“Asan İmza” sertifikatının müddətinin bitməsinə 30 gün qalmış onu onlayn uzada bilmədikdə, ilk olaraq, aid olduğunuz mobil operatorun “8500” qısa nömrəsinə SMS göndərərək “Asan İmza” xidmətini növbəti 3 il müddətinə aktivləşdirməli və daha sonra Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidməti Mərkəzlərindən (ASXM) birinə fiziki müraciət edərək sertifikatlarınızı aktivləşdirməlisiniz. ASXM – ASAN Xidmət Mərkəzləri və Dövlət Vergi Xidməti Mərkəzlərində yerləşir.
“Asan İmza” Sizə, veb səhifəmizdə ən yaxşı təcrübəni təqdim etməyimiz üçün cookie fayllardan istifadə edir. Məxfilik siyasətimizlə tanış olduğunuzu və şərtlərlə razılaşdığınızı təsdiq etməyinizi xahiş edirik.