Author: sayyara

14 noyabr 2022-ci il tarixində Kibergigiyena üzrə birinci beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəzliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM), Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin, o cümlədən “B.EST Solutions” MMC-nin təşkilatçılığı ilə həyata keçirilib. 

Konfransda  Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev açılış nitqi ilə çıxış ediblər.

Konfransda, həmçinin NATO tərəfindən mükafatlandırılmış Estoniyanın “CybExer Technologies” şirkətinin həmtəsisçisi Lauri Alman, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, “ByteLife Solutions” şirkətinin baş icraçı direktoru Janek Gridin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş informasiya təhlükəsizliyi mütəxəssisi Tural Məmmədov, “CybExer Academy/RiskSight”ın baş əməliyyat direktoru Markus Münzer kibergigiyenaya dair müxtəlif mövzularda spiker qismində çıxış ediblər.

Konfrans çərçivəsində, həmçinin “Kibergigiyena” platformasından aktiv istifadəyə görə bir sıra dövlət qurumları, eləcə də platformanın tətbiqində göstərdiyi dəstəyə görə dövlət qurumlarının əməkdaşları “Təşəkkürnamə” ilə təltif olunublar.

“Kibergigiyena” platformasından (https://kibergigiyena.az/) indiyədək 130-a yaxın dövlət qurumu və 4000-ə yaxın dövlət qurumunun əməkdaşı yararlanıb. Təlim çərçivəsində informasiya təhlükəsizliyi sahəsində tətbiq olunan beynəlxalq standartlar, milli təhlükəsizlik tələbləri, informasiya təhlükəsizliyinin təşkilat siyasəti və hazırlanan ən son təlimatlar, tövsiyələr, rəhbər prinsiplər və həllər təqdim olunub. Kibergigiyena portalının yaradılması ilə bağlı ötən ilin sentyabr ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və “Asan İmza” mobil elektron imzanın texniki operatoru “B.EST Solutions” MMC arasında üçtərəfli müqavilə imzalanıb. Müqavilənin əsas predmetini: platformanın yaradılması, istifadəsi, idarə edilməsi, informasiya təhlükəsizliyinin təşviqi və müvafiq təbliğat işlərinin aparılması təşkil edib.

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 11 avqust tarixli 38/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanlarının satışı Qaydası”na (Qayda) əsasən həyata keçirilir.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, İdarə Heyətinin 28 sentyabr 2022-ci il tarixli 43/1 nömrəli Qərarı ilə Qaydaya dəyişikliklər edilib, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib və 12 oktyabr 2022-ci il tarixindən qüvvəyə minib.

Dəyişikliyə əsasən, yubiley və xatirə pul nişanlarının fiziki şəxslərə satışı “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” ilə yanaşı, sistemə müraciət etmədən, birbaşa Mərkəzi Bankın kassaları vasitəsilə həyata keçirilməsi də nəzərdə tutulur. Bu zaman, “Nağdsız hesabalaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.11-ci maddəsinin tələbləri nəzərə alınaraq ödənişin məbləği 4000 (dörd min) manatdan artıq olduqda, ödəniş yalnız bank hesabı vasitəsilə həyata keçirilə bilər. Eyni zamanda, banklar istisna olmaqla digər hüquqi şəxslərə yubiley və xatirə pul nişanlarının satışı, o cümlədən hüquqi şəxslər vasitəsilə satışı Mərkəzi Bankla bağlanmış müqavilə əsasında həyata keçiriləcək.

Bununla yanaşı əcnəbi və vətəndaşlığı olmayan şəxslər də “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”ndə İstifadəçi FİN-i, Asan imza və ya elektron imza vasitəsilə qeydiyyatdan keçərək yubiley və xatirə pul nişanlarının real vaxt rejimində satın alınması hüququnu əldə edib.

Eyni zamanda əhalinin nəzərinə çatdırılır ki, Mərkəzi Bank tərəfindən tədavülə buraxılan yubiley və xatirə pul nişanları, onların qalıqları və qiymətləri barədə məlumatlar gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir (https://www.cbar.az/moneymarks/coins?category=2). Bu pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi”nə daxil olaraq (https://coin.e-cbar.az/home) real vaxt rejimində satın ala və ya həftənin II və IV günləri saat 10:00-dan 13:00-dək Mərkəzi Bankın Bakı şəhəri, Bülbül pr.27 ünvanında yerləşən inzibati binasında və ərazi idarələrində (Yevlax EM, Gəncə RM, Biləsuvar RM, Quba RM, Naxçıvan MR İdarəsi) yerləşən kassalarından əldə edə bilərlər.

https://apa.az/az/finance/yubiley-ve-xatire-pul-nisanlarinin-satisi-ile-bagli-qaydalar-aciqlanib-727338

Müştəriləri üçün xidmətlərini gündən-günə əlçatan edən Rabitəbank, yeni məsafədən hesab və biznes kartı açma xidmətini təqdim edir. Artıq hüquqi şəxslər və fərdi sahibkarlar filiala gəlmədən məsafədən bank hesabları və biznes kartı aça biləcəklər.

