17.07.2014

Mərkəzi Bank: Azərbaycan vətəndaşları “ASAN xidmət” mərkəzlərində kredit tarixi haqqında çıxarış əldə edə bilərlər

İlin əvvəlindən Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 10 mindən artıq vətəndaş müraciət edib.

AMB-də “Açıq qapı günü” xidmətinin rəhbəri Elçin Həbibov bildirib ki, Kredit reyestrinə sorğunu AMB-nin rəsmi saytı vasitəsilə də göndərmək olar. Sorğu göndərən şəxsin şəxsiyyətinin təsdiqlənməsi bu halda elektron imza – “Asan İmza”nın köməyi ilə həyata keçirilir.

Mənbə