Xəta ismarıcları
FAQ/help:
Xəta ismarıcları
-
Hər hansı Portala giriş zamanı “təsdiqləmə kodu” gəlmir. Nə etməliyəm?
İlk olaraq, telefonunuzda sms xəttinizin açıq olub-olmamasını və ya telefonunuzdakı “Asan İmza” menyusunda PUK kodun kilidlənib-kilidlənməməsini yoxlamalısınız.
-
“Asan İmza” vasitəsilə hər hansı portaldan qeydiyyatdan keçdiyim zaman ekranda aşağıdakı ismarıc görünür: “Telefon nömrəsi təyin olunmadı. Düzgün telefon nömrəsinin daxil edildiyindən əmin olun”. Bu zaman nə etməliyəm?
Bu zaman “Asan İmza” nömrəniz və ya İstifadəçi ID-zin düzgün yazıldığına diqqət etməlisiniz.
-
“Asan İmza”dan istifadə zamanı mobil telefonumun ekranında “Səhv 0035” və ya “Yenidən cəhd edin” xətası çıxdıqda nə etməliyəm?
İlk öncə Mobil operatorunuz ilə əlaqə saxlamağı məsləhət görürük. Daha sonra Asan İmza xidmətindən istifadə etmək üçün balansınızda kifayət qədər məbləğin olmasından əmin olun. Zəng çıxışı və SMS çıxışlarından əmin olun.
-
Hər hansı portala şirkətin (qurumun) əməkdaşı kimi “Asan İmza” ilə daxil olan zaman ekranda belə bir ismarıc görünür: “Daxil olduğunuz imza ilə xidmətdən istifadə etmək üçün ya imzanızda “Möhür Vurma Səlahiyyəti” olmalı, ya da səlahiyyəti olan başqa şəxs bu imzaya icazə verməlidir”. Bu ismarıc nə deməkdir?
Bu zaman rəhbər şəxs tərəfindən sizə müvafiq səlahiyyət verilməlidir.