Uqanda “Asan İmza” (Mobil ID) təcrübəsini öyrənir.

29 iyun 2022-ci il tarixində B.EST Solutions Azərbaycan ofisinin komandası: Zahir Quliyev – CIO və Fuad Məlikov – Layihə Əməliyyatları üzrə Rəhbər – Milli İnformasiya Texnologiyaları Təşkilatı-Uqanda və Uqanda Özəl Sektor Fondu (PSFU) ilə görüşüb və “ Asan İmza” (Mobile ID) texnologiyasını təqdim etmişdilər. Bu texnologiya bütün beynəlxalq standartlara cavab verən yüksək səviyyəli təhlükəsizlik standartlarına cavab verir və elektron xidmətlərin göstərilməsində informasiya təhlükəsizliyinin təmin edilməsində, istifadəçilərin şəxsi məlumatlarına icazəsiz daxil olmaq risklərinin qarşısının alınmasında mühüm vasitədir.

Görüş zamanı hər iki tərəf arasında Uqandada Mobil ID-nin tətbiqi üzrə mümkün əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən ilkin proqram çərçivəsində baş tutub.