Ən çox istifadə olunan e-xidmətlər
-
İnternet və mobil bankçılıq
“Asan İmza” vasitəsilə İnternet və mobil bankçılıqdan istifadə zamanı vaxta qənaət etməklə ümumi xərclərin azaldılması, ölkədə və ölkədənkənar istənilən yerdə bu xidmətlərdən yararlanaraq fiziki olaraq banka getmək stresindən, növbələr gözləmək və bürokratik əngəllərdən uzaqlaşmaq imkanı əldə etmək olar.
-
Sosial sığorta şəhadətnaməsinin verilməsi, dəyişdirilməsi və ya dublikatının verilməsi
Bu xidmət Dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə və ya dəyişdirilməsinə zərurət yarandıqda sığortaolunanın dövlət sosial sığorta şəhadətnaməsinin dublikatı ilə təmin edilməsi ilə bağlı müraciətləri əhatə edir.
-
Güzəştli mənzilin əldə edilməsi üçün müraciət
Bu elektron xidmət Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini nəzərdə tutur.
-
İş yerinə dair arayışın alınması
Bu elektron xidmət işçi tərəfindən iş yerinə dair arayışın formalaşdırılması və əldə edilməsini nəzərdə tutur.
-
Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi proseslərini əhatə edir.
-
Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı
Bu xidmət Azərbaycan Respublikasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatının aparılması proseslərini əhatə edir.
-
Fərdi sahibkarların onlayn qeydiyyatı
Bu xidmət Azərbaycan Respublikasında fərdi sahibkarların elektron dövlət qeydiyyatının aparılması proseslərini əhatə edir.
-
Elektron vergi hesab fakturasının qəbulu
Bu xidmət əlavə dəyər vergisi ödəyicisinin elektron vergi hesab-fakturasını tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirilən vergi hesab-fakturaları barədə məlumatları sistemə daxil etmək kimi əməliyyatların həyata keçirməsini əhatə edir.
-
Elektron bəyannamənin qəbulu
Bu xidmət vergi ödəyicilərinin Bəyannamə Tərtibatı Proqramından (BTP) istifadə etməklə bəyannamələrin, elektron formada tərtib edilərək vergi orqanına təqdim edilməsini əhatə edir.
-
Bank idarələrində hesabların açılması
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda, onların filiallarında, xarici bankların filiallarında (bundan sonra banklarda) cari, ssuda və əmanət (depozit) hesablarının, cari subhesabların, habelə bankların müxbir hesablarının (bundan sonra bank hesabları) açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması xidmətlərini əhatə edir.
-
Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təqdim etdiyi “Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi” elektron xidməti vergi orqanları ilə birbaşa təmasın minimuma endirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu elektron xidmət vergi ödəyiciləri tərəfindən vergi və digər büdcə daxilolmalarının müasir ödəniş mexanizmlərindən istifadə edərək elektron formada ödənilməsini əhatə edir.
-
Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulbu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi
“Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə Elektron Gömrük Bəyannaməsinin qəbulu” xidmətindən istifadə etməklə istifadəçilər elektron gömrük bəyannaməsini hazırlayaraq rəsmiləşdirilməsi üçün gömrük orqanlarına təqdim edə və rəsmiləşmə prosesinin hansı mərhələdə olmasını izləyə bilərlər.
-
Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi
Bu xidmət vasitəsilə təşkilatın səlahiyyətli nümayəndələri tərəfindən əməkdaşlarla bağlanan əmək müqavilələri haqqında məlumatların daxil edilməsi və sonradan bu məlumatların işçilər tərəfindən əldə edilməsi mümkündür.