“İş”/“dövlət” sertifikatlarının onlayn əldə edilməsi
Necə əldə etməli?
“İş”/“dövlət” sertifikatlarının onlayn əldə edilməsi
Şəxsi ➔ + İş
Şəxsi ➔ + Dövlət
Mənim qüvvədə olan “Şəxsi” tipli “Asan İmza” sertifikatım vardır. Əlavə olaraq “İş” və ya “Dövlət” tipli sertifikatı əldə etmək istəyirəm.
- e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olaraq, “İş”/ “Dövlət” tipli “Asan İmza” sertifikatının əldə olunması üçün onlayn ərizəni dolduraraq imzalayın (proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
- Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
- ASXM operatoru təqdim olunan məlumatları yoxlayır. Təqdim olunan məlumatlar düzgün olduqda ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı şəxsi kabinetinə göndərilir. Məlumatlar düzgün olmadıqda istifadəçinin e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə bildiriş göndərilir.