Azərbaycanda 2 ayda 62 mindən çox “ASAN İmza” sertifikatı verilib

Bu il yanvar-fevral aylarında Azərbaycanda ümumilikdə 42 245 müraciət üzrə 62 659 “ASAN İmza” sertifikatı verilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə həmçinin 2 800-ə yaxın vergi ödəyicisinə qüvvədə olan “ASAN İmza” ilə mövcud sertikatın yenilənməsi və yeni sertifikatın verilməsi elektron xidmətləri göstərilib.

Ətraflı: https://report.az/biznes-xeberleri/azerbaycanda-2-ayda-62-minden-cox-asan-imza-sertifikati-verilib/