Mobil Operatorların Mərkəzləri
Necə əldə etməli?
Mobil Operatorların Mərkəzləri
Asan İmza (Mobil ID) SİM kartının əldə edilməsi
Asan İmza-ya müraciət etmək üçün sizə yeni nəsil eSIM və ya fiziki SIM-kart lazımdır. Qeyd edək ki, mobil operatordan yeni nömrə əldə etməyə ehtiyac yoxdur. Siz istifadə etdiyiniz mövcud nömrənizdə də “Asan İmza” xidmətini aktivləşdirə bilərsiniz. Bunun üçün şəxsiyyət vəsiqəniz ilə (şəxsiyyət vəsiqəsi Asan İmza (Mobil imza) xidmətini aktivləşdirmək üçün lazımdır) Azercell, Bakcell, Nar Müştəri Xidmətləri Mərkəzlərinə müraciət edə bilərsiniz.
Azercell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı
Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.
Nar operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.
Asan İmza PIN kodları fiziki SİM kartının üzərində çap olunaraq, pozulan qat altında gizlədilir. Yeni Asan İmza SIM kartının pozulan sahəsi zədələnməməlidir. eSIM “Asan İmza” PIN kodları isə fiziki şəkildə təqdim olunmur və abunəçi tərəfindən təyin edilir. Yadda saxlayın ki, şəxsiyyətin təsdiqlənməsi üçün “Asan İmza” PIN 1 və imza üçün yalnız “Asan İmza” PIN 2 tələb olunur.