu 3 (üç) dəfə yanlış daxil edildikdə, xidmət bloklanacaqdır. Bu zaman istifadəçi mobil operatora yaxınlaşaraq “Asan İmza” xidmətini əldə etmək üçün yenidən müraciət etməli, daha sonra Asan Sertifikat Xidmətləri Mərkəzində yeni sertifikatlar əldə etməlidir.

İstifadəçi ID

  • Asan İmza kartı əldə etmişəm. İstifadəçi ID-mi necə dəyişə bilərəm?

    Siz İstifadəçi ID-nizi AsanDoc Client vasitəsilə dəyişə bilərsiniz. AsanDoc Client proqram təminatında “Asan İmza” bölməsini seçərək “İstifadəçi ID-si dəyiş” düyməsini qeyd etməli və növbəti pəncərədə İstifadəçi ID-ni dəyişdirə bilərsiniz. Bundan əlavə siz, İstifadəçi ID-zi e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub dəyişə bilərsiniz.

  • Asan İmza xidmətindən istifadə etmək istəyirəm, lakin İstifadəçi ID-mi unutmuşam. Bu ID-ni necə əldə etmək mümkündür?

    Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzindən (ASXM) “Asan İmza” sertifikatını əldə etdiyiniz zaman Sizə “Sertifikatın aktivləşdirilməsi haqqında” bildiriş təqdim olunur ki, orada İstifadəçi ID-si göstərilir. Siz eyni zamanda “1847” “Asan İmza” Çağrı Mərkəzinə zəng edib, şəxsiyyət vəsiqənizdəki FİN nömrənizi bildirərək, İstifadəçi ID-zi öyrənə bilərsiniz.

Sertifikatlar

  • “Dövlət” tipli “Asan İmza” sertifikatı əldə etmək üçün hansı sənədlər tələb olunur?

    Dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndərləri “Dövlət” tipli “Asan İmza” sertifikatı əldə edən zaman aşağıdakı sənədləri təqdim etməlidirlər: https://www.taxes.gov.az/az/page/asan-imza

  • Biznes tipli “Asan İmza” sertifikatı əldə etmək üçün hansı sənədlər tələb olunur?

    Hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər “Biznes” tipli “Asan İmza” sertifikatı əldə edən zaman aşağıdakı sənədləri təqdim etməlidirlər: https://www.taxes.gov.az/az/page/asan-imza

  • “Şəxsi” tipli “Asan İmza” sertifikatı əldə etmək üçün hansı sənədlər tələb olunur?

    “Şəxsi” tipli “Asan İmza” sertifikatı əldə etmək üçün tək şəxsiyyət vəsiqəsi kifayət edir.

  • “Asan İmza” sertifikatları üçün ödəniş edilməlidirmi?

    Xeyr, “Asan İmza” sertifikatları ödənişsizdir.

  • “Asan İmza” sertifikatlarımın etibarlılıq müddətini necə öyrənə bilərəm?

    “Asan İmza” sertifikatlarınızın etibarlılıq müddətinə AsanDoc Client proqram təminatı vasitəsilə və ya e-taxes.gov.az portalında “Asan İmza Şəxsi Kabineti”nizə daxil olaraq baxa bilərsiniz.

  • Dublikat təkrar əldə edildikdə, yeni sertifikat almalıyam, yoxsa mövcud sertifikat istifadə edilməlidir?

    Dublikat çıxarıldığı halda mütləq yeni sertifikat əldə edilməlidir.

  • “Dövlət və bələdiyyə” tipli sertifikatın imkanları nədən ibarətdir?

    Dövlət qurumlarının və ya yerli özünüidarəetmə orqanlarının rəhbərləri həmin VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir; dövlət qurumlarının və ya yerli özünüidarəetmə orqanlarının işçiləri – qurumla əlaqəli ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir.

  • “İş” tipli sertifikatın imkanları nədən ibarətdir?

    Vergi ödəyicisi olan fiziki şəxslər – şəxsə məxsus əməliyyatlardan əlavə, VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir (məs: bəyannamə, e-VHF göndərmək, ƏDV-nin depozit hesabından köçürmələr etmək və s.); vergi ödəyicisi olan fiziki şəxslərin işçiləri – şəxsə məxsus əməliyyatlardan başqa, VÖEN-lə əlaqəli İdarəetmə səhifəsində ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir; hüquqi şəxslərin rəhbərləri – şəxsə məxsus əməliyyatlardan başqa həmin VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir; hüquqi şəxslərin işçiləri – şəxsə məxsus əməliyyatlardan başqa, VÖEN-lə əlaqəli İdarəetmə səhifəsində ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir.

  • “Şəxsi” tipli sertifikatın imkanları nədən ibarətdir?

    “Şəxsi” tipli sertifikat alan şəxs yalnız özünə aid əməliyyatlar apara bilər (İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsində Məktub, Sorğu, Təklif, Ərizə, Şikayət, Təşəkkür göndərə bilər); fiziki və yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatını həyata keçirə bilər; şəxsi tipli sertifikata malik olan vətəndaş ikinci bir sertifikat almadan bu sertifikatla özünə aid olan (bu sertifikata malik olmazdan əvvəl və ya bu sertifikata malik olandan sonra əldə edilən) VÖEN-lə bağlı əməliyyatlar apara bilər.

  • “Asan İmza” sertifikatlarının neçə növü vardır?

     “Asan İmza” sertifikatlarının 3 növü var: Şəxsi; İş; Dövlət və bələdiyyə.

Xəta ismarıcları

  • Hər hansı Portala giriş zamanı “təsdiqləmə kodu” gəlmir. Nə etməliyəm?

    İlk olaraq, telefonunuzda sms xəttinizin açıq olub-olmamasını və ya telefonunuzdakı “Asan İmza” menyusunda PUK kodun kilidlənib-kilidlənməməsini yoxlamalısınız.

  • “Asan İmza” vasitəsilə hər hansı portaldan qeydiyyatdan keçdiyim zaman ekranda aşağıdakı ismarıc görünür: “Telefon nömrəsi təyin olunmadı. Düzgün telefon nömrəsinin daxil edildiyindən əmin olun”. Bu zaman nə etməliyəm?

    Bu zaman “Asan İmza” nömrəniz və ya İstifadəçi ID-zin düzgün yazıldığına diqqət etməlisiniz.

  • “Asan İmza”dan istifadə zamanı mobil telefonumun ekranında “Səhv 0035” və ya “Yenidən cəhd edin” xətası çıxdıqda nə etməliyəm?

     İlk öncə Mobil operatorunuz ilə əlaqə saxlamağı məsləhət görürük. Daha sonra Asan İmza xidmətindən istifadə etmək üçün balansınızda kifayət qədər məbləğin olmasından əmin olun. Zəng çıxışı və SMS çıxışlarından əmin olun.

  • Hər hansı portala şirkətin (qurumun) əməkdaşı kimi “Asan İmza” ilə daxil olan zaman ekranda belə bir ismarıc görünür: “Daxil olduğunuz imza ilə xidmətdən istifadə etmək üçün ya imzanızda “Möhür Vurma Səlahiyyəti” olmalı, ya da səlahiyyəti olan başqa şəxs bu imzaya icazə verməlidir”. Bu ismarıc nə deməkdir?

    Bu zaman rəhbər şəxs tərəfindən sizə müvafiq səlahiyyət verilməlidir.