B.EST Solutions şirkətinin rəhbəri “DOST 2023” Beynəlxalq Konfransında moderator olaraq çıxış edib

B.EST Solutions şirkətinin rəhbəriDOST 2023″ Beynəlxalq Konfransında moderator olaraq çıxış edib

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirib. Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Dayanıqlı və Operativ Sosial Təminat – DOST Agentliyinin yaradılmasının 5 illiyinə həsr olunan tarixi hadisə 7-8 sentyabr 2023-cü il tarixlərində Bakıda baş tutmuşdur.

Konfransda dünyanın müxtəlif ölkələrindən olan dünya şöhrətli ekspertlərdən ibarət olan qrup öz bilik və qabaqcıl təcrübələrini bölüşdü. Geniş proqrama daxil olan təqdimatlar, interaktiv panel müzakirələri və iki plenar iclas və üç paralel panel müzakirələr çərçivəsində təqdim olunan çıxışların hər biri sosial təminat və innovasiyalar üzrə geniş mövzuları əhatə edirdi.

Açılış mərasimini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayev açaraq, DOST Agentliyinin mühüm nailiyyətlərindən danışıb.

Tədbirdə çıxış edən Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri; Sandra Qruyçiç – Serbiya Respublikasının Ailə Rifahı və Demoqrafiya nazirinin; Hüseyn Hüseynov – Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi; Justina Jakštienė – Litvanın Sosial Müdafiə və Əmək Nazirinin müavini; Fərid Məmmədov – DOST Agentliyinin İdarə Heyətinin sədri; Christian Fillet – Brügge şəhərinin merinin müavini, Belçika; Margus Arm – Estoniyanın Səhiyyə və Rifah İnformasiya Sistemləri Mərkəzinin direktoru; Hakan Özer – İŞKUR, Məşğulluq mütəxəssisi, Türkiyə; Dmitri Karasyov – İSSA-nın Avrasiya üzrə regional koordinatoru, İsveçrə; Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov və digər mötəbər qonaqlar sosial sahədə təcrübə mübadiləsi aparıblar.

Konfransın moderatorları kimi Elşad Xanəlibəyli – DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri, Fuad Allahverdiyev – AzerTelecom MMC-nin Direktorlar Şurasının sədri, Ruslan Mirzəliyev – 5 saylı Bakı DOST Mərkəzinin direktoru, Nərmin Mirzəyeva – Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin müavini və “Asan İmza” mobil elektron imzanın texniki operatoru olan B .EST Solutions şirkətinin direktoru və təsisçisi Jana Krimpe çıxış etmişdilər.

Xanım Krimpe “Xidmətlərin vahid platforma konsepsiyasına inteqrasiyası və əlçatanlığın təmin edilməsi” adlı birinci panel müzakirəsinə moderatorluq etdi. Birinci paneldə Kənan Əkbərov – Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru; Sumau Ben Dau – BMT Universitetində tədqiqat koordinatoru, Portuqaliya; Thore Hansen –Bergen Universitetinin Əmək və Sosial Təminat Departamentinin Baş məsləhətçisi, Norveç və Natiq Həsənov – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini məruzə etmişdilər.

Jana Krimpe belə mühüm tədbirdə əsas rolllardan birinin ona təqdim edilməsinə görə minnətdarlığını bildirərək qeyd etmişdir: “DOST Agentliyini beş illik yubileyi münasibətilə təbrik etmək istərdim. Təcrübə mübadiləsi, yeni və ən yaxşı təcrübələri öyrənməklə mühüm mərhələləri vurğulamaq həmişə vacibdir”. Moderator vurğulamışdır ki, Agentlik insanların biznes, işlərin idarə edilməsi və bir-biri ilə əməkdaşlıq etmə üsullarını formalaşdırmaq üçün texnologiya üfüqlərini genişləndirdi. Bu perspektiv DOST agentliyinin missiyasının transformativ xarakterini önə çıxararaq, onun sosial və mədəni təsirini vurğulamış olur.

Xanım Krimpe əlavə etdi: “Təqdimatda mən əhəmiyyətli bir rəqəm gördüm – bu il 50-dən çox proaktiv xidmətin təqdim ediləcəyi elan edildi. Hesab edirəm ki, DOST əhalinin bütün ehtiyaclarını nəzərə alan sosial xidmətlərin göstərilməsinin unikal konsepsiyasını təqdim edir. Bir faktı vurğulamaq istəyirəm ki, “Asan İmza” mobil elektron imza da rəqəmsal həllərin istifadəsini asanlaşdırmaq üçün bütün seqmentlər – hökumət, biznes və əsas etibarilə Azərbaycan vətəndaşına 2000-dən çox elektron xidmətin təqdim istiqamətlənmişdir”. Sessiya boyu xanım Krimpe panel iştirakçıları üçün vahid platformanın vacibliyi ilə bağlı əsas məsələləri vurğulamışdır.

“DOST 2023” qlobal miqyasda sosial xidmətlər sahəsində ən son tendensiyaları hədəfləyərək, sosial təminatın gələcəyinin formalaşdırılmasında beynəlxalq əməkdaşlığı təşviq edir. Tədbir sosial xidmətlərin dəyişən mənzərəsində DOST-un dərin əhəmiyyəti ilə bağlı milli və qlobal səviyyədə məlumatlılığı artırmaq üçün unikal imkan yaratdı. Bundan əlavə “DOST 2023” DOST Agentliyinin cəmiyyətə əhəmiyyətli təsir göstərmiş uğurlu layihələrini və təşəbbüslərini nümayiş etdirmək üçün bir platforma rolunu oynadı.

200-dən çox insan DOST konsepsiyasının unikal tərəflərini və uğur hekayələrini ətraflı öyrənmək imkanı əldə etdi. Konfrans iştirakçıları bu modelin sosial xidmətlərin təqdim edilməsində nə dərəcədə böyük təsir göstərdiyini və bu sahədə inqilab etdiyinin canlı şahidi oldular.

Ətraflı məlumatı https://dost.gov.az/page/sep2023 saytından əldə edə bilərsiniz.