15.09.2021

Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır

Qlobal COVID-19 pandemiyası, karantin tədbirləri səbəbiylə yalnız İnternet vasitəsilə işini və təhsilini davam etdirən çoxlu sayda insanın gündəlik həyatına böyük təsir göstərməyə davam edir. Bu səbəbdən internet təhlükəsizliyinə xüsusi diqqətin yetirilməsi və kiber təhlükəsizliyin gücləndirilməsi olduqca önəmlidir. Adi istifadəçilər mütəxəssislərlə yanaşı kibertəhlükəsizliyin əsaslarını da öyrənməli və kibergigiyena qaydalarına riayət etməlidirlər.

B.EST Solutions şirkəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında “Elektron Hökumətin İnkişaf Mərkəzi” və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə kibergigiyena elektron təlim platformasını həyata keçirmək üçün yaradılan dövlət-özəl tərəfdaşlıq proqramı çərçivəsində müqavilə imzaladı.

Bu kurs, onlayn mühitdə təhlükəsiz təcrübəsinin yüksəldilməsi və kiberhücumlara qarşı boşluqların aradan qaldırılması məqsədilə müxtəlif dövlət təşkilatları və agentlikləri, maliyyə strukturları, sığorta şirkətləri və universitetlər üçün nəzərdə tutulmuşdur.

Tərəfdaşlıq, B.EST Solutions şirkətilə birlikdə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “Elektron Hökumətin İnkişaf Mərkəzi” tərəfindən təşkil ediləcək bir sıra treniqlərin başlanğıcı olacaq. Bu layihə çərçivəsində təlimçilər beynəlxalq standartlar, milli təhlükəsizlik tələblərinə, informasiya təhlükəsizliyinin təşkilati siyasəti və ən qabaqcıl təcrübə əsasında kibertəhlükəsizlik risklərinin azaldılması üçün ən yeni təlimatlar, tövsiyələr, rəhbər prinsiplər və həllər təqdim edəcəklər.

Layihə, dövlət qurumları, universitetlər, maliyyə qurumları və özəl sektordan bu pulsuz onlayn kursdan faydalanacaq və rəqəmsal dünyada hücumlara qarşı kibertəhlükəsizlik sahəsində bacarıqlarını tətbiq edə biləcək 10.000 -dən çox şəxsi əhatə edəcəkdir. Layihənin ilkin məqsədi testdən keçdikdən sonra insanların kibergigiyenanın aşağı səviyyədə olmasının gözlənilməz nəticələrlə böhrana səbəb ola biləcəyini dərk etməsidir.

Proqram reallığa əsaslanır: ağıllı saatlar və uşaq oyuncaqları, habelə böyük sənaye obyektlərinin və atom elektrik stansiyalarının yüksək texnologiyalı avadanlıqları da daxil olmaqla şəbəkə vasitəsilə təxminən 30 milyarddan çox qadjet istifadə olunur. Bununla yanaşı artıq kiberməkanda misli görünməmiş miqyasda cinayət savaşı gedir. Məsələn, hər 60 saniyədə təxminən 1800 insan kibercinayətin qurbanı olur; hər dəqiqə təxminən 5500 verilənlərin sızması baş verir, kiber hücumların qurbanları isə 1 milyon avro məbləğində zərər görür.

Kibergigiyena elektron təlim platforması, kibertəhlükəsizlik sahəsində NATO tərəfindən mükafatlandırılmış, Estoniya şirkəti olan CybExer Technologies tərəfindən hazırlanmışdır. Bu şirkət kibertəhlükəsizlik üzrə yüksək texnologiyalı təlim platformalarının işlənib hazırlanması və xidməti sahəsində geniş təcrübəyə malikdir və kiberpotensialın inkişafına xüsusi diqqət yetirir.

Kiberpotensial, həm adi istifadəçilər, həm də bu sahənin mütəxəssisləri və strateji təyinatlı rəhbər şəxslər üçün nəzərdə tutulan, kibertəhlükəsizlik üzrə çoxlu sayda treninqlər və tapşırıqların uğurla həyata keçirilməsi üçün açar hesab edilir. CybExer Technologies-in imkanları və həlləri dünya üzrə ən böyük kiber təlimlərin həyata keçirilməsi üçün istifadə olunur.

Qeyd etmək lazımdır ki, CybExer Technologies şirkəti, hər bir iştirakçının şəxsi kiber zəifliklərini göstərmək üçün sadə və başa düşülən bir şəkildə yaxın gələcəkdə vətəndaşlara, xəstəxana və fabriklərin elektron sistemlərinə və ya hətta bir ölkənin iqtisadiyyatına kiberhücumlar ehtimalını artıra biləcək suallar verir.

Kibergigiyena elektron təlim platforması, ayrı-ayrı şəxslərə və təşkilatlara onların davranışlarının verilənlərin sındırılması, sızması və ya hücum şəklində kibertəhdidlər ehtimalına necə təsir edə biləcəyini anlamağa kömək edən veb alətdir. Bu alət istifadəçilərə həm öyrənmək, həm də öz biliklərini yoxlamaq imkanı verir.

Xüsusilə qeyd etmək lazımdır ki, kurs konkret departament və ya bütün bir təşkilat üçün risk səviyyəsini təyin etmək üçün ümumiləşdirilmiş şəkildə istifadə edilə bilən fərdi risk profillərini də təqdim edir. Beləliklə, təşkilatlarla birlikdə ayrı-ayrı şəxslər də edilmiş riskləri aradan qaldırmaq üçün lazımi addımları atmaq imkanı əldə edə biləcəklər.