Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 685 saylı 13 iyul 2012-ci il tarixli fərmanı ilə təsis edilmişdir. Agentlik Strukturu və Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 saylı fərmanı ilə təsdiq edildiyi gündən fəaliyyətə başlamışdır.