Konfidensiallıq siyasəti

Konfidensiallıq siyasəti

Konfidensiallıq siyasəti

Bu “Konfidensiallıq Siyasəti” sənədi “Asan Sertifikat Xidmətləri Mərkəzi” (bundan sonra –   ASXM) tərəfindən təqdim olunan xidmətlər zamanı qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun olaraq fərdi məlumatların toplanması, onların təhlükəsiz şəkildə emalı, saxlanması və üçüncü tərəflərlə paylaşılması prinsiplərini müəyyən etmək məqsədilə tərtib edilmişdir. ASXM-in “Konfidensiallıq Siyasəti” sənədi xidmətlərin istifadəsi zamanı fərdi məlumatların bütövlüyünü, əlçatanlığını və konfidensiallığını təmin etmək üçün şərtləri tənzimləyir.

1.Fərdi məlumatların toplanılması və emalı
Fərdi məlumatların işlənməsinin əsas məqsədi, ASXM tərəfindən toplanmış məlumatların təhlili əsasında təqdim olunan xidmətlərin funksionallığını artırmaq və istifadəçilərə daha uyğun və fərdi kontent təklif etməkdir. ASXM, istifadəçilərin qeydiyyatdan keçməsi zamanı könüllü olaraq təqdim etdikləri şəxsiyyət vəsiqəsi məlumatlarını toplaya və aşağıdakı məqsədlər üçün emal edə bilər:
1.1. İstifadəçinin qeydiyyatını həyata keçirmək və hesabına girişini təsdiqləmək;
1.2. ASXM-ə məxsus portal, veb-sayt və mobil tətbiqlər vasitəsilə istifadəçiyə məlumatları təqdim etmək;
1.3. Şəxsi kabinetdəki istifadəçi məlumatlarını yeniləmək və dəqiqləşdirmək;
1.4. ASXM tərəfindən təqdim olunan xidmətləri təkmilləşdirmək, inkişaf etdirmək və fərdiləşdirmək;
1.5. İstifadəçinin müraciət və sorğularını cavablandırmaq.

2.Fərdi məlumatların paylaşılması
ASXM, təqdim etdiyi xidmətlər çərçivəsində fərdi məlumatların paylaşılmasını yalnız Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq həyata keçirir. ASXM etibarlı tərəflər və üçüncü tərəflərə istifadəçi məlumatından hər hansı digər məqsəd üçün istifadə etməyə və ya bu kimi xidmətlər kontekstindən kənarda istifadəçi ilə əlaqə saxlamağa icazə vermir. Həmçinin, ASXM topladığı istifadəçi məlumatlarını mühafizə etmək üçün qanunvericilik ilə nəzərdə tutulan təşkilati və təhlükəsizlik tədbirlərini tətbiq edir. ASXM fərdi məlumatları aşağıdakı hallarda açıqlaya və ya ötürə bilər:
2.1. Dövlət orqanının qanuni sorğusuna, məhkəmə qərarına əsasən ASXM-in qanun ilə nəzərdə tutulan öhdəliklərini yerinə yetirmək məqsədilə
2.2. İstifadəçinin razılığı əsasında
2.3. ASXM-in hüquq və mənafelərini müəyyən etmək, həyata keçirmək və ya qorumaq məqsədilə
2.4. Azərbaycan Respublikasının qanunvericiliyi və tətbiq olunan beynəlxalq standartların müəyyən etdiyi çərçivədə
ASXM, digər veb-saytların, tətbiqlərin və proqramların məxfilik siyasətinə nəzarət etmir, onların icrasında iştirak etmir və istifadəsinə görə məsuliyyət daşımır.

3.İstifadəçi hüquqları
3.1. Öz fərdi məlumatları ilə tanış olmaq;
3.2. Fərdi məlumatlarda olan qeyri-dəqiqliklərin və ya natamamlıqların aradan qaldırılması üçün düzəliş tələb etmək;
3.3. Məlumatların qanunvericiliyə uyğun olaraq silinməsini tələb etmək;
3.4. Fərdi məlumatların emalının müəyyən hallarda məhdudlaşdırılmasını tələb etmək;
3.5. Fərdi məlumatların emalına etiraz etmək;
3.6. Məlumatların başqa məlumat sisteminə ötürülməsini tələb etmək (daşıma hüququ);
3.7. Əvvəl verilmiş razılığı istənilən vaxt geri götürmək;
3.8. Fərdi məlumatların birbaşa marketinq üçün emalına etiraz etmək (o cümlədən fərdi məlumatların təhlili);
3.9. Poçt göndərişləri və ya şəxsi təkliflərdən imtina etmək;
3.10. Məlumatların qanunsuz emalı və ya hüquqların pozulması hallarında müvafiq nəzarət orqanına şikayət vermək;
3.11. Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlar.

