27.11.2019

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Ümumdünya Elektron Ticarət Forumu Avrasiya Bakı 2019 marağına səbəb oldu

Bu il Azərbaycanda elektron ticarət infrastrukturunu inkişaf etdirmək və bu sahədə əməkdaşlığı genişləndirmək məqsədilə Ümumdünya Elektron Ticarət Forumu tərəfindən təşkil olunmuş beynəlxalq silsilə konfranslar keçirilmişdir.

Konfrans ASAN Xidmət və İnnoland tərəfindən ilk dəfə təşkil edilən və bir sıra beynəlxalq tədbirlərin daxil olduğu StartupFest-2K19 tədbiri çərçivəsində 26-27 noyabr tarixlərində Bakıda keçirildi.

Konfrans transsərhəd elektron kommersiya, ödənişlər və logistika, rəqəmsal marketinq, bazarın xüsusiyyətləri, Azərbaycanda və dünyada yeni bazarlara çıxış yolları kimi müxtəlif mövzulara həsr olunmuşdur.

İki gün davam edən konfransda beynəlxalq və yerli qonaqlar iştirak etmişdi. Beynəlxalq səviyyədə tanınan elektron ticarət ekspertləri, Azərbaycanda elektron kommersiyanın çatışmazlıqları və problemlərini müzakirə etmək üçün yerli şirkətlərin rəhbərllərilə görüşdülər.

Rəqəmsal Ticarət Qovşağının (RTQ) Azərbaycandakı tərəfdaşı olan B.EST Solutions şirkətinin direktoru və təsisçisi xanım Jana Krimpe çıxışı zamanı qeyri-rezidentlərin Azərbaycanda sərbəst şəkildə iş qurma imkanları ilə bölüşdü. Təqdimatın mövzusu “Azərbaycanın Rəqəmsal Qovşağı: ümumdünya intellektual etibarlı B2B e-ticarət platforması və B2G e-xidmətlər” adlanırdı.

Tədbir haqqında daha ətraflı bax