Beləliklə, müştərilər istədikləri yerdən hesab açaraq dəyərli vaxtlarını biznesin inkişafına sərf edə bilərlər. Bunun üçün isə ASAN imza olmağı kifayətdir.

Hesab açma mərhələsi necə gedir?

Tələb olunan sənədləri təqdim edirsiniz;

Sizə uyğun vaxtda video görüş təyin edirsiniz;

Bank tərəfdən sizə gələn müqavilələri imzalayıb, hesabı açırsınız.

Məsafədən hesab açılma prosedurunu İnternet Bankinq sistemi üzərindən https://rbt.az/hesab-ac həyata keçirə bilərsiniz.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

https://www.azerbaycan24.com/artiq-rabitebank-musterileri-banka-getmeden-hesab-aca-bilecekler/

Biznesin etibarlı tərəfdaşı olan ABB korporativ müştərilərin işinin rahatlığı məqsədilə daha bir yeniliyini təqdim edib. Bank ABB business mobil tətbiqini istifadəyə verib. Bizneslərə lazım olan bir çox bank xidmətlərindən ABB-nin filial və şöbələrinə gəlmədən, eləcə də İnternet Bank sisteminə daxil olmadan istənilən yerdən bu tətbiqlə 24/7 rejimində faydalanmaq mümkündür. Tətbiqin geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, o cümlədən sahibkar fiziki şəxslər yararlana bilər. ABB business mobil tətbiqindən istifadə edərək cəmi bir neçə toxunuşla bu əməliyyatları anında yerinə yetirmək olar:

-Hesabdan çıxarışlar almaq;

-Müxtəlif valyutalarda olan hesablara nəzarət;

-Ödənişlər aparmaq;

-Vergi və gömrük ödənişləri etmək;

-Ödənişləri təsdiqləmək, yaxud imtina etmək.

Üstəlik, birdən çox şirkət idarə edən istifadəçilər üçün tətbiqdə şirkət seçimi imkanı yaradılıb. İstifadəçilər tətbiqə ASAN İmza ilə yanaşı, xüsusi eyniləşdirmə kodu vasitəsilə də daxil ola bilərlər. Hər bir korporativ müştəri ABB business mobil tətbiqini yükləməklə onun imkanlarından faydalana bilər. ABB müştərilərin ehtiyaclarına uyğun olaraq tətbiqi daha da təkmilləşdirəcək. Bura yeni funksionallıqlar əlavə olunacaq. Növbəti inkişaf dövründə tətbiqə bank fəaliyyətindən kənar bir çox xidmətlər də inteqrasiya ediləcək.

ABB business mobil tətbiqini buradan yükləyə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

https://az.trend.az/azerbaijan/society/3656143.html

Yelo Bank-da Bank qarantiya məktublarını tamamilə bir onlayn platforma üzərindən əldə etmək mümkündür. Xidmətdən yararlanmaq üçün əlavə sənədləşmə, sıra gözləmə və vaxt itirməyə ehtiyac qalmır, bütün proseslər İnternet Bankinq üzərindən həyata keçirilir. 

Xidmətin əsas üstünlükləri bununla bitmir: 

  • Bir gün ərzində təsdiqlənir;
  • Dövriyyə əsasında 200 000 AZN-dək girovsuz verilə bilər;
  • Maksimal məbləğ: 10 milyon AZN;
  • Xidmətdən yeni müştərilər də istifadə edə bilər.

İstifadə qaydası çox asandır:

  • İnternet Bankinqə (İB) daxil olun;
  • Lazımi sənədləri İB-ə yükləyin;
  • Müqaviləni ASAN İmza ilə təsdiqləyin;
  • Qarantiya məktubu sizə göndərilir.

Qeyd edək ki, bank qarantiyası yerli və beynəlxalq əməkdaşlıq prosesində tərəfdaşlardan birinin digəri qarşısında maliyyə öhdəliklərini həyata keçirəcəyi barədə yazılı təminatdır.

Ətraflı məlumat üçün –   https://bit.ly/qarantiya 

https://banker.az/yelo-bank-tam-onlayn-və-girovsuz-qarantiya-məktublari-təklif-edir/

Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən yeni B2C (biznesdən müştəriyə) xidməti olan rəqəmsal tarixçə platforması – FINDOC istifadəyə verilib. 

