18.09.2014

Asan İmza ilə yeni bankçılıq xidməti istifadəyə verildi

Artıq “Bank of Baku”nun müştəriləri kredit rəsmiləşdirilməsi üçün elektron arayışları “Asan İmza” mobil elektron imza vasitəsilə banka göndərə biləcəklər.

Bunun üçün Elektron Hökumət Portalına (www.e-gov.az) “Asan İmza” mobil elektron imza vasitəsilə daxil olaraq “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vasitəsilə elektron arayışı yaratmaq və banka göndərmək kifayətdir.