Vahid rəqəmsal məkanın qurulmasında növbəti addım – ADY elektron portalı “digital.login” ilə daha sürətli!

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) rəqəmsal transformasiya strategiyası çərçivəsində növbəti yeniliyə imza atıb.

 
Belə ki, ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya edilib. Bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır.


İndi istifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən, o cümlədən “Asan İmza” gücləndirilmiş mobil elektron imzadan istifadə edə bilirlər.


İnteqrasiyanın əsas üstünlükləri: 

  • Sadə və sürətli giriş – Təkrar qeydiyyat zərurəti aradan qalxır;
  • Təhlükəsizliyin artırılması – Dövlət tərəfindən təsdiqlənmiş identifikasiya vasitələri istifadə olunur; 
  • Vaxta qənaət – Müraciət və sorğuların təqdimat prosesi sürətlənir; 
  • Dövlət sistemləri ilə uyğunluq – “MyGov” portalı və digər dövlət platformaları ilə inteqrasiya imkanı yaranır.

İstinad linki: https://corp.ady.az/az/media/xeberler/gundem/vahid-reqemsal-mekanin-qurulmasinda-novbeti-addim-ady-elektron-portali-digital-login-ile-daha-suretli