20.07.2020

“Asan İmza” xidmətilə Unibank hüquqi şəxslərə onlayn hesab açmaq imkanını təqdim etdi

Unibank biznes sahibləri üçün onlayn xidmətləri genişləndirir.

Biznes müştərilərinin işini asanlaşdırmaq məqsədilə Unibank, hüquqi şəxslər üçün bank hesablarının açılması onlayn xidmətini təqdim etdi. Bu xidmət əvvəlcə fərdi sahibkarlar üçün mövcud idi, indi isə hüquqi şəxslər olan sahibkarlar tərəfindən də istifadə edilə bilər. Sahibkarlar, bank filiallarına gəlmədən iş yerlərindən onlayn hesab aça biləcəklər. Onlayn hesab açarkən, rekvizitlər birbaşa biznes sahibinə göndərilir və hesabın aktivləşdirilməsi üçün banka getməyə ehtiyac qalmır.

“Unibank”da onlayn hesab açmaq üçün aşağıdakı mərhələlərdən keçmək lazımdır:

– Unibank.az saytında (https://hesab.unibank.az/login) “Onlayn hesabın açılması” bölməsinə keçid;
– ərizənin doldurulması və ASAN İmza ilə imzalama;
– hesabınız sizin üçün əlverişli vaxtda bank tərəfindən edilən video zəngdən dərhal sonra aktivləşdirilir və rekvizitlər elektron poçtunuza göndərilir;
– onlayn hesabınız açılan kimi İnternet bankçılıq və mobil bank xidmətləri aktivləşdirilir və hesabınızda istənilən əməliyyatı dərhal həyata keçirə bilərsiniz.

Unibank, biznes sahiblərinə geniş çeşidli bank məhsulları və xidmətlərini təqdim edir. Banka getmədən onlayn hesabın açılması, İnternet bankçılıq və mobil bankçılığın aktivləşdirilməsi və onlayn “overdraft”dan istifadə biznes sahiblərinə istənilən vaxt və istənilən yerdə onlayn xidmətlərə əlyetərlilik imkanı verir.