13.03.2020

B.EST Solutions ilə Özbəkistan Respublikasının Prezidenti yanında Layihələrin İdarə Edilməsi üzrə Milli Agentlik yanında Elektron Hökumət və Rəqəmsal İqtisadiyyat Layihələrini İdarəetmə Mərkəzi arasında Elektron Hökumətin inkişafı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır

3 mart 2020-ci il tarixində Daşkənd şəhərində B.EST Solutions ilə Özbəkistan Respublikasının Prezidenti yanında Layihələrin İdarə Edilməsi üzrə Milli Agentlik yanında Elektron Hökumət və Rəqəmsal İqtisadiyyat Layihələrini İdarəetmə Mərkəzi arasında Elektron Hökumətin inkişafı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Memorandum B.EST Solutions şirkətinin təsisçisi xanım Jana Krimpe və Elektron Hökumət və Rəqəmsal İqtisadiyyat Layihələrini İdarəetmə Mərkəzinin direktoru Şahrəsul Şahazamiy tərəfindən imzalanmışdır.

Memorandumun əsas məqsədi qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişaf etdirilməsi, açıq dialoqun aparılması, eləcə də elektron hökumətin informasiya sistemlərinin yaradılması və inkişafı üçün önəmli olan məlumatların mübadiləsindən ibarətdir.

Memorandum, qarşılıqlı fəaliyyət üçün uzunmüddətli və dayanıqlı platformanın yaradılması, həmçinin biznes proseslərinin optimallaşdırılması, vətəndaşlar və sahibkarlıq subyektləri üçün dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərin təkmilləşdirilməsinə təsir göstərəcəkdir.

Tərəflər elektron hökumətin informasiya sistemlərinin tətbiqi və inkişafı üzrə birgə fəaliyyətin həyata keçirilməsi barədə razılığa gəldilər.

Memorandum çərçivəsində hər iki tərəfin mövcud qanunvericiliyinə əsaslanaraq, qarşıda duran məsələlərin yüksək səviyyədə və keyfiyyətli şəkildə icrası üçün zəruri olan qarşılıqlı əlaqələrin qurulması məqsədilə hüquqi bazanın yaradılması planlaşdırılır.