“Asan İmza”nı necə qorumalı?
Necə istifadə etməli
“Asan İmza”nı necə qorumalı?
Məlum olduğu kimi “Asan İmza” (Mobile ID) elektron mühitdə sizin şəxsiyyətinizi təsdiqləyir. “Asan İmza” dövlət e-xidmətlərinə, internet bankçılığına və bir çox digər elektron xidmətlərə çıxış imkanı yaradır. Azərbaycanın innovativ mobil şəxsiyyət vəsiqəsi və elektron imza texnologiyası mobil telefon və PİN kodlarla istənilən yerdə və istənilən vaxt onlayn əməliyyatlar həyata keçirməyin ən sadə və təhlükəsiz üsuludur. “Asan İmza” ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədləri rəqəmsal imza ilə imzalaya bilərsiniz.
İdentifikasiya məlumatları və rəqəmsal imza yüksək səviyyəli təhlükəsizlik texnologiyası və müvafiq PİN kodlar ilə qorunur. Bununla belə bədniyyətlilər çox vaxt insanların ehtiyatsızlığından istifadə edir. Ona görə də “Asan İmza”dan istifadə edərkən sadə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.
“Asan İmza”nın istifadəsində əsas təhlükəsizlik qaydası aşağıdakılardır:
İmzalama açarları SIM kartda yerləşdiyi üçün telefonda quraşdırılan SIM kartı və PİN kodları kənar şəxslərə verməyin.
Heç kim sizin PİN-kodları bilmədən “Asan İmza”nızdan istifadə edə bilməz. “Asan İmza” SİM kartınızı, PİN-ləri və “Asan İmza” İstifadəçi ID-nizi üçüncü şəxslərə verməməyiniz çox vacibdir. “Asan İmza”nızı üçüncü şəxslərə verdikdə, siz həmin şəxsə adınızdan fəaliyyət göstərməyə imkan verən bütün şəxsi məlumatlarınıza girişi təmin edəcəksiniz. Belə olduqda, mobil imzanızdan istifadə etməklə həyata keçirilən bütün əməliyyatlara görə məsuliyyət daşıyırsınız!
“Asan İmza” SIM kartının əldə edilməsindən sonra “Asan İmza” İstifadəçi ID-ni və PİN kodlarını dəyişmək məsləhət görülür.
PİN kodlarınızı telefon parametrlərində yerləşdirilmiş “Asan İmza” menyusunda dəyişə bilərsiniz. Daha asan yadda qalsın deyə PİN1 və PİN2 kodlarını eyni şəkildə dəyişməyin. Kodları dəyişmək üçün Sizə məxsus PUK kodu bilməyiniz tələb olunur. İstifadəçi ID-nizi e-taxes.gov.az portalında yerləşən “Asan İmza Şəxsi Kabineti”ndə və ya AsanDoc Client də dəyişə bilərsiniz.
PİN və PUK kodları telefondan ayrı saxlayın.
PİN kodlarınızın kənar şəxslərə verilməməsi çox vacib məsələ hesab edilir. Ona görə də “Asan İmza” PİN və PUK kodlarını telefondan ayrı saxlamaq məsləhət görülür. Hətta telefonunuzu tanışlarınıza müəyyən müddətə belə verdikdə PİN və PUK kodlarınızı gizli saxlayın! PİN kodları əzbərləyin. Bu üsul alınmadıqda isə PİN kodları “Asan İmza”ya heç bir istinad etmədən etibarlı yerə qeyd edin.
Smartfon ekranının kilidlənməsindən istifadə edin
Bütün smartfonlarda ekranın kilidlənməsi funksiyası mövcuddur. Onun istifadəsi əlverişsiz görünə bilər, ancaq onsuz da mümkün deyildir. Ən çox yayılmış ekran kilidi variantı rəqəmlərdən ibarət parolun daxil edilməsidir. Yeni telefonlar isə pattern və ya barmaq izi əsaslı kilidləmə üsulunu təklif edir. Ən təhlükəsiz seçimlər parol və barmaq izləridir. 0000, 1111, 1234, 2580 və doğum tarixiniz (və ya qohumlarınızın doğum tarixləri) kimi sadə kombinasiyalardan ibarət olan şifrələri istifadə etməkdən çəkinin.
Telefonun ekranında “Asan İmza” vasitəsilə istifadə etmək istədiyiniz xidmətin adının yazıldığından və sorğu kodunun telefonunuzun ekranına gələn kodla eyni olduğundan əmin olun.
Mobil telefonunuzu itirdikdə və ya oğurlandıqda, siz ilk növbədə aid olduğunuz mobil operatora yaxınlaşaraq “Asan İmza” SİM kartının dublikatını çıxarmalı, daha sonra Asan Sertifikat Xidmətləri Mərkəzində sertifikatlarınızı yeniləməlisiniz.
Telefonunuzu itirdikdə sertifikat(lar)ı dərhal dayandırmaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) Texniki dəstək (195) xidmətilə əlaqə saxlayın və sertifikat(lar)ın fəaliyyətinin dayandırılması barədə sorğu göndərin. İtirilmiş telefonu tapdıqda və fəaliyyəti dayandırılmış “Asan İmza” sertifikat(lar)ınızı aktivləşdirmək istədikdə, ASXM-ə müraciət etməlisiniz.
Müasir texnologiyalar mobil qurğulara funksionallığına görə stolüstü kompüterlər və noutbuklara ilə yarışmağa imkan verir. Ona görə də əgər Siz smartfondan istifadə edirsinizsə. unutmayın ki, onun da kompüteriniz kimi qorunması tələb olnur.