AsanDoc

AsanDoc

AsanDoc sizə “Asan İmza” mobil elektron imza vasitəsilə sənədləri imzalamağa, saxlamağa və paylaşmağa imkan verən unikal alətdir. Ən son dünya standartlarına cavab verən proqram təminatı ilə siz sənədləri oflayn rejimdə imzalaya və imzalanmış elektron sənədlər haqqında ətraflı məlumat ala bilərsiniz. AsanDoc ilə siz təhlükəsiz və asan şəkildə aşağıdakı əməliyyatları icra edə bilərsiniz:

  • Sənədi(ləri) imzalamaq, çap etmək və göndərmək;
  • İstifadəçi ID-ni dəyişmək;
  • Sertifikatın(ların) etibarlılıq müddətini yoxlamaq;
  • “Asan İmza” nömrəsinə aid bütün sertifikatlara baxış etmək;
  • Elektron sənədi imzalayan digər şəxslər haqqında məlumat əldə etmək;
  • “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış bildiriş əldə etmək və s.

“Asan İmza” mobil elektron imza vasitəsilə həm ayrıca sənədi, həm də sənədlər paketini imzalamaq mümkündür. “Asan İmza” ilə imzalanmış sənədi yadda saxlamaq və elektron poçtla göndərmək olar. Xüsusilə qeyd etmək lazımdır ki, imzalanmış sənəddə(lərdə) heç bir dəyişiklik etmək mümkün deyildir, bu isə imzanın sənədin tamlığını təsdiqlədiyini göstərir. 

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əl imzasına bərabər tutulan “Asan İmza” mobil elektron imza bütün beynəlxalq təhlükəsizlik standartlarına cavab verir. 

AsanDoc Kliyent Endir

MS Windows v3.4 (Beta)  (17.03.2024)

Ətaraflı məlumat: https://asandoc.az/home