İstifadəçi ID
FAQ/help:
İstifadəçi ID
-
Asan İmza kartı əldə etmişəm. İstifadəçi ID-mi necə dəyişə bilərəm?
Siz İstifadəçi ID-nizi AsanDoc Client vasitəsilə dəyişə bilərsiniz. AsanDoc Client proqram təminatında “Asan İmza” bölməsini seçərək “İstifadəçi ID-si dəyiş” düyməsini qeyd etməli və növbəti pəncərədə İstifadəçi ID-ni dəyişdirə bilərsiniz. Bundan əlavə siz, İstifadəçi ID-zi e-taxes.gov.az Portalında “Asan İmza Şəxsi Kabineti”nə daxil olub dəyişə bilərsiniz.
-
Asan İmza xidmətindən istifadə etmək istəyirəm, lakin İstifadəçi ID-mi unutmuşam. Bu ID-ni necə əldə etmək mümkündür?
Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzindən (ASXM) “Asan İmza” sertifikatını əldə etdiyiniz zaman Sizə “Sertifikatın aktivləşdirilməsi haqqında” bildiriş təqdim olunur ki, orada İstifadəçi ID-si göstərilir. Siz eyni zamanda “1847” “Asan İmza” Çağrı Mərkəzinə zəng edib, şəxsiyyət vəsiqənizdəki FİN nömrənizi bildirərək, İstifadəçi ID-zi öyrənə bilərsiniz.