31.12.2014

Yeni iliniz və Həmrəylik gününüz mübarək!

Azərbaycan xalqı hər il 31 dekabr tarixini həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramı kimi qeyd edir. 1991-ci ilin 16 dekabrında ulu öndər Heydər Əliyev 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi.

1992-ci ildə isə bu qərar rəsmi şəkildə qəbul edildi. Artıq 23 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı fəxr və qürur hissi ilə qeyd edir.

Biz də bütün xalqımızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, həm də yeni 2015-ci təqvim ilinin gəlişi münasibətilə səmimi qəlbdən təbrik edir, millətimizə hər zaman birlik, həmrəylik, bol sevinc və xoşbəxtlik arzulayırıq.

Yeni il