Müddəti necə uzatmalı?
FAQ/help:
Müddəti necə uzatmalı?
-
Müddəti necə uzatmalı?
Şəxsi ➔ Şəxsi
Mənim “Şəxsi” tipli “Asan İmza” sertifikatımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və “Şəxsi” tipli sertifikatımın müddətini uzatmaq istəyirəm.
- “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olaraq, “Şəxsi” tipli “Asan İmza” sertifikatının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
- Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
- “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra “Şəxsi” tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “ferdi” sözünü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: Azercell, Bakcell, Nar).
* Qeyd: • “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan istifadəçilər üçün mümkündür; • “Şəxsi” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. “İş” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarının istifadəsi bu kateqoriyaya aid abunəçilər üçün nəzərdə tutulmamışdır. - Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
-
ASXM 1 iş günü ərzində sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır və “Asan İmza” nömrənizə bununla bağlı bildiriş göndərilir. “Asan İmza” SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı “Asan İmza” şəxsi kabinetinə göndərilir.
* Qeyd: “Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır! Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.

Şəxsi + İş ➔ Şəxsi + İş
Şəxsi + Dövlət ➔ Şəxsi + DövlətMənim “Şəxsi” + “İş” və ya “Dövlət” tipli “Asan İmza” sertifikatlarımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və “Şəxsi” + “İş” və ya “Dövlət” tipli sertifikatlarımın müddətini uzatmaq istəyirəm.
- “Asan İmza” sertifikatının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olaraq, “Şəxsi” və “İş/Dövlət” tipli “Asan İmza” sertifikatlarının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
- Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
- “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra “İş” (və ya “Dövlət”) tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “biznes” (və ya “dovlet”) sözü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: Azercell, Bakcell, Nar).
* Qeyd: • “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan və xidmətin aktivləşdirilməsi üçün balansında kifayət qədər məbləğ olan istifadəçilər üçün mümkündür; • “Biznes” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “İş” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. • “Dövlət” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. - Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
- ASXM 1 iş günü ərzində sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır və “Asan İmza” nömrənizə bununla bağlı bildiriş göndərilir. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə göndərilir.
* Qeyd: “Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır. Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır.
Şəxsi ➔ Şəxsi + İş
Şəxsi ➔ Şəxsi + DövlətMənim “Şəxsi” tipli “Asan İmza” sertifikatımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və “Şəxsi” tipli sertifikatımın müddətini uzatmaq istəyir, həmçinin əlavə olaraq “İş” və ya “Dövlət” tipli sertifikatı əldə etmək istəyirəm.
- “Asan İmza” sertifikatının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub, “Şəxsi” tipli “Asan İmza” sertifikatının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz.
- Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
- “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra “İş” (və ya “Dövlət”) tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “biznes” (və ya “dovlet”) sözü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: Azercell, Bakcell, Nar).
* Qeyd: • “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan və xidmətin aktivləşdirilməsi üçün balansında kifayət qədər məbləğ olan istifadəçilər üçün mümkündür; • “Biznes” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “İş” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. • “Dövlət” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. - Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
- ASXM 1 iş günü ərzində sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır və “Asan İmza” nömrənizə bununla bağlı bildiriş göndərilir. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə göndərilir.
* Qeyd: “Asan İmza” sertifikatlarının onlayn uzadılması ilə bağlı ərizə “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra sistemdə 1 ay ərzində saxlanılır. Yəni, əgər “Asan İmza” xidmətinin müddəti SMS vasitəsilə 1 ay + 1 gündən sonra uzadılacaqsa, o zaman “Asan İmza” sertifikatlarının əldə edilməsi üçün İstifadəçi fiziki olaraq ASXM-ə müraciət etməli olacaqdır. - Əlavə olaraq, “İş”/”Dövlət” tipli “Asan İmza” sertifikatların əldə edilməsi üçün e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub, onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
Şəxsi + İş ➔ Şəxsi
Şəxsi + Dövlət ➔ ŞəxsiMənim “Şəxsi”, “İş” və ya “Dövlət” tipli “Asan İmza” sertifikatlarımın etibarlılıq müddəti başa çatır. Mən “Asan İmza” xidmətini və yalnız “Şəxsi” tipli sertifikatımın müddətini uzatmaq istəyirəm. “İş” və ya “Dövlət” tipli sertifikatlarımın müddətini uzatmayacağam.
- “Asan İmza” sertifikatının etibarlılıq müddətinin bitməsinə 30 gün qalmış e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub, “Şəxsi” tipli “Asan İmza” sertifikatının müddətinin uzadılması üçün onlayn ərizəni dolduraraq imzalayın (sertifikatların müddətinin uzadılması proseduru ilə bağlı ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz).
- Ərizə Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) göndərilir.
- “Asan İmza” xidmətinin müddəti bitdikdən sonra “Şəxsi” tipli “Asan İmza” xidmətini növbəti 3 il* müddətinə aktivləşdirmək üçün 8500 qısa nömrəsinə “ferdi” sözü yazaraq SMS göndərin (SMS vasitəsilə “Asan İmza” xidmətinin uzadılması proseduru ilə ətraflı şəkildə bu linklər vasitəsilə tanış ola bilərsiniz: Azercell, Bakcell, Nar).
* Qeyd: • “Asan İmza” xidmətinin növbəti 3 il müddətinə SMS vasitəsilə uzadılması “Asan İmza” SİM kartına sahib olan istifadəçilər üçün mümkündür; • “Şəxsi” tipli “Asan İmza” xidmətini aktivləşdirən abunəçilər yalnız “Şəxsi” tipli “Asan İmza” sertifikatlarından istifadə edə biləcəklər. “İş” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarının istifadəsi bu kateqoriyaya aid abunəçilər üçün nəzərdə tutulmamışdır. - Mobil operator “Asan İmza” xidmətini növbəti 3 ilə uzadır, istifadəçi SMS bildiriş əldə edir.
- ASXM 1 iş günü ərzində sertifikatların etibarlılıq müddətini növbəti 3* ilə uzadır və “Asan İmza” nömrənizə bununla bağlı bildiriş göndərilir. ASAN İmza SIM-kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilə, Sertifikatın aktivləşdirilməsi haqqında bildiriş və “Asan İmza” mobil elektron imza sertifikatları istifadəçinin e-taxes.gov.az Portalındakı şəxsi kabinetinə göndərilir.