Bürodan FED.az-a verilən məlumata görə, qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış platforma, şəxslərin özləri barədə məlumatlara əlçatanlığının artırılmasına xidmət edir.

Müvafiq platformadan qeydiyyatdan keçərək SİMA və ya ASAN imza ilə razılıq ərizəsini imzalamaqla istifadəçilər özləri barədə Büroda toplanmış məlumatlara rəqəmsal çıxış əldə edirlər. Platformada qeydiyyatdan keçmiş şəxslər aşağıdakı xidmətlərdən yararlana bilərlər:

  • kredit hesabatına baxış;
  • skor hesabatına baxış;
  • kredit hesabatının PDF formatında əldə edilməsi;
  • kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;
  • kredit hesabatının Büronun rəsmi emailindən digər email ünvanına yönləndirilməsi. 

Qeyd edək ki, kredit tarixçəsi və skor hesabatı istifadəçilərə il ərzində iki dəfə ödənişsiz təqdim edilir. 

Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur. 

Müvafiq ödənişlər Platforma üzərindən və nağdsız qaydada aparılır.

Platforma real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir və ilkin olaraq “Beta” versiyada vətəndaşların istifadəsinə təqdim edilib. 

Xidmətə qoşulmaq üçün https://findoc.az/ linkindən istifadə edilir.

Xatırladaq ki, Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılması, saxlanılması, təhlili, kredit hesabatlarının formalaşdırılması, borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

Hazırda Büroya qoşulmuş təşkilatların sayı 200-dən artıqdır.

https://fed.az/az/maliyye/azerbaycanda-reqemsal-kredit-tarixcesi-platformasi-istifadiyi-verilib-141053

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müasir texnologiyaların və innovativ həllərin tətbiqi nəticəsində qida təhlükəsizliyi qeydiyyatına dair müraciətlərin qəbulu prosesi elektronlaşdırılıb. Elektron sistem vasitəsilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə getmədən, agentliyin rəsmi internet saytına (afsa.gov.az) daxil olaraq onlayn qeydiyyat üçün müraciət edə bilərlər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sistemə giriş Asan İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçirilir. 

Xidmətdən istifadə etməklə sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsilə ödəmək imkanı əldə edirlər. Daxil edilən məlumatlar agentliyin müvafiq regional bölməsi tərəfindən araşdırıldıqdan sonra subyektin qeydiyyata alınması və ya qeydiyyatdan imtina barədə qərar qəbul edilir. Qərar müsbət olarsa, təsərrüfat obyektinin qeydiyyata alınmasını təsdiq edən “Qida sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestri”ndən çıxarış sahibkarın “Şəxsi kabinet”inə göndərilir.

Qeyd edək ki, həmin xidmətin elektronlaşdırılması sahibkarlıq subyektlərinin işinin xeyli asanlaşmasına, əlavə vaxt itkisinin aradan qalxmasına səbəb olur və onların müraciət hüquqlarını onlayn qayada reallaşdırmağa şərait yaradır.

https://azertag.az/xeber/Sahibkarlar_qida_tehlukesizliyi_qeydiyyatindan_kechmek_uchun_onlayn_muraciet_ede_bilerler-2232206

2022-ci ilin iyul ayının 1-nə respublika üzrə uçotda olan 1.363.776 vergi ödəyicisinin 87,6 faizi fiziki şəxs, 12,4 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,1 faiz (ümumi artımın 85,3 faizi), hüquqi şəxslərin sayı 8,6 faiz (ümumi artımın 14,7 faizi) artıb.

Hesabat dövründə 7.658 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə 36 faiz çoxdur. Bu kommersiya qurumlarının 72,7 faizi elektron qaydada, 27,3 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb və onlardan 1308-nin (ümumi qeydiyyatın 17,1 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsndə təmin edilib. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 94,8 faiz təşkil etmişdir.

2022-ci ilin 6 ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarının 77,5 faizi yerli investisiyalı, 22,5 faizi xarici investisiyalı qurumlardır. 2022-ci ilin ilk altı ayının hər birində kommersiya qurumlarının dövlət qeydiyyatının həcmi 2021-ci ilin müvafiq ayları ilə müqayisədə artıb. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14,9 faiz artıb.

2022-ci ilin 6 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən illə müqayisədə 19,8 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 15,6 faiz artmışdır.

2022-ci ilin iyul ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və s. formalarda yaradılıb.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2022-ci ilin ilk 6 ayında 946 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 64 vahid çox) qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 12,4 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 16,1 faiz təşkil edib.

Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 4622-si və ya 83 faizi “Asan imza” ilə təqdim olunub.

2022-ci ilin iyul ayının 1-nə qeydiyyatda olan publik hüquqi şəxslərin sayı 357-dir.

https://az.trend.az/business/3624027.html