4.Fərdi məlumatların qorunması
ASXM portal, veb-sayt və mobil tətbiqləri vasitəsilə toplanan fərdi məlumatların toplanması, işlənməsi, saxlanması və silinməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq məlumat mühafizəsi standartlarına uyğun fəaliyyət göstərir. Ehti̇yatsızlıq və ya texniki nasazlıq nəti̇cəsi̇ndə fərdi məlumatların mühafi̇zəsi̇ni̇n tam təmi̇n olunmaması nəti̇cəsi̇ndə i̇sti̇fadəçi̇yə dəymiş zi̇yana görə ASXM qanunveri̇cilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

5.“Kuki” siyasəti
5.1. “Kuki” faylları haqqında məlumat
ASXM-ə məxsus veb-saytlara və tətbiqlərə daxil olduğunuz zaman ziyarət edilən səhifə və səhifələrin istifadəsi ilə bağlı şəxsi məlumatlarınız yadda saxlanıla bilər. Toplanılan məlumatlara cihazınız və internet bağlantınız haqqında texniki məlumatlar (istifadə olunan əməliyyat sistemi, brauzer versiyası, IP ünvanı, “kuki” faylları və unikal ID kimi) daxil ola bilər.
“Kuki” faylları – veb saytımıza daxil olduğunuz zaman kompüterinizdə və ya cihazınızda yadda saxlanılan kiçik həcmli mətn fayllarıdır. Məqsəd, istifadəçinin veb səhifə ilə qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq, kontentdən istifadəni qiymətləndirmək və xidmətlərin marketinqini dəstəkləməkdir. “Kuki” fayllar sizə veb-saytda istifadə statistikasını və digər fəaliyyətləri izləməyə imkan verir. “Kuki” fayllar veb xidməti asanlaşdırmaq və xidmətlərin keyfiyyətini artırmaq üçün vacibdir. “Kuki” fayllar təhlükəli deyil, kompüterinizə və ya fayllarınıza zərər vermir. “Kuki”lərin istifadəsini özünüz tənzimləyə bilərsiniz. Belə ki, brauzerinizin tənzimləmələri vasitəsilə “kuki”lərin deaktiv edilməsini və ya əvvəlcədən razılığınız olmadığı halda kompüterinizdə və ya mobil cihazınızda saxlanılmamasını təmin edə bilərsiniz. “Kuki”ləri qəbul etmədiyiniz halda, ASXM-in portal, veb-sayt və tətbiqlər vasitəsilə təqdim etdiyi bir çox xüsusiyyətləri istifadə edə bilməyəcəksiniz və bəzi xidmətlər tam işləməyəcəkdir.

5.2.Kənar funksiyalar
Ziyarət etdiyiniz veb-sayt, portal və tətbiqlərin məzmunu haqqında məlumat toplamaq üçün Facebook, Google və s. öz “Kuki” fayllarından və ya digər üsullardan istifadə edə bilər. Onlar bu məlumatlardan istifadə statistikasının təhlili və istifadəçinin maraqları ilə bağlı reklam təklif etmək üçün istifadə edirlər. Üçüncü tərəflərin veb-saytımızda yerləşdirdiyi “kuki” fayllardan istifadə proqram sahiblərinin məxfilik siyasəti ilə tənzimlənir. Sizə bütün üçüncü tərəflərin məxfilik siyasətilə tanış olmağı tövsiyə edirik.

5.3.Portal, veb-sayt və tətbiqlərdə istifadə olunan “Kuki” fayllar
5.3.1. İstifadəçinin Məxfilik və İstifadə şərtlərinə razılıq statusu
5.3.2. Google Analytics sisteminə “kuki” faylları
5.3.3. Üçüncü tərəflərin təyin etdiyi kontent “kuki” faylları (məsələn, Youtube)
5.3.4. İstifadəçi dili seçimi sazlamaları
5.3.5. Facebook və digər sosial şəbəkələrə giriş və paylaşma sistemi ilə bağlı “kuki” fayllar

6.Konfidensiallıq Siyasətinə dəyişiklik edilməsi
ASXM, fəaliyyət sahəsi, təqdim etdiyi xidmətlər və ya aidiyyəti qanunvericilikdə baş verən dəyişikliklərə uyğun olaraq bu “Konfidensiallıq Siyasəti” sənədinə mütəmadi şəkildə yenidən baxa və dəyişikliklər edə bilər. ASXM tərəfindən bu sənəddə qeyd olunmuş məqsədlərdən fərqli hər hansı istifadə və ya paylaşma halları yalnız istifadəçinin əlavə və açıq razılığı əsasında həyata keçirilə bilər. Şərtlər və xidmətlər dəyişərsə, istifadəçilər bununla bağlı xəbərdar ediləcək və yenidən razılığ verilməsi istəniləcəkdir. Konfidensiallıq Siyasəti ilə bağlı hər hansı təklif, şikayət və ya sualınız olduqda, ASXM ilə aşağıdakı əlaqə vasitəsilə birbaşa əlaqə saxlaya bilərsiniz: info@asanimza.az 

Son dəyişikliklər – 02.09.2025