Tərəfdaşlar
-
Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM)
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qərarı əsasında yaradılan Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) – autentifikasiya və mobil SIM (Asan İmza) və elektron (Rəqəmsal ID -kart) smart kartlar üçün elektron imza sertifikatlarını təqdim edən, həmçinin digər xidmətləri həyata keçirən, dövlət strukturları, özəl sektor və vətəndaşlar tərəfindən sertifikatların və hüquqi baxımdan vacib olan elektron imzaların istifadəsini təmin edən Sertifkat Xidmətləri Mərkəzi hesab edilir. Mərkəz 09.04.2013-cü il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən akkreditə edilmiş və dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərə təkmil sertifikat vermək hüququna malikdir.
http://www.asxm.gov.az -
Azercell
Azercell, 1996-cı ildə yarandığı gündən etibarən Azərbaycanda mobil rabitənin yolunu açmışdır. Biz ölkənin ən böyük mobil operatoru, eləcə də qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və investoruyuq. Biz artıq 5G pilot şəbəkəsini genişləndirmişik ki, bu da şəbəkəmizi dünyanın ən qabaqcıl sistemləri ilə eyni səviyyəyə gətirir.
https://www.azercell.com/en/ -
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 685 saylı 13 iyul 2012-ci il tarixli fərmanı ilə təsis edilmişdir. Agentlik Strukturu və Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 saylı fərmanı ilə təsdiq edildiyi gündən fəaliyyətə başlamışdır.
http://www.asan.gov.az -
B.EST Solutions
B.EST Solutions, ölkəmizdə və xaricdə idarəetmə sahəsində əldə edilən təcrübəyə əsaslanır. Estoniya və Azərbaycanın ən böyük elektron həllər yaradıcıları B.EST Solutions ilə əməkdaşlıq edərək, şirkətə öz təcrübələri və texnologiyalarını təqdim edirlər. Bu gün B.EST Solutions geniş tərəfdaş şirkətlər şəbəkəsinə və ən əsası dövlət dəstəyinə arxalanaraq Estoniya və Azərbaycanda elektron həllərin ən yaxşı ixracatçısına çevrilir. Şirkətin müştəriləri arasında B.EST Solutions-ın fərdi biznes həlləri təqdim etdiyi özəl müəssisələr və dövlət təşkilatları var.
https://www.bestsolutions.az -
Bakcell
Bakcell şirkəti 1994-cü ilin martında GTIB və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında birgə müəssisə kimi yaradılıb. Bakcell Azərbaycanda mobil rabitə xidmətləri təklif edən ilk şirkətdir.
https://www.bakcell.com/ -
Dövlət Vergi Xidməti
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkədə aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
http://www.taxes.gov.az -
Kapital Bank
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.
http://www.kapitalbank.az -
Nar
Nar, Azərbaycanda öz fəaliyyətinə 21 mart 2007-ci il tarixdə “Nar Mobile” brendi adı altında başlamış və qısa müddət ərzində telekommunikasiya və mobil rabitə sahəsində aparıcı şirkətlərdən birinə çevrilmişdir.
http://www.nar.az -
PAŞA Bank
2007-ci ildə yaradılmış “PAŞA Bank” ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Biz, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə – aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.
http://www.pashabank.az -
Rabitəbank
1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.
https://www.rabitabank.com/