“Asan İmza” sertifikatlarını təqdim edən Xidmət Mərkəzləri
Necə əldə etməli?
“Asan İmza” sertifikatlarını təqdim edən Xidmət Mərkəzləri
Asan İmza sertifikatlarının aktivləşdirilməsi
Növbəti mərhələdə əldə etdiyiniz SIM kartda elektron imza sertifikatlarınızı aktivləşdirmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etməlisiniz. Nəzərə alın ki, siz özünüzlə şəxsiyyətinizi təsdiqləyən sənədi gətirməlisiniz (FIN nömrəsini daxil edən). Sonra siz sertifikatın alınması üçün müvafiq ərizəni doldurmalı və imzalamalısınız. Ərizə və digər sənədlərin formaları ilə buradan tanış ola bilərsiniz. Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) qeydiyyat ərizənizi təsdiqləyəcək və sizə aid məlumatı sistemə daxil edəcək.
Daha sonra Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) qeydiyyat operatoru sizə Asan İmza-nın şərtlərini izah edəcək və Müqavilə formasını çap edəcək. Bu Müqavilə formasını imzalamaqla, siz Asan İmza (Mobil imza) xidmətinin şərtlərini qəbul edir və müraciət etdiyiniz sertifikatları aldığınızı təsdiqləyirsiniz. Bununla sertifikatlar aktivləşdirilir və siz Asan İmza (Mobil imza) xidmətlərindən istifadə etməyə hazırsınız.
Asan İmza (Mobil imza) elektron imza sertifikatlarının üç növü vardır: fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün elektron imza sertifikatları və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulmuşdur. Siz bu sertifikatdan yalnız şəxsi identifikasiyanız üçün istifadə edə bilərsiniz. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.
Əlavə məlumat almaq üçün zəhmət olmasa bizə (email) vasitəsilə sorğu göndərin və ya Azercell, Bakcell və Nar mobil operatorlarının internet səhifələrinə daxil olun.
Asan İmza (Mobil imza) sertifikatları 3 il ərzində etibarlıdır.