Asan İmza – sizin identifikasiyanız
Asan İmza – sizin identifikasiyanız
Asan İmza (Mobil imza) ilə e-Azərbaycan bürokratiyanı bir tarixə çevirməklə və hökumətin bütün səviyyələrində işi əvvəlki vaxtlarla müqayisədə daha səmərəli təşkil etməklə hökumət və vətəndaş arasında əlaqənin tamamilə transformasiya edilməsi deməkdir.
Bu, o deməkdir ki, Azərbaycan hökuməti İSTƏNİLƏN ŞƏXSİN İSTƏNİLƏN xidmətdən istifadə edə bilməsi üçün İSTƏNİLƏN YERDƏ, İSTƏNİLƏN VAXTDA, İSTƏNİLƏN YOLLA telefon vasitəsilə hər zaman öz vətəndaşları ilə birlikdədir!
Asan İmza (Mobil imza) Azərbaycanın güclü iqtisadiyyat, daha yaxşı ictimaiyyət və parlaq gələcək yaratmaq üçün istifadə etdiyi qabaqcıl texniki həll yolları vasitəsidir.
Asan İmza (Mobil imza) müştəriyə mobil telefondan təhlükəsiz elektron ID forması kimi istifadə etmək imkanı verən xidmətdir. E-imza həllinə (məsələn, e-imza) əsaslanan hər hansı başqa smart kart texnologiyası kimi o, təhlükəsiz şəkildə e-xidmətlərdən istifadə etmək və sənədləri elektron şəkildə imzalamaq üçün istifadə edilə bilər. Bununla belə o, kart oxuyucusu tələb etməyən üstünlüyə malikdir. Sistem müştərinin mobil telefon operatorundan əldə etməli olduğu xüsusi Asan İmza (Mobil imza) SIM kartı əsasında işləyir. İdentifikasiya (kimliyin təsdiqi) və imzalama üçün xüsusi proqramla birlikdə mobil SIM kartda fərdi açarlar saxlanılır. Asan İmza (Mobil imza) şəbəkələrdən, proqramlardan və xidmətlərdən geniş istifadə mümkünlüyü sayəsində müxtəlif cihazlarda istənilən vaxtda və yerdə mümkün yeni formalı qarşılıqlı əlaqəni və əməliyyatı əks etdirən, Azərbaycanda e-hökumətin daha mükəmməl variantı hesab olunan U-hökumət – Vahid hökumətin yaradılmasına doğru atılan ilk addımdır.
Mobil texnologiya informasiya və kommunikasiya texnologiyaları inqilabının növbəti mərhələsidir və mobil hökumət e-hökumətin növbəti qaçılmaz təkamülü olacaq. Dünyada vətəndaşlar xəbər, informasiya və başqaları ilə bağlantı yaratmaq üçün əsas mənbə kimi mobil texnologiyaya daha çox müraciət etdikcə, M-hökumət şübhəsiz ki, genişlənməyə davam edəcək. Heç bir şübhə yoxdur ki, hökumətlər inzibati prosesi sürətləndirmək üçün vətəndaşlarla mütərəqqi yollarla əlaqə yaratmaq istəyirlər. 2018-ci ilə qədər mobil texnologiyanın yayılma səviyyəsi 96% olmaqla, mobil abunəçilərinin sayının dünyada əhalisinin sayı ilə təxminən eyni olacağı gözlənilir.
Xülasə
Asan İmza (Mobil imza) İnternet istifadəçiləri üçün güclü, bütöv rəqəmsal identifikasiyanın yaradılması üçün təşkilati və texniki tədbirlər toplusudur. İndi Azərbaycanın qabaqcıl mobil bazarında, təhlükəsizlik funksionallığının SIM karta daxil edilməsi ilə mobil telefonun fərdin kimliyini müəyyənləşdirməsi, kimliyinin qorunması və hüquqi cəhətdən əsaslandırılmış rəqəmsal “imzanın” yaradılması mümkündür.
Asan İmza-dan (Mobil imza) istifadə etmək üçün istifadəçilər xüsusi SIM kart (mobil operatorlarda mövcuddur) əldə etməli, əlavə təhlükəsizlik xidmətini isə ASAN-da və ya Vergilər Nazirliyində aktivləşdirməlidirlər. Artıq Asan İmza (Mobil imza) identifikasiya və rəqəmsal imzalama üçün hər hansı uyğun gələn internet saytında, yaxud başqa cihazlarda istifadə üçün hazırdır. Asan İmza (Mobil imza) sertifikatları üç il ərzində etibarlıdır. Bu xidmət Açıq Açar İnfrastrukturuna (AAİ) uyğun olaraq həyata keçirilir və Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) ilə əməkdaşlıq əsasında mobil operatorlar tərəfindən təqdim olunur.
