“Asan İmza”nızı digər şəxsə verirsiz?  Diqqət!

“Asan İmza”nızı digər şəxsə verirsiz?  Diqqət!

Son zamanlar dələduzluq halları artmışdır. Fırıldaqçılar başqasının mobil elektron imzasından istifadə edərək qanunsuz şəkildə şirkətlər açır və iri məbləğdə kreditlər götürürlər.
Unutmayın: “Asan İmza”nın üçüncü şəxslərə, o cümlədən mühasiblərə verilməsi ciddi hüquqi nəticələrə səbəb ola bilər. İstifadə qaydalarının pozulması halında bütün hüquqi məsuliyyət imza sahibinin öz üzərində olur.

Nə etməli? Riski necə azaltma

Həll yolu var!
Digər şəxsə “Asan İmza”nızı vermədən ona təhlükəsiz şəkildə əlavə sertifikat vasitəsilə giriş imkanı yarada bilərsiniz:

Nə etməli? Riski necə azaltmalı?

Həll yolu var!
Digər şəxsə “Asan İmza”nızı vermədən ona təhlükəsiz şəkildə əlavə sertifikat vasitəsilə giriş imkanı yarada bilərsiniz:

1. Onlayn üsul
asanimza.az saytı vasitəsilə şəxsi kabibetə daxil olaraq:

  • Digər şəxs özünə aid “Asan İmza” mobil rəqəmsal imza (biznes/dövlət növü) ilə şəxsi kabinetə daxil olur.
  • Şirkətin adına əlavə sertifikat üçün sorğu göndərir.
  • Şirkət rəhbəri bu sorğunu öz şəxsi kabinetində təsdiqləyir.
  • Təsdiqdən sonra sorğu Dövlət Vergi Xidmətinə göndərilir, və

2. Fiziki üsul

Digər şəxs aşağıdakı sənədləri təqdim etməklə əlavə sertifikat ala bilər:

  • Şəxsiyyət vəsiqəsi
  • Müəssisənin VÖEN-i barədə şəhadətnamə
  • Şirkət tərəfindən verilmiş etibarnamə (Forma №7)

Bu sənədlərlə Dövlət Vergi Xidməti Mərkəzlərinə və ya “ASAN xidmət” mərkəzlərinə yaxınlaşır.
Sorğu 1 iş günü ərzində icra olunur.

Özünüzü və “Asan İmza”nızı fırıldaqçılardan qoruyun!
Əlavə sualınız olarsa, “Asan İmza” Çağrı Mərkəzinə müraciət edə bilərsiniz:
1847 |  info@asanimza.az