08.11.2015

9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günüdür!

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2009-cu ildən etibarən hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir.

Bakının Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağı 2010-cu il mayın 29-da Dünya Rekordlar Təşkilatı tərəfindən dünyada ən hündür bayraq dirəyi kimi təsdiq edilib.

Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edirik!

Azərbaycan dövlətinin suverenlik və müstəqillik rəmzi olan bayrağımız daim dalğalansın!

1415430829_9noyabr