30.07.2014

“Asan İmza” – mobil elektron imza vasitəsilə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması qaydası

1 iyul 2014-cü il tarixindən etibarən “Elektron hökumət” (www.e-gov.az) portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, həmçinin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” xidmətləri yerləşdirilmişdir.

Artıq “Asan İmza” – mobil elektron imza vasitəsilə təşkilatın səlahiyyətli nümayəndələri tərəfindən əməkdaşlarla bağlanan əmək müqavilələri haqqında məlumatların daxil edilməsi və sonradan bu məlumatların işçilər tərəfindən əldə edilməsi mümkündür.

Səlahiyyətli nümayəndəni təyin edəcək rəhbər şəxslər və bildirişlər haqqında məlumatların Asan İmza vasitəsi ilə “Elektron hökumət” (www.e-gov.az) portalına daxil edilməsini həyata keçirəcək səlahiyyətli nümayəndələrin işini asanlaşdırmaq məqsədilə “Asan İmza” – mobil elektron imza vasitəsilə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması qaydası” adlı xüsusi təlimat hazırlanmışdır.

Təlimat ilə buradan tanış ola bilərsiniz.