Asan İmza (Mobil imza) – Azərbaycan sakinləri üçün inzibati imkanların artırılması və bir yenilikçi, müasir və rahat yaşayış mühitinin təmin edilməsi üçün vasitədir. Asan İmza (Mobil imza) ilə biz demək olar ki, bütün maliyyə əməliyyatlarının elektron şəkildə həyata keçirilməsini təmin etmək niyyətindəyik. Banklar da daxil olmaqla, maliyyə sektoru yeni yaradılan e-Azərbaycan üçün yaxşı zəmin ola bilər. Asan İmza (Mobil imza) ilə biz hər hansı səbəbdən e-imza smart kartı və ya e-İmza kartı mövcud olmadığı halda, ödəniş və m-parkinq həyata keçirə, sizin şirkətinizi yarada, vergi ödəyə, vergi bəyannamələrini göndərə, ictimai nəqliyyatdan və digər e-xidmətlərdən istifadə edə bilərik. Bundan əlavə, tələbələr üçün m-formasında e-xidmətlər icra oluna bilər. Dövlət imtahanından keçmiş tələbə Asan İmza-dan (Mobil imza) istifadə edərək SMS göndərməklə, imtahan nəticələrini öz mobil telefonuna sifariş verə və nəticəni real zamanda görə bilər.
Təzyiq və həlledici faktorlar
Orta azərbaycanlını səciyyələndirən amillərə bütün yeniliklərə, ən yaxşı və qabaqcıl texnologiyaya, mobil telefon texnologiyasına, ən son mobil telefon texnologiyasından istifadəyə olan istək daxildir. Azərbaycanın mobil rabitə bazarı 100 %-dən artıq səviyyədə olmaqla, ən çox inkişaf etmiş bazarlardan sayılır. Mobil geniş zolaqlı daxil olma xidmətlərindən, həmçinin mobil məzmun və proqramlardan istifadə mümkünlüyü gələcəkdə yüksək gəlir artımına əsas verir.
Asan İmza-nın (Mobil imza) həyata keçirilməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin 1999/93/Aİ Göstərişi də daxil olmaqla, digər beynəlxalq standartlara uyğunluğu təmin edir. Ən başlıca narahatlıq istifadəçilərin qeydiyyat prosesinin xidmət təminatçıları və hökumət tərəfindən istifadədə kifayət qədər təhlükəsiz olmasını təmin etməkdir. Bu sahədə heç bir standart və ən yaxşı təcrübələr mövcud deyil.
Təsir (dəyişiklik və innovasiya) – Asan İmza (Mobil imza) hər zaman mövcuddur, hər zaman işləyir.
Əsas təsir internet saytları arasında uyğun olan daha rahat giriş (identifikasiya) prosesindən yararlanan istifadəçilər üçündür. Bu xidmət m və e-xidmətlərindən təhlükəsiz istifadəni daha yaxşı təmin etmək üçün real dəyərə malik olduğunu göstərmişdir. İnsanların heç də hamısı ənənəvi smart kartına (e-imza kartına), uyğun kompyuterə və digər cihazlara malik deyillər, lakin demək olar ki, bütün insanlar hər zaman mobil telefonu özləri ilə daşıyırlar. Belə ki, sadəcə bir mobil telefon vasitəsilə Asan İmza-dan (Mobil imza) istifadə e-xidmətləri ilə bağlı riski xeyli azaldır. Daha heç bir növbəyə, rüşvətə, üç dəfə doldurulan formalara və ayrı-ayrı inzibati işçilərə yalvarmağa ehtiyac yoxdur. Xidmət göstərənlərin üstünlüyü ondan ibarətdir ki, identifikasiya prosesi tam təhlükəsiz və ucuzdur.
Telefonda yeni Asan İmza-dan (Mobil imza) istifadə edərək, istifadəçilər dövlət və özəl sektorun təklif etdiyi bir sıra xidmətlərə daxil olmaq imkanını əldə edirlər. Buraya elektron bankçılıq, hökumətin internet və mobil xidmətləri də daxildir. Azərbaycan vətəndaşları mobil telefonları ilə özlərini elektron şəkildə identifikasiya etməklə, vergi bəyannamələrini təqdim etmək, yeni şirkət açmaq, sosial təminat üçün qeydiyyatdan keçmək və malların dəyərini onlayn ödəmək imkanı əldə edirlər. Telefondan rəqəmsal imzanın yaradılması hətta fiziki satış nöqtəsində şəxsiyyətin təsdiqi kimi də istifadə edilə bilər.
