Necə əldə etməli?
FAQ/help:
Necə əldə etməli?
-
Necə əldə etməli?
Mənim heç vaxt Asan İmza sertifikatlarım olmayıb. Mən xidməti aktivləşdirmək və sertifikatları əldə etmək istəyirəm
- “Asan Imza” (Mobile ID) SİM kartını əldə etmək üçün aid olduğunuz mobil operatorlardan birinə (Azercell, Bakcell, Nar) Müraciət edin. eSIM istifadəçiləri yeni nəsil eSIM “Asan İmza” xidmətini Azercell mobil operatora müraciət edərək əldə edə bilərlər. Azercell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı Bakcell mobil operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı. Nar operatorunun Asan İmza SİM kartı təqdim edən ofis və Müştəri xidmətlərinin siyahısı.
- Ərizə formasını doldurun.
- “Asan İmza” xidmətinə qoşulmaq/imtina abunə müqaviləsinə əlavəni imzalayın.
- Mobil operator sizə “Asan İmza” fiziki SİM kartını vəya yeni nəsil eSIM təqdim edəcək və “Asan İmza” xidmətini aktivləşdirəcəkdir.
- Asan İmza sertifikatlarını əldə etmək üçün ASXM mərkəzi ilə əlaqə saxlayın və bütün lazımi sənədləri təqdim edin.
- Ərizəni doldurun və imzalayın, Asan İmza sertifikatlarının verilməsi üçün müqaviləni imzalayın.
- ASXM operatoru “Asan İmza” sertifikatlarını aktivləşdirir, istifadəçi sertifikatın aktivləşdirilməsi haqqında bildirişi imzalayır.
-
Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması
“İŞ” VƏ YA “DÖVLƏT” TİPLİ “ASAN İMZA” SERTİFİKATLARININ ONLAYN ƏLDƏ EDİLMƏSİ
Şəxsi ➔ + İş
Şəxsi ➔ + DövlətMənim qüvvədə olan “Şəxsi” tipli “Asan İmza” sertifikatım vardır. Əlavə olaraq “İş” və ya “Dövlət” tipli sertifikatı əldə etmək istəyirəm.
- e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub, “İş”/ “Dövlət” tipli “Asan İmza” sertifikatının əldə olunması üçün onlayn ərizəni dolduraraq imzalayın (prosedur ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
- Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
- ASXM operatoru təqdim olunan məlumatları yoxlayır. Təqdim olunan məlumatlar düzgün olduqda Asan İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı “Asan İmza Şəxsi Kabineti”nə göndərilir. Məlumatlar düzgün olmadıqda, istifadəçiyə “Asan İmza Şəxsi Kabineti”nə bildiriş göndərilir.