Sertifikatlar
FAQ/help:
Sertifikatlar
-
“Dövlət” tipli “Asan İmza” sertifikatı əldə etmək üçün hansı sənədlər tələb olunur?
Dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndərləri “Dövlət” tipli “Asan İmza” sertifikatı əldə edən zaman aşağıdakı sənədləri təqdim etməlidirlər: https://www.taxes.gov.az/az/page/asan-imza
-
Biznes tipli “Asan İmza” sertifikatı əldə etmək üçün hansı sənədlər tələb olunur?
Hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər “Biznes” tipli “Asan İmza” sertifikatı əldə edən zaman aşağıdakı sənədləri təqdim etməlidirlər: https://www.taxes.gov.az/az/page/asan-imza
-
“Şəxsi” tipli “Asan İmza” sertifikatı əldə etmək üçün hansı sənədlər tələb olunur?
“Şəxsi” tipli “Asan İmza” sertifikatı əldə etmək üçün tək şəxsiyyət vəsiqəsi kifayət edir.
-
“Asan İmza” sertifikatları üçün ödəniş edilməlidirmi?
Xeyr, “Asan İmza” sertifikatları ödənişsizdir.
-
“Asan İmza” sertifikatlarımın etibarlılıq müddətini necə öyrənə bilərəm?
“Asan İmza” sertifikatlarınızın etibarlılıq müddətinə AsanDoc Client proqram təminatı vasitəsilə və ya e-taxes.gov.az portalında “Asan İmza Şəxsi Kabineti”nizə daxil olaraq baxa bilərsiniz.
-
Dublikat təkrar əldə edildikdə, yeni sertifikat almalıyam, yoxsa mövcud sertifikat istifadə edilməlidir?
Dublikat çıxarıldığı halda mütləq yeni sertifikat əldə edilməlidir.
-
“Dövlət və bələdiyyə” tipli sertifikatın imkanları nədən ibarətdir?
Dövlət qurumlarının və ya yerli özünüidarəetmə orqanlarının rəhbərləri həmin VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir; dövlət qurumlarının və ya yerli özünüidarəetmə orqanlarının işçiləri – qurumla əlaqəli ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir.
-
“İş” tipli sertifikatın imkanları nədən ibarətdir?
Vergi ödəyicisi olan fiziki şəxslər – şəxsə məxsus əməliyyatlardan əlavə, VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir (məs: bəyannamə, e-VHF göndərmək, ƏDV-nin depozit hesabından köçürmələr etmək və s.); vergi ödəyicisi olan fiziki şəxslərin işçiləri – şəxsə məxsus əməliyyatlardan başqa, VÖEN-lə əlaqəli İdarəetmə səhifəsində ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir; hüquqi şəxslərin rəhbərləri – şəxsə məxsus əməliyyatlardan başqa həmin VÖEN-lə əlaqəli bütün əməliyyatları apara bilir; hüquqi şəxslərin işçiləri – şəxsə məxsus əməliyyatlardan başqa, VÖEN-lə əlaqəli İdarəetmə səhifəsində ona verilmiş səlahiyyətlər daxilində əməliyyatlar apara bilir.
-
“Şəxsi” tipli sertifikatın imkanları nədən ibarətdir?
“Şəxsi” tipli sertifikat alan şəxs yalnız özünə aid əməliyyatlar apara bilər (İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsində Məktub, Sorğu, Təklif, Ərizə, Şikayət, Təşəkkür göndərə bilər); fiziki və yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatını həyata keçirə bilər; şəxsi tipli sertifikata malik olan vətəndaş ikinci bir sertifikat almadan bu sertifikatla özünə aid olan (bu sertifikata malik olmazdan əvvəl və ya bu sertifikata malik olandan sonra əldə edilən) VÖEN-lə bağlı əməliyyatlar apara bilər.
-
“Asan İmza” sertifikatlarının neçə növü vardır?
“Asan İmza” sertifikatlarının 3 növü var: Şəxsi; İş; Dövlət və bələdiyyə.