Mobil telefon və SIM kart defolt üzrə dünyanın ən geniş smart kart / kart oxuyucusu kombinasiyası oldu. Mövcud e-imza smart kartlarından və ya e-imza kartlarından fərqli olaraq (bir kredit kartı ölçüsü), SİM əsaslı sertifikatlar istifadəçinin müstəqil kart oxuyucu ilə öz kimliyini təsdiqləyərkən həmin yerdə olmasını tələb etmir. Bu halda, telefon istifadəçidən PIN kod sorğusu vasitəsilə özünün kimliyinin təsdiqləməsini tələb etməklə, kart oxucusu kimi çıxış edir və xidmət provayderiniz üçün elektron rəqəmsal imza göndərir.
Asan İmza sayəsində tam şəkildə aşağıdakı məqsədlərə nail olundu:
- İnternetlə mümkün olmamış mobil kanal vasitəsilə qabaqcıl xidmətlərin təmin edilməsi.
- Hökumət e-xidmətlərin daha geniş müştəri kütləsi üçün istifadə imkanının yaradılması və hərəkətdə olarkən əməliyyat həyata keçirməyə ehtiyac duyanlar üçün rahatlığın artırılması. İstənilən m-xidmətinə abunəçiliyə yaxın gələcəkdə ASAN-ın universal portalından daxil oluna bilər.
Asan İmza-nın cavabı
Texnologiyanın inkişaf tendensiyalarına uyğun olaraq, m-Hokümət həmçinin ASAN Xidmət-in (Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmətlər və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) və daha müxtəlif mobil cihazlar və platformalar vasitəsilə Vergi Nazirliyinin m-xidmətlərinin təmin edilməsi üçün lazımi tədbirləri görür. İstifadəçinin yerinin müəyyənləşdirilməsinə əsaslanan imkanlar və genişləndirilmiş reallıq kimi inkişaf edən mobil texnologiyalara daha çox nüfuz etmək üçün, m-Hökumətin alətləri təşkilatların m-xidmətlər üzrə pilot inkişaf səylərini dəstəkləyir.
Asan İmza-nın təhlükəsizliyi
Təklif olunan m-Hökumət xidmətinin təhlükəsizliyi və məxfiliyi əsas prioritet məsələyə çevirməsi lazım gələcək. Çünki həssas məlumat daxil edən proqram və ya xidmətlər üzrə tam təhlükəsizlik tələb olunacaq. Təhlükəsizliyin təmin edilməsi zərurəti ilə bağlı görülən bəzi tədbirlər mobil imzaların artan istifadəsi ilə bağlıdır – şəxsin müəyyənləşdirilməsi üçün bəzi əlavə tədbirlərə ehtiyac var. Bu, o məqsədlə əlaqədardır ki, dələduz insanlar oğurlanmış və ya itirilmiş telefondan istifadə edərək hər hansı əməliyyat həyata keçirə bilməsin.
Mobil AAİ (Açıq Açar İnfrastrukturu) bütün tərəflər üçün tam təhlükəsizlik çərçivəsi təklif edir. Təhlükəsizliklə bağlı əməliyyatlar istifadəçinin kimliyindən sui-istifadə edilməsini demək olar ki, qeyri-mümkün etməklə müdaxilə baxımından davamlı mühit olan SIM kartda həyata keçirilir. İstifadəçinin identifikasiyasını oğurlamağa, yaxud parolları və ya digər daxil olma təfərrüatlarını ələ keçirməyə çalışan proqramlar SIM-in təhlükəsizliyinə daxil ola bilməz. Kimliyin təsdiqlənməsi və imza məlumatları SMS və xidmət provayderinə doğru əks kanallar vasitəsilə hərəkət edir və operator tərəfindən təsdiq edilir. Belə ki, istifadəçi brauzer səviyyəsində hücuma məruz qalarsa və ya kompyuter virusla yoluxmuş olarsa, heç bir problem yaranmır. Bu məlumatlar heç vaxt İnternet kanalından keçmir. Hücum edən müvəffəqiyyət qazanmaq məqsədilə, şifrli SMS ismarışlarına hücum etmək / virus salmaq üçün həmçinin mobil operator şəbəkəsinə daxil olmalıdır.